(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
GÜNÜN NİDASI: AGİN futbol idarəçiliyindən kənar saxlanılır!

GÜNÜN NİDASI: AGİN futbol idarəçiliyindən kənar saxlanılır!

AFFA İcraiyyə Komitəsi icraedici orqandı. Ali idarəetmə orqanı olan Konfransın keçirilmədiyi dövrdə məhz bu qurum assosiasiyanın fəaliyyətini tənzimləyir. Katiblik daimi inzibati orqan kimi ümumi işlərə nəzarət edir, lakin qərar verən qurum İK-dı.
 
Komitə 11 nəfərdən təşkil olunur. Prezident (Rövnəq Abdullayev), I vitse-prezident (Rauf Əliyev) və vitse-prezidentdan (Elşad Nəsirov) başqa 8 sıravi üzv Konfransda seçilir.
 
İcraiyyə Komitəsinin üzvləri AFFA-nın üzv təşkilatlarından seçilir. Burada bölgü belədi:
 
Regional Futbol Federasiyaları 2 üzvlə təmsil olunur və indiki halda bu yerlər İsgəndər Cavadov və Kazbek Tuayevin sayəsində tutulub. Sahə Futbol Federasiyalarına ayrılan yerlərə isə Mahir Məmmədov və Zaur Axundov sahib çıxıb. İctimai Futbol Təşkilatlarını Firudin Qurbanov və Elmar Məmmədyarov təmsil edir.
 
Peşəkar Futbol Liqası 4 üzvlə təmsil olunmalıdı. Hazırda bu yerlər vitse-prezidentlər - Elşad Nəsirov və Rauf Əliyev, həmçinin Qurban Qurbanov və Vaqif Sadıqov tərəfindən doldurulub.
 
İcraiyyə Komitəsinə hər bir namizəd yalnız bir AFFA üzvü və dolayı üzvü tərəfindən Konfransın keçirilmə tarixindən ən azı 15 gün əvvəl təklif olunmalıdır. Bütün namizədlər Azərbaycan Respublikasının vətəndaşı olmalı, AFFA üzvlərinin və ya dolayı üzvlərinin birində aktiv olmalı, yaxud FİFA üzvünün və onun öz üzvlərinin hər hansı tanınmış futbol orqanı daxilində aktiv fəaliyyət göstərməlidir.
 
AFFA-nın üzvü öz üzvlük statusunu itirdikdə, üzvün təklifinə əsasən İcraiyyə Komitəsinə seçilmiş şəxsin mandatı növbəti Konfransadək ləğv olunmur, bir şərtlə ki, yığıncaq onun vəzifələrinin dərhal dayandırılması barədə qərar qəbul etməmiş olsun. Hər hansı əvəzetmə növbəti Konfransda və ya növbədənkənar Konfransın tələbinə əsasən həyata keçirilir. İcraiyyə Komitəsinin üzvü eyni zamanda həm də AFFA-nın hər hansı hüquqi orqanının üzvü ola bilməz.
 
Sənədlə hər şey qaydasındadı. Amma komitədə qondarma vəziyyətlər də var. Məsələn, Rauf Əliyev Uşaq Futbolu Federasiyasının prezidenti ola-ola indi mövcud olmayan, vaxtilə də heç bir bağlılığını eşitmədiyimiz AZAL-dan namizəd göstərilib. Məşqçilər Şurasının sədri Vaqif Sadıqovun hansı əsasla çempionat matçlarında belə görünmədiyi “Sumqayıt”ın siması olması sual doğurur.
 
Zaur Axundov və Firudin Qurbanov fərqli üzvlərin namizədidi. Halbuki onlar, uyğun olaraq, “Keşlə” və “Sabah”ın Müşahidə Şurasının sədridi. Deməli, burada da anlaşılmazlıq var. “Qəbələ” indiyədək İK-ya üzv göndərmədiyi halda debütantın nümayəndəsi komitədədi. Düzdü, başqa xəttlə seçilib, lakin klub bağlılığı baxımından reallıq ortadadı.
 
Bir nəfərin bir neçə vəzifə tutması belə qarışıqlığı şərtləndirir. Yəqin ki, növbəti konfransda bunları tənzimləməyə cəhd edərlər. Hələ futbola dəxli olmayan, yalnız sənədlərdə adı keçən Elmar Məmmədyarov amili də var.
 
Doğrusu, İcraiyyə Komitəsinin tərkibi Azərbaycan reallığında heç nəyi dəyişmir. Qərarlar katiblik səviyyəsində, president və vitse-prezidentlərlə razılaşdırıldıqdan sonra verilir, sadəcə, komitədə rəsmiləşir. Məmmədyarov, Məmmədov və ya Qurbanovun nəyisə dəyişmək kimi həvəsi və səriştəsi yoxdu. Sanbal baxımından nüfuzlu adların olması bəlkə də daha münasibdi.
 
