(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Milinkoviç: “Oyunu ilk hissədə uduzmuşduq”

Milinkoviç: “Oyunu ilk hissədə uduzmuşduq”

“Əlbəttə nəticədən razı deyilik, çünki məğlub olduq. Xüsusən, ona görə məyusuq ki, ikinci hissədə 40 dəqiqə bir oyunçu üstün çıxış etdik. Amma düşünürəm ki, verilmiş penalti oyunun taleyini həll etdi. İkinci hissədə çoxlu şansımız olsa da, təəssüf ki, istifadə edə bilmədik. Hətta 3 hücumçu ilə oyuna davam etdik. Təəssüf ki, qapı qarşısəna çoxlu asmalar edə bilmədik və cəmi bir qol vura bildik".

Futbolinfo.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Mladen Milinkoviç səfərdə "Səbail"ə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib. Serbiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- Klubunuzun rəhbəri Zaur Axundov oyundan sonra çox qəzəbli idi...
- Əlbəttə o, klubun prezidentidir. Məğlub olursansa, razı ola bilməzsən. Axundovun konkret nə dediyini bilmirəm, çünki oyundan sonra paltardəyişmə otağına yox, ayaqyoluna yollandım. O, oyunçulara öz iradlarını deyə bilər. Yəqin ki, o da hamımız kimi məyusdur.

- "Keşlə"nin kifayət qədər ucaboy oyunçuları var, amma sanki düzgün asmalar edə bilmirdilər. Məşqdə bunun üzərində işləyirsiniz?
- Məşq edirik. Gördünüz ki, rəqib 10 nəfərlə qalan kimi ikinci hücumçunu - Amil Yunanovu meydana daxil etdik. Bəzən müəyyən qeyri-dəqiqliklər olur. Bəzən qapıçılar yaxşı oynayır, bəzən qapıçılar yaxşı oynayır bəzən isə müdafiəçilər. Futbolda qərarlar qısa zaman ərzində qəbul edilir və düzgün qərar verib düzgün addım atmırsansa məğlub olursan. Düşünürəm ki, artıq birinci hissədə oyunu uduzmuşduq. Vaqif Cavadov o epizodda hesabı bərabərləşdirə bilsəydi, oyunda tarazlıq yaranardı və psixoloji cəhətdən də üstünlük əldə edərdik. Amma təəssüf ki, alınmadı.

- Vaqif Cavadov meydandan çıxanda heç kimlə görüşmədi və skamyaya təpik atdı. Bu barədə nə deyə bilərsiniz?
- Onunla danışdım, bu, normaldır. Oyundan sonra hamı əsəbi idi. Hər şeydən əvvəl heç bir oyunçu əvəzlənmək istəmir. Təpik vurduğunu görmədim. Amma o çox vacib epizod qaçırdığı üçün çox məyus idi. Nəticə komandanın istənilən üzvünə təsirini göstərir. Əsas olan odur ki, biz bugün 3 xal itirdik. (Sportnet)


 
tarix: 28-10-2018 17:54


 
Xəbər lenti
26.08.2019

10:33   Quliyevli “Spartak”dan çətin qələbə

10:11   Qeye məmnundu: “Komanda yoldaşlarıma inanıram”

10:00   Kamran Əliyev “Ximki”yə qələbə qazandırdı

09:50   “Neftçi” “Zirə”yə qarşı - YENİLƏNİR

09:30   Novruzov “Speranta”ya qarşı oynamadı

09:15   Milli üzvü ilə yeni müqavilə

09:00   Zubir “Genqam”dan danışmadı: “Burada özümü xoşbəxt hiss edirəm”

01:32   “Qalatasaray” xal itirdi

01:22   “Barselona” ilk qələbəsini darmadağınla qazandı

01:11   PSJ-dən darmadağın

00:58   “Milan”dan ilk oyunda məğlubiyyət

00:05   “Qarabağ” - “Qəbələ” 3:0 - VİDEO

25.08.2019

23:51  Sənan Qurbanov: “Getmək mənim üçün problem deyil”

23:34  Qurban Qurbanov: “Yeni yarımmüdafiəçi axtarışındayıq”

23:10  “Volfsburq”dan darmadağın

22:53  “Qarabağ”dan darmadağın, “Keşlə”dən qələbə

22:29  “Mançester Siti” qalib gəldi, “Tottenhem” uduzdu

22:07  “Keşlə”yə 1 qol bəs etdi - VİDEO

21:59  Elşad Əhmədov: “Bu səhvləri təkrarlamamalıyıq”

21:57  Tərlan Əhmədov: “Onun bilərəkdən vərəqə aldığını düşünmürəm”

19:53  Turabov Super Liqada debüt etdi

19:19  “Volfsburq”un forvardı Super Liqa klubunda

18:35  Millimizin üzvü darmadağını kənardan izlədi

17:47  Premyer Liqada rekord təkrarlandı

17:37  Tanınmış futbolçu karyerasını başa vurdu

16:56  Argentinalı hücumçu Super Liqa klubunda

16:24  “Fənərbaxça” Reyeslə vidalaşdı, Ramini alır - RƏSMİ

15:38  Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə

14:31  İkardinin yeni forma nömrəsi bilindi

13:54  Qana millisinin üzvü Super Liqa klubunda

13:21  “Fənərbaxça” 6 mövsüm sonra

13:05  Dadaşov debüt etdi, yeni komandası ilk xalını qazandı

12:10  “Qarabağ”ın 200 minlik təklifini qəbul etmədilər

11:53  “Qarabağ” bizim qanımızı içmək istəyəcək”

11:30  Əsgərov ehtiyatda qaldı, “Liepaya” uduzdu

10:44  "Neftçi"nin məşqçisi təltif olundu

10:32  Mamadu Mbodj: “Yenilik olsa, biləcəksiz”

10:25  “Sabah”la “Keşlə”nin 5-ci dueli

10:08  “Qəbələ”nin “Qarabağ”la 54-cü qarşılaşması

09:43  Paşayev ehtiyatda qaldı, komandası darmadağına üzüldü

09:21  Əhmədov oyunu gözləyir: “Daha istəkli olmalıyıq”

09:12  “Beşiktaş” Kuaresmanı transferə çıxardı - RƏSMİ

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az