(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Rəqib 10 nəfərlə müdafiə olunurdu” - Jezniçak “Neftçi”yə məğlubiyyətdən danışdı

“Rəqib 10 nəfərlə müdafiə olunurdu” - Jezniçak “Neftçi”yə məğlubiyyətdən danışdı

“Qarabağ”ın müdafiəçisi Yakub Jezniçakın futbolinfo.az saytına müsahibəsi:

- “Qarabağ”ın “Neftçi”yə məğlubiyyəti səs-küy yaratdı. Komandanın çıxışı heç də yaxşı qəbul olunmadı...
- Düşünürəm ki, biz bu oyunda pis çıxış etmədik. Ilk hissədə “Neftçi” mənim səhvimdən istifadə etdi. İlk qolu belə vurdular. Bundan sonra onlar dərin müdafiə olunmağa başladılar. Sonuncu oyunumuz kimi topu daha çox özümüzdə saxladıq və daha çox şans yaratdıq. Fiziki olaraq çox yaxşı durumdayıq və bunu oyundan sonra statistikada da gördük. Daha çox meydanda hərəkət edən tərəf idik. Düşünürəm ki, bütün komandaların mövsüm ərzində nəticələri zəif dönəmi ola bilər. 

- Bilirsən ki, “Qarabağ” son qələbəsini 1 ay öncə qazanıb. Düzdü, “Səbail”i meydanda udsanız da, texniki məğlubiyyətə görə xalsız qaldınız...
- Bunu mən bilirəm və komandadakı hər kəsin də xəbəri var. Biz hər gün daha çox çalışmağa davam edirik. Mümkün olan ən tez zamanda bu situasiyanı dəyişməyə çalışacağıq. Mən və komanda məğlubiyyətlərə nifrət edirik. 

- “Neftçi” ilə oyunda bir hissə meydanda ola bildin. Əvəzlənməyinə səbəb nə idi?
- Fikrimcə, ilk hissədən sonra məşqçi müəyyən dəyişikliklər etmək istədi. Çünki ilk hissədə göstərdiyimiz oyun kifayət qədər yaxşı deyildi. Məşqçi rəhbərdir və biz onun qərarlarına hörmət edirik. Mənim üçün önəmli olan “Qarabağ”ın qələbəsidir. 45 və ya 90 dəqiqə meydanda olmağım problem deyil. 

- Biz bir az geriyə gedərək “Vorskla” ilə matçdan danışaq. Komanda qrupda “dişinə” uyğun tək rəqibinə də uduzdu. Amma qarşılaşamdan öncə hamı sizdən qələbə gözləyirdi. Bununla da “Qarabağ”ın növbəti mərhələ şanslarını itirdiyini söyləmək olar?
- Futbolda hər şey mümkündür. Amma biz növbəti mərhələyə adlamaq istəyiriksə, qarşıdakı hər 3 oyunda qalib gəlməliyik. Bunun çox çətin olacağını indidən söyləyə bilərik.  Düşünürəm ki, hazırda biz qarşıdakı hər oyuna ayrı-ayrılıqda konsentrasiya olmalıyıq. Ən yaxşı oyunumuzu meydançada göstərməliyik. 

- “Qarabağ” uduzması bir yana son zamanlar daha çox qol vəziyyəti yaratmaqda da əziyyət çəkir. Bunu ötənilki heyətin 30-40 faizinin dəyişməsi və yenilərin hələ tam adaptasiya ola bilməməsi ilə əlaqələndirmək mümkündür?
- Düşünürəm ki, əvvəlki oyunlarda biz daha çox qol şansı yarada bilirdik və qollar vururduq. Bizim yaxşı komandamız var və bütün futbolçular burda özünü evdəki kimi hiss edir. “Vorskla”ya qarşı oyun ona görə çətin oldu ki, onlar meydanın özlərinə aid hissəsində 10 futbolçu ilə müdafiə olunurdular. Əgər biz “Vorskla” – “Sportinq” oyununa baxsaq, görərik Lissabon klubu da ukraynalıların qapısı qarşısında elə də çox qol şansı yaratmayıb və bunun üçün də çox əziyyət çəkdi. 

