(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Məmmədovun etirafı “Qəbələ”ni haqlı çıxardı

Məmmədovun etirafı “Qəbələ”ni haqlı çıxardı

Orxan Məmmədovun “Qəbələ” ilə problemi deyəsən, hakimin başında çatlayacaq. Onun dünən “CBC Sport”un canlı efirində etdiyi etirafın cəzası olmalıdı.
 
“Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı Orxanın onlara qarşı qərəzli olduğunu, əvəz çıxdığını mətbuata açıqlamasında bildirmişdi: “Orxan Məmmədov təqribən 1 ay əvvəl Qəbələyə gəlmiş və stadionda məşq etmək üçün bizə müraciət etmişdi. Amma həmin vaxt nəsə oldu, alınmadı. Kiməsə zəng vurum deməliydim, o adam da gec cavab verdi. Həmin müddətdə Orxan stadiona getdi, ancaq mühafizə xidmətinin əməkdaşı onu meydançaya buraxmadı. Mənə mesaj yazdı ki, “eybi yox, buraxmasınlar, mən sizə göstərəcəyəm”. Bu mesaj durur. Son oyundakı hadisə olmasaydı, qırmızı vərəqələri verməsəydi, heç həmin söhbət yadıma düşməyəcəkdi. Bunlar baş verəndən sonra öz-özümə düşündüm ki, nə ola bilər. Rauf Əliyevə etiraza görə 2-ci sarı vərəqədən “qırmızı” verdi. Həmin vaxt ehtiyatda olan 11 oyunçu və 7 texniki işçi eyni anda etiraz edirdi. Hamı da haqlı idi ki, Bəhlula qırmızı vərəqəni düz göstərməyib. Sonradan özü də bunu etiraf etdi. Etiraz edənlərdən kimə istəsə, sarı vərəqə verə bilərdi. Amma seçirsən, əvvəldən “sarı”sı olan Raufa ikinci dəfə xəbərdarlıq edib, “qırmızı” göstərirsən. Bilirsiniz, yanaşma tərzi var. Yəqin, orada 4-cü hakim Orxana deyib ki, “qırmızı”nı Raufa göstər. Birbaşa qırmızı vərəqə versəydi, hardasa başa düşmək olardı ki, futbolçunun aqressivliyinə görə bu addımı atıb. Həmin anda “sarı”sı olmayan bir oyunçunu cəzalandırıb, ortalığı sakitləşdirə bilərdi. Yaxud ən azından şifahi xəbədarlıq edərdi ki, özünü düzəltsin. Oyundan əvvəl iclas olanda ordan-burdan eşidirdim ki, nəsə olacaq. Çünki Orxanın bizimlə münasibəti yaxşı deyil. Qulağıma çatmışdı ki, “Qəbələ”nin oyununa təyinat alanda sevinə-sevinə gəlir. Matçdan 2 saat öncəki iclasda 4-cü hakim bizə dedi ki, futbolçulara tapşırın, Orxan Məmmədovun qərarlarına etiraz etməsinlər. Mən isə onlara bildirdim ki, dünyanın harasında görülüb, hakimin hər qərarı ilə razılaşsınlar. Çünki epizodu hərə bir cür görür və hamı özünü haqlı sayır. Emosiyalar yüksək olar, ona görə də etiraz etmək normaldır. Burada qeyri-adi bir şey yoxdur. Etirazı necə aşağı salmaq isə hakimin səviyyəsindən asılıdır. Sarı vərəqəni elə verə bilər ki, oyunçu qayıdıb onu söyər. Ancaq elə də edə bilər ki, futbolçu ona “sağ ol” deyər. Bu, birbaşa hakimin qabiliyyətindən asılıdır. İclasda da dedim ki, bu məsələyə belə sərt yanaşırsınızsa, yüz faiz oyunda nəsə olacaq. Çünki artıq şübhələnməyə başlamışdım. Hakim-inspektor Murad Məmmədov idi. Ona bildirdim ki, siz özünüz nə dərəcədə inanırsınız ki, oyunçu etiraz etməyəcək. Harada görülüb ki, futbolçuya sarı vərəqə verəcəksən, başını aşağı salıb gedəcək. Heç kim buna zəmanət verə bilməz. Futbolçu görsə ki, haqsızlıq olub, mütləq etiraz edəcək. Göründü ki, hakim-inspektor o sözləri elə-belə deməyibmiş”.
 
