(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Uduzmaq üçün mübarizə

Uduzmaq üçün mübarizə

Turun “Sumqayıt” – “Qəbələ” oyunu çox qəribə alındı. Matçın sonlarındakı dava-dalaş öz yerində, meydandakı futbol fərqli idi. Məşqçilər sanki uduzmaq üçün bəhsə girmişdilər və sonda bunu da heç biri bacarmadı.
 
“Qəbələ” “Neftçi” üzərində qələbədən sonra özünə gəlməliydi. “Sumqayıt”ın son turlar uğursuz oynaması isə əlavə motivasiya idi. Lakin oyunun startı elə alındı ki, “qırmızı-qaralar” tarixinin ən böyük yenilgisini də ala bilərdi.
 
Ardıcıl 2 qol buraxdığı üçün “Qəbələ” şükür etməlidi. Çünki daha artığı ola bilərdi. “Sumqayıt”ın fasiləyə kimi 10-a yaxın real qol şansı qazandığını nəzərə alsaq, başqa düşüncəyə ehtiyac qalmır. 3 dəfə zərbələrin qapı tirindən qayıtması, 2 dəfə dirəkdən fərqlənməyən Atilla Yıldırımın bədxərcliyi həm də bəxt məsələsi idi.
 
Ən pisi odu ki, qonaqların baş məşqçisi bu dəqiqələrdə oyuna müdaxilə edə bilmirdi. Sənan Qurbanovun yetirmələri sürətli, kombinasiyalı oyun quran rəqibə qarşı başsız atlı kimi idi. Halbuki hücuma hücumla cavab vermək əvəzinə futbolçular top saxlasa, oyunun tempini öldürsəydi, heç ikinci qol vurulmazdı. “Qəbələ” bunu fasilə ərəfəsində anladı və təsadüfi qol da vurdu. Rəqib müdafiəçilərlə qapıçının anlaşmazlığından sonra Stiven Monrozun ustalığı sözünü dedi.
 
Eyni səhvi bu dəfə Nazim Süleymanov etmişdi. “Sumqayıt”ın baş məşqçisi oyuna müdaxilə etmədi, taktikanı dəyişmədi və sürət yarışında yetirmələrinin gücü tükəndi. “Qəbələ”nin təşəbbüsə yiyələnməsi də bununla bağlı idi.
 
Fasilədə Sənan Qurbanovu ayıltdılar. İkiqat əvəzləmədən sonra artıq qonaqlar diqtə edən tərəf idi. Bunun nəticəsində bərabərlik qolu da vuruldu. Və bu anda, hər şeyin əla getdiyi məqamda Rauf Əliyevin əvəzlənməsi komandanı tormozladı. Düzdü, bu hücumçu da yaxşı vəziyyətdə deyildi, amma meydana çıxan Asif Məmmədovdan daha faydalı görünür, rəqib müdafiəsini narahat edirdi. Asifin meydana çıxması ilə hücumda anlaşma pozuldu.
 
Süleymanov da “borclu qalmadı”, oyuna heç bir müdaxilə etmədi, rəqibin hədiyyəsindən imtina etdi. Belədə meydandakı ab-havanı yalnız futbolçular müəyyən etməyə başladı. Sərkərdəsiz ordu isə məğlubiyyətə məhkum idi, hər iki tərəf ağ bayraq qaldırınca sülh rəsmiləşdi.
 
İlk yarıda fantastik oynayan meydan sahibləri bir neçə dəfə hakim səhvi də gördü. Epizodların birində Rasim Ramaldanov rəqibi tutub saxladı, əla hücumun qarşısını aldı. Hakim Orxan Məmmədov nəinki vərəqə vermədi, heç oyunu da saxlamadı. “Qəbələ”nin ilk qolundan öncə də şübhəli vəziyyət var idi. Hücum Aleksey İsayevin cərimə meydançasında kobudluqla dayandırılmasından başladı. Hakim “davam” işarəsi verdi, əks-hücumdan sonra isə hesab arasındakı fərq azaldı.
 
