(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Mərdəkanda hakim hoqqası: “Qırmızı” günahsıza göstərildi, protokol qeydləri sıralandı

Mərdəkanda hakim hoqqası: “Qırmızı” günahsıza göstərildi, protokol qeydləri sıralandı

9-cu tur qalmaqalla başladı. Premyer Liqanın bugünkü matçlarından biri futboldan çox, hakim qərarları ilə xatırlanacaq.
 
“Sumqayıt” – “Qəbələ” matçının sonlarında reallaşan və əsas vaxta 8 dəqiqə əlavə edilməsini gərəkdirən epizoda görə qonaqların 2 futbolçusu qırmızı vərəqə gördü. Zənnimizcə, vərəqələrin sayı və ünvanı doğru deyildi.
 
Mərdəkandakı matçın sonlarında “Qəbələ”nin cərimə meydançasında qarışıqlıq düşdü. Cinah ötürməsindən sonra topa şığıyan “Sumqayıt”lı Qvanzav Maqomedov yıxıldı və topu da cüssəsi ilə gizlətdi. Müdaxilə edən Bəhlul Mustafazadə və Voislav Stankoviç topu ondan çətinliklə, həm də kobudluqla aldılar. “Kobudluq” ifadəsi burada nisbidi, buna görə cərimə zərbəsi vermək olmazdı. Zatən qayda pozuntusu var idisə, topu hətta əli ilə yanına çəkən Qvanzav günahkar idi. Həm də o, topu gövdəsi ilə gizlədib yerə uzanmışdı və bu, yolverilməzdi.
 
Top uzaqlaşdırılan kimi futbolçular arasında qarşıdurma yarandı. Maqomedovla Stankoviç kəllə-kəlləyə gəldilər, bir-birini itələdilər. Şəhriyar Əliyevin müdaxiləsi ilə olaylar böyüdü. “Sumqayıt”ın mərkəz müdafiəçisi Stankoviçin üzərinə yeridi, buna mane olmaq istəyən Bəhlulla toqquşmadan sonra isə o, üzünü tutaraq qazona yıxıldı. Hər hansı bilərəkdən zərbə yox idi, Şəhriyarın məqsədi hakimi aldatmaq idi və buna nail oldu.
 
Baş hakim Orxan Məmmədov bu epizodda hər komandadan 2 nəfərə sarı, Mustafazadəyə qırmızı vərəqə göstərdi. Halbuki episentrdə Qvanzavla Stankoviç idi və onların cəzası eyni olmalı idi. Maqomedov “sarı” aldı, serb müdafiəçi yaddan çıxdı. Sonradan bəlli oldu ki, Bəhlula göstrilən “qırmızı” Stankoviçə verilməliymiş. Amma hakimlər təkcə futbolçuları səhv salmamışdı, vərəqənin rəngi də çox tünd idi.
 
Videotəkrara baxanda da görünür ki, Qvanzav Stankoviçin üzərinə yeriyir və zərbə endirmirlər, sadəcə, bir-birlərini itələyirlər. Ya ikisinə də sarı, ya da qırmızı vərəqə verilməliydi. Sarı vərəqəyə layiq bilinən Şəhriyara isə daha sərt sifət göstərilməliydi. Rəqibin üzərinə yeriyən, qalmaqalı alovlandıran Əliyev həm də simulyasiyaya yol verir, özünü zərərçəkən kimi göstərir. Bəhlul isə sadəcə, bəxtsiz qurban idi.
 
Matç bitən kimi “Qəbələ” tərəfi protokola etirazını yazdı. Onlar Mustafazadəyə göstərilən qırmızı vərəqənin haqsız olduğunu qeyd etmişdi. Haqlı idilər, amma maraqlıdı ki, burada da hakimlər hoqqa çıxardı. Qonaqların bu etirazından sonra hakimlər protokola əlavə etdi, qırmızı vərəqənin Bəhlula yox, Voislava göstərilməli olduğunu  yazdılar, səhv etdiklərini boyunlarına aldılar.
 
Əslində, hakimlərin klubun etirazından sonra nəsə yazması doğru deyil, amma onlar bunu da etdi. Bu qeydin sonradan yazılması aydın görünür. Məntiq yoxdu – hakimlər səhvlərini etiraf edirlərsə, “Qəbələ” cəzası avtomatik ləğv ediləcək oyunçuya görə niyə protest versin ki?
 
Protokolun nüsxəsini tələb edən “qırmızı-qaralar” bunu gördükdən sonra yenidən protokola əlavə etdilər. Komandanın meneceri Səbuhi Səfiyarlı hakimlərin qeydini əsas gətirərək Stankoviçə verilən vərəqəyə də etirazını yazdı, eyni zamanda qalmaqalda iştirak edən futbolçuların müəyyənləşdirilməsi üçün epizodun araşdırılmasını xahiş etdi.
 
Ən maraqlısı Rauf Əliyevin durumudu. O da ehtiyat oyunçular skamyasında otura-otura meydandan qovuldu. Halbuki hücumçu faktiki haqlı idi, Bəhlulun haqsız qovulmasına etiraz etmişdi. Onun əsəbləri tarıma çəkilibsə, bunun səbəkarı hakimlər idi. Amma Raufun sonradan hakimləri təhqir etməsi, onlardan birinə “şərəfsiz” deməsi qəbulolunan deyil.
 
