(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Cavid Hüseynov mükafatı təsdiqlədi: “Ədalətli nəticə 0:0 olardı”

Cavid Hüseynov mükafatı təsdiqlədi: “Ədalətli nəticə 0:0 olardı”

“Qəbələ”nin kapitanı Cavid Hüseynovun futbolinfo.az saytına müsahibəsi:

- “Neftçi” ilə matçda “Qəbələ” gözlənilməz şəkildə yaxşı çıxış etdi...
- Doğru deyirsiz ki, “Neftçi” ilə matçda komanda çox inamlı oynadı və layiqli qələbə qazandıq. Əvvəlcədən də inanırdıq ki, bu qarşılaşmada qalib gələcəyik. 

- Milli komandalar üçün yaranan fasilədən sonra nə dəyişdi ki, komanda inamlı oynadı?
- Heç nə dəyişməmişdi. Sadəcə, “Neftçi” ilə oyuna qədər uğursuzluq zolağında idik. “Neftçi”ni udmaq lazım idi ki, “qara zolaq”dan çıxaq.

- Səncə, bu uğurun başlanğıcı olacaq?
- Düşünürəm ki, bəli. Uğursuz seriyanı qırdıq və biz daha da yaxşı çıxış edə bilərik. Bunun üçün qarşıdakı oyunlarda da qalib gəlmək, uğurun davamı gətirmək lazımdı. 

- Deyilənlərə görə, “Neftçi” ilə oyundan sonra komandaya yaxşı mükafat verilib?
- Düzdü, mükafat olub. Normal mükafat idi, nə az, nə də çox (gülür).

- Rəhbərliklə hər hansı görüş oldu?
- Yox, olmadı. Çünki bu görüşə ehtiyac da yoxdu. Hər oyunda, hər zaman bir-birimizi görürük. 

- Qarşıda sizi “Sumqayıt”la oyun gözləyir...
- Səfərdə oynayacağıq və ciddi şəkildə bu oyuna hazırlaşmışıq. Digər komandalarla matça necə hazırlaşırdıqsa indi də elə. Futboldan proqnoz vermək olmaz, amma qələbə qazanacağımıza çox inanıram. 

- “Sumqayıt” mövsümün uğurlu komandalarındadı və əvvəlki illərə nisbətən heyəti bu il daha güclüdü...
- Onların heyəti həqiqətən yaxşıdı, amma bizim də heyət baxımından heç bir problemimiz yoxdu. “Qəbələ”nin heyəti çempionatın ən zəngin heyətlərindən biridi. 

- Ümumi oyunlara nəzər salsaq, “Sumqayıt” “Qəbələ” üçün arzuolunmaz rəqiblər siyahısındadı. Son matçda da 90-cı dəqiqədə qol vurub sizi 3 xaldan etmişdilər...
- Deməzdim ki, arzuolunmaz rəqibdi, uğursuz seriyamız var. Sadəcə, son oyunda axrıncı dəqiqələrdə qol buraxdıq və bərabərlik oldu. Ümid edirəm ki, bu dəfə 3 xal bizim olacaq. 

- “Qarabağ” – “Vorskla” (0:1) oyununu izlədinmi? Səncə, komanda niyə uduzdu?
- “Vorskla” kompakt oynayan komanda idi. Müdafiədə etibarlı çıxış edirdilər. Uzaqdan bir zərbə vurdular və qolla nəticələndi. Fikrimcə, bu oyunun ədalətli nəticəsi 0:0 idi.

AĞA


 
tarix: 26-10-2018 14:21


 
Xəbər lenti
22.02.2019

10:42   “Çelsi” də darmadağınla 1/8 finala yüksəldi - VİDEO

10:31   Fellaininin gedişində Mourinyonun rolu

10:17   “VAR-ın öhdəsindən gəldik”

10:00   “Napoli” inamlı qələbə ilə növbəti mərhələdə - VİDEO

09:51   Klublar Komitəsi sədr seçir

09:37   “Ayntraxt” “Şaxtyor”u 4 qolla keçdi - VİDEO

09:21   “Qalatasaray” səfərdən əliboş qayıtdı - VİDEO

09:12   “Arsenal” darmadağınla 1/8 finalda - VİDEO

09:00   “Keşlə”nin əvəzinə “Kəpəz”?

01:55   “Qalatasaray”la “Fənərbaxça”nı 1/8 finala buraxmadılar

00:17   “Zenit” “Fənərbaxça”nı 1/8 finala buraxmadı - VİDEO

21.02.2019

22:08  Ağatahir Əzimov: “Sanki dogma meydanda oynayan biz deyildik”

21:35  Millimiz Türkiyəyə biabırçı hesabla uduzdu

18:40  Nihat Kahveci də Bakıya gəlir

18:01  Millimiz İspaniya və Çexiya ilə eyni qrupda

17:48  PSJ Diarra ilə yollarını rəsmən ayırdı

17:25  PSJ türk futbolçuyla müqavilə imzaladı

17:03  MOİK 3 xalı 4, “Sumqayıt” 5 qolla qazandı

16:50  “Keşlə” transferlərə niyə pul tapmayıb?

16:36  Volkovi: “Bunu yaxşı nəticə saymıram”

16:25  Elşad Əhmədov: “5-10 oyunluq hücumçu gətirmək istəmirik”

16:12  Süleymanzadənin həyat yoldaşı vəfat edib

16:01  “Qarabağ”dan “Yuventus”a atmaca

15:54  Şeydayevin baş məşqçisi: “Güclü qolçu tapmaq çətindi”

15:33  Con Kamara: “Azərbaycan çempionatında hakimlər çox vərəqə göstərir”

15:15  Millimizin futbolçusu Çexiyada klub dəyişdi - RƏSMİ

14:58  Məşhur futbolçunun mənzili növbəti dəfə qarət olundu

14:26  Simeone üzr istədi: “Bu, ürəkdən gələn jest idi” - VİDEO

13:56  Dünya futbol ulduzları Bakıya gəlir

13:14  Birinci Divizion: 17-ci turun bütün oyunları eyni saatda

13:07  Premyer Liqada 19-cu turun oyun cədvəli

12:57  Milli komandada yeni baş məşqçi

12:31  “Atletiko” 13 oyundu evdə uduzmur - ÇL-də

12:00  17-ci turun ən yaxşısı “Keşlə”li oldu

11:48  Premyer Liqada 17-ci turun rəmzi komandası

11:30  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

10:22  “Qəbələ”nin “Keşlə” ilə 48-ci dueli

10:00  “Mançester Siti”dən çətin qələbə - VİDEO

09:41  “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO

09:20  “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00  Klublar Komitəsinin sədri kim olsun?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az