(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Bordinin riski, “Qarabağ”ın iç problemləri və qızışan zirvə döyüşü

Bordinin riski, “Qarabağ”ın iç problemləri və qızışan zirvə döyüşü

“Neftçi” – “Qarabağ” oyunu tək kəlmə ilə mükəmməl idi. Zirvəyə yaraşan oyunda qalib də bunu haqq edirdi. Baxımlı, sürətli, zövq verən oyun idi.
 
Əslində, hər şey proqnozlaşdırıldığı kimi keçdi. Bakılıların müdafiə olunaraq əks-hücum taktikası seçəcəyi də, qonaqların topa sahib olmaqla daim hücumu düşünəcəyi də. Amma fərq əhval-ruhiyyədə, qələbəni daha çox istəməkdə və futbolçuların bacarığında idi. Ağdamlıların sıx qrafik nəticəsində yorğunluğu da sözünü dedi və təslim oldular.
 
Roberto Bordin risk etdi və şansı gətirdi. 5 müdafiəçiylə oynayan, Ömər Buludov kimi gəncə etibar edən məşqçi aldanmadı. Oyun onun cızdığı ssenari üzrə keçdi, erkən qollar isə daha çox işə yaradı. Qapalı müdafiəni yarmaqda həmişə aciz olan ağdamlılar cərimə meydançası ətrafında dolaşmaqla kifayətləndilər. Heyətdəki rotasiyalar da qonaqlara mane oldu, yorğun futbolçuları əvəz edənlər ümidi doğrultmadı.
 
“Neftçi”də hər şey alındı. Yakub Jezniçakı ehtiyatda saxladığı üçün tənqid olunan Qurban Qurbanovun hardasa haqlı olduğu bu matçda aydınlaşdı. Dario Federiko onun başını elə gicəllətdi ki, polşalı fasilədə elə paltarəyişmə otağında qaldı. Az qala bütün qol epizodlarından dəqiq istifadə edən bakılılar rəqibə eyni şansı verməməklə də alqış qazandı. Mirabdulla Abbasov bir anda ulduzlaşdı, özünü millinin formasında təsəvvür etdi və s.
 
Axırıncı qələbəsini düz 1 ay öncə qazanan “Qarabağ” dünənə kimi qola da həsrət idi. Avrokuboklarda da xal qazanmamaq bir yana, rəqib torunu silkələməyən ağdamlılar özünü qınamalıdı. Ötən turdakı texniki məğlubiyyətin ardından “Vorskla”dan alınan zərbə və bu yenilgi böhranın işarətləridi. Düzdü, bu dönəmə görə illərdi at oynadan komandanın üstündən xətt də çəkmək olmaz, amma yanlışlıqlar vurğulanmalıdı.
 
“Qarabağ” tək hücumçu İnnosent Emeqaranın ümidinə qalıb və o, çempiona yaraşan biri deyil. Uğursuz transferdi və faktiki “atlılar”ın başqa forvardı yoxdu. Deməli, transferdə səhvlər edilib. Gedənlərə görə klubu qınamayacağıq. Maliyyə şərtləri və daxili çempionatın şərtləri var – milyon dollardan çox maaş istəyən Almeyda da, Pedro da, Ndlovu da getməli idi. Onlarıa ayrılıqda digər klubların büdcəsi qədər əməkhaqqı vermək olmazdı. Onları əvəzləyənlərlə bağlı isə hər şey qaydasında deyil.
 
“Qarabağ” həmişə yaxşı əcnəbilər gətirib, onların yaxşı yerlərə transfer olunması da bunun göstəricisidi. Lakin bu yay səhvlər çox oldu. Ən bahalı transferin – Hannes Halldorssonun ehtiyatda qalması faktı hər şeyi deyir. Con Delarj, Emeqara da onun kimi.
 