Yəqin ki, AFFA İntizam Komitəsi gələn həftə məsələni araşdıracaq. Bəhlulun bağışlanacağı dəqiqdi, lakin Stankoviçə cəza kəsiləcəksə, Qvanzav və Şəhriyar da eyni aqibəti yaşamalıdı. Çünki bu futbolçular da hadisələrin episentrində idi. Yox, onların hərəkəti “sarı”ya layiq bilindisə, bu futbolçulardan aqressiv olmayan serb də sərt cəza almamalıdı.
 
Təbii ki, oyunun hakimlər briqadası da cəzalanmalıdı. Ümid edirik, Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlikin Azərbaycan futboluna gətirdiyi yenilik protokol oyunbazlığı deyil.
 
FƏRİD

 
tarix: 27-10-2018 22:57


 
Xəbər lenti
24.04.2019

19:04   Yarımfinalın cavab oyunlarının vaxtı açıqlandı

18:34   “Qəbələ”yə 2 qol vursam da, bu, artıq tarixdi”

17:53   “Səbail”in Essyeni sıradan çıxdı

17:28   “Ayaks”dan rekord göstərici

16:50   “Neftçi” “Sumqayıt” üçün hazırlaşır

16:24   Yurçeviçin qızları Bakıya və Qəbələyə heyran olublar - FOTOLAR

16:15   “Qarabağ” 6 aydan sonra...

16:02   90 dəqiqədə bir dəfə də kobudluğa yol vermədilər!

15:40   Millimizin futbolçusu üçün yeni baş məşqçi

15:16   Messi 100-ə çatdı

14:47   Millimizin üzvləri mədəni tədbirlərdə iştirak edəcək

14:22   Müşahidə Şurası “Sabah”ın çıxışına qiymət verdi

14:09   “Qızıl buts”: Messi Mbappeyə qarşı

13:45   Premyer Liqada 26-cı turu 8 futbolçu buraxacaq

13:02   İtaliya klubu baş məşqçisini qovdu

12:37   “Beşiktaş”ın futbolçusu üçün mövsüm bitdi

12:05   Panenka penaltisini boşa verən futbolçu qovuldu - VİDEO

11:29   “Barselona” oynamadan çempion ola bilər

11:06   Tiqrucanın final arzusu: “Qarabağ" və ya "Qəbələ" ilə oynamağın fərqi yoxdu”

10:40   “Mançester Siti”də ciddi itki: 2-3 həftə olmayacaq

10:11   Mühafizəçilərə görə - “Sumqayıt” cəzalanacaqmı?

09:51   Premyer Liqanın tarixinə keçən qol

09:30   Əsgərovdan Latviyada daha bir dubl və bombardirlik

09:00   Yurçeviç üçün həm ziyarət, həm “ticarət”

01:21   “Barselona”dan inamlı qələbə

00:53   “Tottenhem”ə 1 qol bəs etdi

00:38   Almaniya Kubokunda ilk finalçı bəlli oldu

23.04.2019

21:24  “Sumqayıt”la “Zirə”dən heç-heçə - VİDEO

20:55  “İnanıram və bilirəm ki, əzmkarlıq bizi finala çıxaracaq”

20:50  “Əvvəl də belə oynasaydıq, indi kuboku düşünmürdük”

20:22  “Zirə” ilə “Sumqayıt”dan ilk oyunda heç-heçə

19:50  Moskva “Lokomotiv”indən Azərbaycan millisinə

19:03  Qurban Qurbanov: “Qələbə qazanmağı çox istəsək də, alınmadı”

18:55  Sənan Qurbanov: “İkinci matçda daha yaxşı çıxış etməliyik”

18:42  Erkən finalın ilk pərdəsi: “Qarabağ” 2019-da ilk məğlubiyyətini aldı

18:38  “Qarabağ” “Qəbələ”yə belə uduzdu - VİDEO

18:26  “Neftçi”nin sabiq futbolçusu: “Mərhələni keçsəydik, 21 min dollar qazanacaqdıq”

18:19  Ramin Musayev möcüzə gözləyir

18:09  “Qarabağ” onu itirdi: Həm zədə, həm də cəza

17:53  “Qarabağ” “Qəbələ”dən məğlub qayıdır

16:54  Millidə seks qalmaqalı: Baş məşqçi qovuldu

16:18  Təxirə salınmış oyun üçün hakim təyinatları açıqlandı

15:59  “Kəpəz”in məşqçi və futbolçu heyətindən azarkeşlərlə görüş

15:34  Bundesliqa klubunda yeni baş məşqçi

15:00  “Bizi çempionluqdan cəmi 2 oyun ayırır”

14:26  Millimizin sabiq futbolçusu döyülməsindən danışdı

13:52  AFFA-dan “Keşlə”yə texniki məğlubiyyət

13:31  Bakı finalına doğru: Teleyayımla bağlı işgüzar səfər başlayıb

13:17  25-ci turun ən yaxşısı da “Qarabağ”lı oldu

13:08  “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada - FOTO

12:53  AFFA Divizion klublarını cəzalandırdı

12:37  Aftandil Hacıyevin əvəzinə rus məşqçi?

12:33  Tərlan Əhmədovun cəzası açıqlandı

12:27  Bakı finalına doğru: Kiber Çempionatın iştirakçıları bəlli oldu

12:16  Stuxlik “Neftçi” üzərində təcrübə aparır

11:58  “Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

11:24  Birinci Divizion: 24-cü turun bütün təyinatları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az