(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qurban Qurbanov: “Hər biri ilə ayrılıqda danışacağam”

Qurban Qurbanov: “Hər biri ilə ayrılıqda danışacağam”

“Bordini və rəqib komandanı təbrik edirəm. Oyundan sonra sıxlıq olduğu üçün həmkarıma yaxınlaşa bilmədim. Bu, idmandır. Futbolçular həmişə gərgin qrafikdədilər. Amma belə oyunlara, məğlubiyyətlərə hazır olmalıyıq. Danışılası bir şey yoxdur. Oyun və nəticə barədə hər bir futbolçu ilə ayrılıqda danışacağam. Futbolçuların yanında olmalıyam. Belə vəziyyətlər çox olub. Biz istəkli komandayıq. Sadəcə, səhvər olur. Bunları aradan qaldırmalıyıq. Daha möhkəm kollektiv olaraq qarşıdakı oyuna hazırlaşmalıyıq. İradlar olacaq, bunu başa düşürəm. Biz hər oyuna qələbə istəyi ilə çıxırıq”. 

Futbolinfo.az xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

- Nə vaxta qədər futbolçuların yanında olacaqsınız, məsuliyyəti öz üzərinizə götürəcəksiniz: Bunun limiti varmı?
- Limit yoxdur. Mən futbolçulardan, onlar da məndən dəstək görməlidir. Səhvlərimizi kollektiv içində araşdırmalıyıq. Çatışmayan cəhətləri daha yaxşı bilirəm.

- "Vorskla” ilə oyunda sanki çox güc sərf olunmuşdu. Bunun yorğunluğu hiss olunurdumu?
- Hər məğlubiyyətdən sonra psixoloji yorğunluq olur. Bu gün də heyətdə çox dəyişiklik etmişdim. Bəzi oyunçuları riskə atmaq istəmədim. Əsas heyətdən 3 oyunçu oynadırdım. Amma hiss edirdim ki, onlar üçün oynamaq ağırdı. Məğlubiyyətin səbəbini bunda axtarmaq istəməzdim. Sadəcə bu görüşə hazırlaşmaq üçün vaxtımız az olmuşdu. Bəzən belə məğlubiyyətlərin komandaya faydası olur. Üzücü olsa da, işimiz ilboyu davam edir. Bütün yorğunluqları, çatışmazlıqları arxada qoymalıyıq.

- Əlinizin altındakı heyət çempionluq üçün yetərlidir?
- Futbolçularımın hər birinə güvənirəm. Bu heyətlə gözəl qələbələrimiz olub. Həm çempionatda, həm avrokuboklarda. Çempionatda inanmıram elə elə ciddi problemimiz olsun. Sadəcə, dəyişikliklər olur, hər oyun istədiyimiz kimi çıxış edə bilmirik. Düşünürəm ki, qarşıdakı oyunlar daha yaxşı olacaq.

- Yakub Jezniçakın əvəzinə Rəşad Sadıqovun meydana çıxması nə ilə bağlıdır?
- Bayaq dediyim kimi, yorulmuşdular. Jezniçak həddən artıq yorğun olsa da, onun təcrübəsinə ehtiyacımız var idi. İlk hissənin sonlarında yorğunluğunu hiss etdiyim üçün onu əvəzlədim.

- Azarkeşlər Mirabdulla Abbasovu yığmada görmək istədiklərini bildirdilər...
- Bütün oyunçular nəzarətdədir. Bütün bacarıqlı futbolçu yığmada ola bilər. Bizim hər toplanışımızda yeni oyunçu olur. Mənim siyahımda olan futbolçular arasında Mirabdulla da var. Onların hamısı milliyə çağırıla bilər. (Sportnet)


 
tarix: 28-10-2018 19:40


 
Xəbər lenti
20.04.2019

01:00   Dörd qolluq heç-heçə

00:41   Meydan sahiblərindən çətin qələbə

00:25   “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01   Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

19.04.2019

23:09  Ələsgərov: “Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdi”

21:24  “Neftçi”ni Ələsgərov sevindirdi - VİDEO

21:15  Elşad Əhmədov: “Həmin epizoda baxmaq lazımdı”

20:56  Bordin: “Qalib gəlsək də, üzüldüyüm məqamlar da var”

20:22  “Neftçi”dən inamlı qələbə

19:55  Samir Abasov: “Bu oyun bütün suallara aydınlıq gətirdi”

19:38  Bakı finalına doğru: Aleksanr Səmədov səfir seçildi

19:02  “Futbolçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik”

18:54  “Qəbələ” - “Zirə” matçında 3 qol - VİDEO

18:37  “Neftçi” Petrovu itirdi: 2-ci dəqiqədə

17:53  “Qəbələ” “Zirə”ni məğlub yola saldı

17:44  Mahirdən xəstəxanalıq etdiyi futbolçuya ziyarət – FOTO

17:35  Kapitanın 150-ci oyunu

17:14  “Qəbələ”də Bezotosnı şoku

17:03  ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı

16:41  Mədətovla Medvedevdən yubiley

16:22  “Qarabağ”dan mövsümün rekordu

16:04  Maksim Medvedev: “Bu sürprizi çox bəyəndim”

15:42  “Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

15:25  Premyer Liqada 26-cı turun oyun cədvəli

14:54  Birinci Divizion: Növbəti turun oyun cədvəli açıqlandı

14:26  Maksim Medvedevin 400-ü - FOTOLAR

13:55  “Valensiya”lı mövsümü erkən başa vurdu

13:05  Paytaxt klubunda ciddi itki

12:46  “Çelsi”də yeni rekordçu

12:23  “FC Baku” oyun alveri edib? – AFFA-dan gözlənilməz qərar

12:00  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:42  Qaliblər mükafatlandırıldı

11:21  Region Liqası: Yarımfinal oyunlarının vaxtı bilindi

11:01  “Qəbələ”dəki yerdəyişmə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az