(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Vüqar Əsgərovdan dubl, komandasından darmadağın

Vüqar Əsgərovdan dubl, komandasından darmadağın

Futbol üzrə Latviya Birinci Liqasında 23-cü turun oyunları keçirilib. 

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb. 

Çempionatın ilkin mərhələsini lider kimi başa vuran sözügedən klub indi elitaya çıxmaq üçün ilk “dördlük”də yer alan digər üç klubla final mərhələsində mübarizə aparır. “Dauqavpils”in bu mərhələdəki ilk rəqibi “dördlüy”ün sonuncusu “Rejeknes” olub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 5:1.

Vüqar da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb.

Komandasının bu oyunda vurduğu qollardan ikisinə də Vüqar imza atıb. O, 47 və 72-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. Bununla da Əsgərov cari mövsümdə vurduğu qolların sayını 30-a çatdırıb.

“Dauqavpils” 23 turdan sonra 61 xalla birinci pillədə qərarlaşıb.


 
tarix: 28-10-2018 14:45


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az