- Sabah “Keşlə” ilə oyununuz var və rəqibinizin başı problemlərə qatışıb, yeni məşqçi gəlib...
- Qələbə qazanmaq istəyirik. Biz rəqibimizə hörmət edirik. Amma bizim üçün çox vacib olacaq və necə lazım olsa, elə də oynamalıyıq. 

- Qurban Qurbanov “Neftçi” ilə matçdan sonra bildirmişdi ki, futbolçularla fərdi söhbətim olacaq. Sizinlə nələri danışdı?
- Bu klubun daxili məsələsidir və mən sizə bundan danışa bilmərəm.

CAVAD


 
tarix: 30-10-2018 14:19


 
Xəbər lenti
20.04.2019

16:57   Balayevin komandasından ilk xal itkisi

14:34   Azər Əliyev “Arsenal”a qarşı 26 dəqiqə oynadı

13:24   Əzizovun komandasından daha bir qələbə

12:57   AFFA-nın araşdırması: “Füzuli” oyunçularının qəsdən uduzduğunu düşünür

12:34   Bezotosnının durumuna sabah aydınlıq gələcək

12:29   Vüqar Əsgərovun dublu “Dauqavpils”ə qələbə qazandırdı

12:14   Son oyunda turun rekordu

12:07   Bordinsiz qələbə

11:59   “Real” onu itirdi

11:32   Bəhlul Mustafazadə “Seltik”in hədəfində

11:07   Dadaşov oynadı, “Eştoril” qalib gəldi

10:15   İsrafilovsuz “Alkorkon” 4 qola üzüldü

09:11   “Traktorsazi”dən ardıcıl 2-ci məğlubiyyət

01:00   Dörd qolluq heç-heçə

00:41   Meydan sahiblərindən çətin qələbə

00:25   “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01   Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

19.04.2019

23:09  Ələsgərov: “Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdi”

21:24  “Neftçi”ni Ələsgərov sevindirdi - VİDEO

21:15  Elşad Əhmədov: “Həmin epizoda baxmaq lazımdı”

20:56  Bordin: “Qalib gəlsək də, üzüldüyüm məqamlar da var”

20:22  “Neftçi”dən inamlı qələbə

19:55  Samir Abasov: “Bu oyun bütün suallara aydınlıq gətirdi”

19:38  Bakı finalına doğru: Aleksanr Səmədov səfir seçildi

19:02  “Futbolçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik”

18:54  “Qəbələ” - “Zirə” matçında 3 qol - VİDEO

18:37  “Neftçi” Petrovu itirdi: 2-ci dəqiqədə

17:53  “Qəbələ” “Zirə”ni məğlub yola saldı

17:44  Mahirdən xəstəxanalıq etdiyi futbolçuya ziyarət – FOTO

17:35  Kapitanın 150-ci oyunu

17:14  “Qəbələ”də Bezotosnı şoku

17:03  ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı

16:41  Mədətovla Medvedevdən yubiley

16:22  “Qarabağ”dan mövsümün rekordu

16:04  Maksim Medvedev: “Bu sürprizi çox bəyəndim”

15:42  “Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

15:25  Premyer Liqada 26-cı turun oyun cədvəli

14:54  Birinci Divizion: Növbəti turun oyun cədvəli açıqlandı

14:26  Maksim Medvedevin 400-ü - FOTOLAR

13:55  “Valensiya”lı mövsümü erkən başa vurdu

13:05  Paytaxt klubunda ciddi itki

12:46  “Çelsi”də yeni rekordçu

12:23  “FC Baku” oyun alveri edib? – AFFA-dan gözlənilməz qərar

12:00  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:42  Qaliblər mükafatlandırıldı

11:21  Region Liqası: Yarımfinal oyunlarının vaxtı bilindi

11:01  “Qəbələ”dəki yerdəyişmə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az