Səfiyarlı qol.az-a açıqlamasında hər şeyin əvvəlcədən planlaşdırıldığını deyib: “Baxın, əvvəlcə Bəhlula qırmızı vərəqə göstərdi. Oyundan sonra epizodun videoyazısını həm hakim-inspektora, həm də hakimlərin özünə apardım ki, gəlin, bir də baxaq, vərəqəni səhv vermisiniz. Həmin vaxt Murad Məmmədov mənimlə kobud şəkildə danışdı. Dedi ki, özümüz harada baxacağımızı yaxşı bilirik, bizə göstərmək lazım deyil. Mən də razılaşdım və bildirdim ki, onda mən protokolda Bəhlula haqsız yerə qırmızı vərəqə göstərildiyini yazacağam. Söylədi ki, yaza bilərsən, sənin haqqındır. Halbuki Murad müəllimdən mənimlə belə kobud danışacağını gözləmirdim. Videodur də, göstərirəm, bax. Burada nə var ki? Səni yeməyəcək ki? Bax, sonra fikrində qal və ya dəyiş, öz fikrindir. Mən sadəcə, təklif edirəm ki, video var, gəl, baxaq. Bəs nə oldu, deyirdin, hər şeyi görmüşəm. Soruşdum ki, nə olub, niyə belə aqressivsiniz? Dedim, qırmızı bizim futbolçuya göstərilib, biz aqressiv olmalıyıq. Nə isə, mən öz etirazımı yazdım. Onu deyim ki, bu vaxt da çox kobud səhvə yol verildi. Çünki əsasnaməyə görə, birinci hakimlər protokolu yazmalı, bundan sonra klublardan əlavə və ya etirazların olub-olmadığını soruşmalıdır. Yalnız bundan sonra o, qol çəkib protokolu bağlamalıdır. Biz öz etirazımızı yazandan sonra hakimin protokola nəsə əlavə etməyə haqqı yoxdur, ixtiyarı çatmır. Biz sarı, qırmızı vərəqələrlə bağlı öz etirazımızı yazandan sonra 4-cü hakim protokolu apardı ki, Orxan Məmmədov qol çəksin. Sonra protokolun nüsxəsini gətirəndə gördük ki, baş hakim ora əlavə edib. Soruşdum ki, bu nə əlavədir? Bizdən sonra sizə kim ixtiyar verir ki, ora nəsə yazasınız? Dedim ki, mənim də əlavəm var, Stankoviçin də sarı vərəqə almasına etiraz edirəm. Bildirdi ki, bunu Orxanın özündən soruşun. Mən də dedim ki, Orxandan niyə soruşum, o kimdir ki. Orxanın işi gəlib hakimlik edib getməkdir. Qayda var, qanun var. Belə şeyi çoxdandır görmürəm. Yəqin mən videonu göstərmək istəyəndən sonra özü epizoda baxıb və ya kimdənsə soruşub ki, protokolda sarı vərəqəni Stankoviçə göstərməli olduğunu qeyd edib. Yenə sual çıxır: Stankoviçə niyə “sarı” verilməldir ki? Orada futbolçular bir-birilərini itələyiblər. Bəhlul da onları ayırmağa çalışırdı. Orxan protokolda qırmızı vərəqəni səhv göstərdiyini yaza bilməzdi. Ona görə də Stankoviçin adını qeyd edib”.
 
Maraqlıdı ki, Məmmədov dünən canlı telefon bağlantısında verdiyi açıqlama ilə Səfiyarlının dediklərini demək olar, təsdiqlədi: “Əgər bizə məşq üçün şərait yaratmırlarsa, onda sarı vərəqə göstərməməyi də xahiş etməsinlər".
 
Görəsən, klub hansısa hakimə niyə şərait yaratmalıdı ki? Məgər bunu AFFA etməməlidi? Yoxsa hakimlər diqqətdən kənar qaldığı üçün klublara ağız açmağa, etiraz görəndə də qisasa əl atmağa məhkumdu?
 
İndi qiymət vermək AFFA-ya qalıb. Bu gün İntizam Komitəsi qərarları açıqlayacaq. Güman ki, orada hakimlər briqadası haqda ölçü götürmək tapşırığı da olacaq. Görək Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlik nə qərar verəcək?
 
AĞA

 
tarix: 30-10-2018 09:44


 
Xəbər lenti
20.04.2019

01:00   Dörd qolluq heç-heçə

00:41   Meydan sahiblərindən çətin qələbə

00:25   “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01   Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

19.04.2019

23:09  Ələsgərov: “Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdi”

21:24  “Neftçi”ni Ələsgərov sevindirdi - VİDEO

21:15  Elşad Əhmədov: “Həmin epizoda baxmaq lazımdı”

20:56  Bordin: “Qalib gəlsək də, üzüldüyüm məqamlar da var”

20:22  “Neftçi”dən inamlı qələbə

19:55  Samir Abasov: “Bu oyun bütün suallara aydınlıq gətirdi”

19:38  Bakı finalına doğru: Aleksanr Səmədov səfir seçildi

19:02  “Futbolçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik”

18:54  “Qəbələ” - “Zirə” matçında 3 qol - VİDEO

18:37  “Neftçi” Petrovu itirdi: 2-ci dəqiqədə

17:53  “Qəbələ” “Zirə”ni məğlub yola saldı

17:44  Mahirdən xəstəxanalıq etdiyi futbolçuya ziyarət – FOTO

17:35  Kapitanın 150-ci oyunu

17:14  “Qəbələ”də Bezotosnı şoku

17:03  ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı

16:41  Mədətovla Medvedevdən yubiley

16:22  “Qarabağ”dan mövsümün rekordu

16:04  Maksim Medvedev: “Bu sürprizi çox bəyəndim”

15:42  “Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

15:25  Premyer Liqada 26-cı turun oyun cədvəli

14:54  Birinci Divizion: Növbəti turun oyun cədvəli açıqlandı

14:26  Maksim Medvedevin 400-ü - FOTOLAR

13:55  “Valensiya”lı mövsümü erkən başa vurdu

13:05  Paytaxt klubunda ciddi itki

12:46  “Çelsi”də yeni rekordçu

12:23  “FC Baku” oyun alveri edib? – AFFA-dan gözlənilməz qərar

12:00  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:42  Qaliblər mükafatlandırıldı

11:21  Region Liqası: Yarımfinal oyunlarının vaxtı bilindi

11:01  “Qəbələ”dəki yerdəyişmə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az