(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Ayaqyolu futbolu: biri qapıdan qayıtdı, digəri prezidentdən orada gizləndi

Ayaqyolu futbolu: biri qapıdan qayıtdı, digəri prezidentdən orada gizləndi

“Səbail” “Keşlə” üzərində qələbə ilə xeyli rahatladı. Texniki qələbələrin də sayəsində 2-ci pilləyə şərik olan “dənizçilər” avrokubok xəyallarına daha çox inanmağa başlayıb.
 
Amma Aftandil Hacıyev hələ də gərginlik içindədi. Bu baş məşqçi az qala rahat qələbə qazandıqları matçı da korlayacaqdı. Bəlkə də klubu idarə edən iki dəstədən birinin – özünün aid olmadığı dəstənin təzyiqinin nəticəsidi ki, rahat ola bilmir. Klub prezidentinin dəstəyi var, lakin AFFA-dan göndərilənlərin dəstəsinə başçılıq edən icraçı direktor Ramin Həsənovla mehriban düşməndilər.
 
Elə bu cür diskomfort şəraitdə o, az qala Paçekonu meydana buraxıb legioner limitini pozacaqdı. Bəlkə də əcnəbi bolluğundandı, ona görə başını itirib. Yaxşı ki, son anda ayıldı, Vüqar Bəybalayevi meydana buraxdı.
 
Doğrusu, bu səhv reallaşsaydı, biabırçılığın pik həddi olardı. 2 dəfə texniki qələbə qazanan komandanın eyni üsulla uduzmasına ad qoymaq belə mümkünsüzdü. Yaxşı ki, Hacıyev ayaqyolunun qapısından qayıtdı.
 
Mladen Milinkoviç isə ayaqyolundan qalmadı. “Keşlə”nin baş məşqçisi 1:2 hesabıyla uduzduqları matç bitən kimi rahatlaşmağa getdi və bunu mətbuat konfransında dilə gətirdi. O, klub rəhbəri Zaur Axundovun qəzəbli olması haqda suala belə cavab verdi: “Əlbəttə, o, klubun prezidentidir. Məğlub olursansa, razı ola bilməzsən. Axundovun konkret nə dediyini bilmirəm, çünki oyundan sonra paltardəyişmə otağına yox, ayaqyoluna yollandım. O, oyunçulara öz iradlarını deyə bilər. Yəqin ki, o da hamımız kimi məyusdur”.
 
Milinkoviçin sözlərinin rəmzi mənası da var. Amma o, “Keşlə”nin oynadığı futbolun içinə indi yox, çoxdan… töhfəsini verib. 11 legionerli olan, amma normal, komplektləşmiş heyəti olmayan komanda çoxdan pis qoxur. Elə Axundovun da ciddi idarəçi səhvləri üzündən komanda o qədər pis komplektləşib ki, qışda təzədən sökülüb-yığılmalıdı. Əlavə xərclər, yenidən komanda qurmaq çətin olacaq, başqa çıxış yolu da yoxdu.
 
8 oyuna cəmi  1 qələbə, 2 heç-heçə, 5 məğlubiyyət – günahkar axtarırıqsa, Milinkoviçlə Axundovu şərik etməliyik. Birinin seçim, komanda qurmaq, digərinin idarəçi bacarığı yoxdu. Olsaydı, klubun içindəki düşmənləri daha tez tapardı, transferlərdə əsas öz sahibi olmuş Zaur İsmayılovu çoxdan yola salardı, Rəmiş Malıyevi stadiona buraxmazdı. Eyni zamanda bu futbolçuları kluba sırıyan menecerləri də daş-qalaq edərdi. Ancaq Bahodir Nasimov kimi veteranı gətirən “Qara” ləqəbli menecer Axundovun özünü hər gün aldadırsa, günahkarı başqa yerdə axtarmaq da olmaz, güzgüyə baxmaq lazımdı.
 
Milinkoviçin çox duruş gətirməyəcəyi aydındı. Növbəti turda “Neftçi”yə məğlubiyyət serb çalışdırıcı üçün “Vağzalı” ilə bitəcək. Amma bu mahnı onu ayaqyolundan da uzağa aparacaq, Axundovun qəzəbindən orada gizlənə bilməyəcək.
 
Yeri gəlmişkən, “Neftçi”nin ən azı növbəti turda da qələbə qazanmasını bu gün Tərlan Əhmədovdan çox istəyən yoxdu. Bakılıların sabiq baş məşqçisi Mladenin postuna əyləşmək üçün bu həftə ağ-qara fanat köynəyi geyməyə də razı olardı.
 
FƏRİD

 
tarix: 29-10-2018 09:15


 
Xəbər lenti
22.08.2019

00:55   “Olimpiakos” “Krasnodar”ı darmadağınla yola saldı

21.08.2019

22:25  “Hiss olunur ki, “Linfild” olduqca istəklidi” - Qurban Qurbanov

21:22  David Hili: “Qarabağ”ın aqressiv olacağını düşünmürəm”

20:20  Maaşının azaldılmasına razı oldu - “Fənərbaxça”da qalmaq üçün

19:44  “Liverpul”un futbolçusu Türkiyə klubunda - RƏSMİ

18:55  “Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

18:21  Xorvatiyalı futbolçu İtaliyada klubunu dəyişdi

18:00  “Keşlə”də kadr dəyişikliyi

17:45  “Monako”da yeni hücumçu

17:12  “Qarabağ” - “Linfild” matçının biletləri satışda

16:50  Premyer Liqada 2-ci turun hakimləri bəlli oldu

16:36  Paytaxt klubunun zədəli futbolçusu sıraya döndü

16:16  “Qarabağ”la oyunlarda Avropaya yaxşı bir səs salmaq istəyirik”

15:50  I Divizionda mövsümün təqvimi açıqlandı

15:36  Super Liqa klubu milli üzvləri ilə “nikah təzələdi”

15:12  La Liqa klubunda 5 illik müqavilə

14:43  Riberinin yeni klubu rəsmən bəlli oldu

14:26  “İnanıram ki, bu mövsüm komandamız üçün çox uğurlu olacaq”

14:01  “Beşiktaş”ın futbolçusu Fransa klubunda

13:42  “Zirə”nin yeni transferi: “Burdakı səviyyəyə təəccübləndim”

13:25  AFFA yeni mövsümün ilk cəzalarını açıqladı

13:08  Azərbaycanla oyundan əvvəl yeni məşqçi

12:40  Ayaz Quliyev rəmzi heyətdə

12:21  Millimizin baş məşqçisi: “Bu iki oyundan maksimum istifadə etməliyik”

12:00  AFFA-dan 1 illik müqavilə

11:40  Uels millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

11:21  Millimizin futbolçusu oynadı, komandası ilk qələbəsini qazandı

11:00  DÇ-2022-nin loqosu nə vaxt təqdim olunacaq?

10:41  Daha bir türk futbolçu A Seriyasında

10:23  Millimizlə oyundan öncə klubunu dəyişdi

10:00  Paytaxt klubunda daha bir yeni müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az