İstənilən halda, 2:0-ı əldən verən məşqçi ən azı yetirmələri qarşısında günahkardı. Dubl edən Şəhriyar Əliyev matçın gedişindəcə Süleymanovdan dəyişiklik, əks-hücum taktikasına keçməyi tələb edirdi. Amma Nazim bəy belə düşünmədi və cəzalandı. Bir az hakim, bir o qədər də məşqçi səhvi fasilədən sonra ayılan Qurbanovun üzünü güldürdü.
 
Bu nəticəyə rəqiblər daha çox sevindi. Avrokuboklara vəsiqə uğrunda mübarizədə hər iki komanda yara aldı. Düzdü, hələ nəticə çıxarmaq üçün tezdi, lakin sonda arzuların üstündən məhz belə səhvlər xətt çəkir.
 
FƏRİD

 
tarix: 28-10-2018 09:45


 
Xəbər lenti
12.11.2019

18:37   “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02   Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33   Solari yenidən “Real”da

17:02   “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45   “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23   Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00   Super Liqa klubunda yeni baş məşqçi

15:46   “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28   Turun futbolçusu “Qəbələ”dən oldu

15:09   İngiltərə millisində qalmaqal

14:50   “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36   “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17   “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51   Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38   Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16   Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55   Millimizin rəqibinin heyətində dəyişiklik

12:36   Mövsümün 100-cü qolu

12:22   Ağayev 50-yə çatdı

11:59   Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47   Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39   “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30   Lobotka üçün hədəf bəllidi

11:21   Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11   İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00   İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30   Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00   Dadaşovdan məhsuldar ötürmə

09:30   Millimizin rəqibində Rakitiç şoku

09:00   Amin Seydiyev: “Belə səhvlərə yol verməyim normaldı”

11.11.2019

23:23  Super Liqada baş məşqçi istefası

19:43  “Qalatasaray” daha bir hücumçusunu itirdi

18:32  “Yuventus”da 150-ci oyun

17:34  “Qəbələ”nin 50-ci böyükhesablı qələbəsi

16:23  Millimizin oyununu kiprli hakim idarə edəcək

15:33  Pantiç: “Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı”

15:00  40-cı heç-heçə

14:05  “Yuventus”da Ronaldo böhranı böyüyür

13:43  Millimiz Moldovaya uduzdu - VİDEO

13:21  Ramil Ayazla görüşdü: “Bu oğlan Həbibdi”

13:00  Azərbaycanla oyunun mükafatı açıqlandı: 50 min avro

12:40  “Liverpul” - “Mançester Siti” matçında 4 qol - VİDEO

12:20  “Azərbaycan bizə qarşı qapalı futbol oynayacaq”

12:00  Bundesliqa klubunda baş məşqçi istefası

11:45  Millimiz Moldovaya da məğlub oldu

11:30  Ufuk Budaklı “Altınordu” səfərdən 1 xalla döndü

11:15  “Real”da yeni rekordçu

11:00  Nəbiyevin qolu “Slaviya”ya bəs etmədi

10:40  Xayme Romero: “Sevilya”ya qalib gəlməliyik”

10:25  Benzema Puşkaşı geridə qoydu

10:17  Fasilədə ayılan “Sumqayıt”la “Zirə”

10:00  Riçard Qadze: “Qarabağ”a ikinci qolu da vura bilərdik”

09:41  Dadaşov oynadı, komandası qalib gəldi

09:20  Paşayevli “Aleksandriya”dan səfər heç-heçəsi

09:00  Pedro Enrike: “Yenidən “Qarabağ”da oynamaq möhtəşəm olar”

02:16  “Olimpik”lərin duelində Marsel təmsilçisi qalib gəldi

02:05  “Atletiko”dan inamlı qələbə

01:54  “Qarabağ”ın rəqibi “Betis”ə qalib gəldi

01:41  “Yuventus” “Milan”ı məğlub yola saldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az