Ümumiyyətlə, “Qarabağ”ın düşərgəsindən xoş olmayan xəbərlər gəlir. Klubun vitse-prezidenti Tahir Gözəlin “Vorskla” ilə matçdan sonrakı müsahibəsi təsadüfi deyildi. O, faktiki hər şeydə məşqçilər heyətini günahlandırdı. Yəqin ki, bəzi əcnəbilərin narazılığı onun da qulağına çatıb. Qurbanovun milliylə bağlı gərgin qrafikdə işləməsi, kluba çox vaxt ayıra bilməməsi, futbolçuların bazada lazım olandan çox saxlanılması haqda dedi-qodular çoxalır, legionerlər məşqçinin onlarla az təmasda olmasından narazıdı.
 
Dünən çox zəif oynayan Donald Geryenin narazılığı isə başqadı. O, yayda bitəcək müqaviləsini yeniləməməyə qərar verib, bəlkə elə belə oyunla qışda özünü “qovdurdu”. Bu futbolçunun inciməsinin səbəbi var, bildiyimizə görə, fantastik məbləğdə cərimələnməsinin acığını zəif oynamaqla çıxır. Təbii ki, doğru davranış deyil, lakin onu yola gətirmək, komandaya yenidən qazandırmaq lazımdı.
 
Qurbanov bunun fərqindədi. Ad çəkmir, amma nələrinsə düz getmədiyini özü də görür: “Bordini və rəqib komandanı təbrik edirəm. Oyundan sonra sıxlıq olduğu üçün həmkarıma yaxınlaşa bilmədim. Bu, idmandır. Futbolçular həmişə gərgin qrafikdədilər. Amma belə oyunlara, məğlubiyyətlərə hazır olmalıyıq. Danışılası bir şey yoxdur. Oyun və nəticə barədə hər bir futbolçu ilə ayrılıqda danışacağam. Futbolçuların yanında olmalıyam. Belə vəziyyətlər çox olub. Biz istəkli komandayıq. Sadəcə, səhvər olur. Bunları aradan qaldırmalıyıq. Daha möhkəm kollektiv olaraq qarşıdakı oyuna hazırlaşmalıyıq. İradlar olacaq, bunu başa düşürəm. Biz hər oyuna qələbə istəyi ilə çıxırıq”.
 
“Qarabağ” mütləq silkələnməlidi. Rəşad Sadıqov kapitan kimi yenidən ön plana çıxmalı, futbolçuları toparlamalıdı. Onun oyuna şəxsi maşını ilə matç saatında gəlməsi, fasilədə məşq etmədən, isinmədən ikinci hissəyə çıxması doğru davranış deyil, bunun nəticəsi idi ki, 3-cü qolda Namiq Ələskərovun rəqsini izləmək məcburiyyətində qaldı. Rəşad peşəkarlığı ilə nümunə olmalıdı. Necə ki, indiyədək məhz bu cür edib. İş, qayğılar, fərqli məsuliyyətlər çox ola bilər, amma “Qarabağ”ı daha çox düşünmək lazımdı.
 
“Neftçi”ni isə yalnız təbrik etmək lazımdı. Layiqli qələbədən sonra təkhakimiyyətlilik yaranıb və bakılılar çempionluğa daha çox inanmaq uçun səbəb tapıblar. Yarış belə intriqalı olanda daha yaxşıdı.
 
AĞA

 
tarix: 29-10-2018 09:47


 
Xəbər lenti
25.08.2019

01:06   “Fənərbaxça”dan əzmkar qələbə

00:55   “Real” doğma meydanda xal itirdi

00:41   “Yuventus”la “Napoli” qələbə ilə başladı

24.08.2019

23:55  “Bordo”dan səfərdə inamlı qələbə

23:16  Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

23:03  Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

22:45  “Bavariya”dan darmadağın

22:00  “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00  “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51  Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37  “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56  “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23  Bundesliqada yeni rekordçu

19:51  Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11  Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39  Vensan Kompaniyə daha bir zərbə

17:36  “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10  “Dinamo”dan Şeydayevsiz qələbə

15:11  “Sumqayıt”la oyuna 4 itki ilə

15:01  “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21  “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47  Millimizin heyəti açıqlandı

12:49  Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59  İsrafilovsuz qələbə

11:03  UEFA “Qarabağ”ı cərimələdi

09:47  "Neftçi"nin legioneri Hindistan klubunda

09:21  “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14  Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00  Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52  “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58  “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48  “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25  “Borussiya”dan inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az