Lakin AFFA-nın unutduğu və unutdurduğu nüanslar da var. Mütləq şərt deyil, Nizamnamədə rəsmi təsdiqi yoxdu, bununla belə, tərkib seçilərkən bəzi amillər nəzərə alınır. Futbol idmanın bir növüdü, deməli, ölkədə bu sahəninn inkişafına cavabdeh olan sözügedən nazirliyin bir nümayənəsinin burada təmsil olunması yazılmamış qanundu. Firudin Qurbanov Təhsil Nazirliyinin nümayəndəsi kimi İK-da varsa, Elmar Məmmədyarov XİN başçısı kimi bu qurumdadısa (halbuki bu nazirliyin nümayəndəsinə bir o qədər ehtiyac yoxdu), deməli, AGİN-dən də bir nümayəndənin İK-da təmsil olunması vacibdi.
 
Təhsil Nazirliyinin və AGİN-in nəzdində çoxlu futbol məktəblərinin olduğunu, bu nazirliklərin AFFA ilə əlbir işləməsinin vacibliyini nəzərə alsaq, indiki durum gülməlidi. Futbol başbilənlərimiz sanki bu növün idmanın bir qolu olduğunu unudur.
 
Vaxtilə Mirkamil Rəhimov İK-nın daimi üzvlərindən idi və səmərəli fəaliyyəti ilə seçilirdi. O, dünyasını dəyişdikdən sonra nazirliyin hansısa nümayəndəsinin AFFA-nın üzvlərindən biri vasitəsilə Rəhimova xələf olacağı gözlənilirdi. Amma şahmat federasiyasında çalışan Mahir Məmmədova, xarici işlər naziri Elmar Məmmədyarova, təhsil nazirinin müavini Firudin Qurbanova namizəd göstərilmək üçün yer tapanlar AGİN-i yaddan çıxardı. Namizədlər siyahısında təcili islahat aparıldı, müxtəlif variasiyalar işləndi və Zaur Axundov mərhumun yerini tutdu.
 
Zaur bəy həm klubda, həm futzal federasiyasında çalışdığından, onun namizədliyinə etirazımız yoxdu. Amma o, AGİN-dən vakant qalan posta seçilməməliydi, Rauf Əliyev Uşaq Futbol Federasiyasının namizədi olmalı, klubdan üzv göndərilməməli və ya başqa hansısa variant fikirləşilməliydi. Elə yerbəyer olmalıydı ki, idman nazirliyi də futbol idarəçiliyində rol oynasın. Axundovun rəhmətlik Rəhimovu əvəz etməsi yanlış addımdı, AGİN-i futboldan kənar tutmaq cəhdidi.
 
Ümid edirik idman nazirliyində də bunun fərqindədilər və maraqları varsa, layiq olduqları yeri tələb edəcəklər. AFFA və AGİN əlbir işləməyənə kimi futbolun kompleks inkişafından danışmaq mümkün deyil!

 
tarix: 26-10-2018 21:00


 
Xəbər lenti
24.04.2019

01:21   “Barselona”dan inamlı qələbə

00:53   “Tottenhem”ə 1 qol bəs etdi

00:38   Almaniya Kubokunda ilk finalçı bəlli oldu

23.04.2019

21:24  “Sumqayıt”la “Zirə”dən heç-heçə - VİDEO

20:55  “İnanıram və bilirəm ki, əzmkarlıq bizi finala çıxaracaq”

20:50  “Əvvəl də belə oynasaydıq, indi kuboku düşünmürdük”

20:22  “Zirə” ilə “Sumqayıt”dan ilk oyunda heç-heçə

19:50  Moskva “Lokomotiv”indən Azərbaycan millisinə

19:03  Qurban Qurbanov: “Qələbə qazanmağı çox istəsək də, alınmadı”

18:55  Sənan Qurbanov: “İkinci matçda daha yaxşı çıxış etməliyik”

18:42  Erkən finalın ilk pərdəsi: “Qarabağ” 2019-da ilk məğlubiyyətini aldı

18:38  “Qarabağ” “Qəbələ”yə belə uduzdu - VİDEO

18:26  “Neftçi”nin sabiq futbolçusu: “Mərhələni keçsəydik, 21 min dollar qazanacaqdıq”

18:19  Ramin Musayev möcüzə gözləyir

18:09  “Qarabağ” onu itirdi: Həm zədə, həm də cəza

17:53  “Qarabağ” “Qəbələ”dən məğlub qayıdır

16:54  Millidə seks qalmaqalı: Baş məşqçi qovuldu

16:18  Təxirə salınmış oyun üçün hakim təyinatları açıqlandı

15:59  “Kəpəz”in məşqçi və futbolçu heyətindən azarkeşlərlə görüş

15:34  Bundesliqa klubunda yeni baş məşqçi

15:00  “Bizi çempionluqdan cəmi 2 oyun ayırır”

14:26  Millimizin sabiq futbolçusu döyülməsindən danışdı

13:52  AFFA-dan “Keşlə”yə texniki məğlubiyyət

13:31  Bakı finalına doğru: Teleyayımla bağlı işgüzar səfər başlayıb

13:17  25-ci turun ən yaxşısı da “Qarabağ”lı oldu

13:08  “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada - FOTO

12:53  AFFA Divizion klublarını cəzalandırdı

12:37  Aftandil Hacıyevin əvəzinə rus məşqçi?

12:33  Tərlan Əhmədovun cəzası açıqlandı

12:27  Bakı finalına doğru: Kiber Çempionatın iştirakçıları bəlli oldu

12:16  Stuxlik “Neftçi” üzərində təcrübə aparır

11:58  “Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

11:24  Birinci Divizion: 24-cü turun bütün təyinatları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az