(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qızlar liqasında biabırçılıq

Qızlar liqasında biabırçılıq

AFFA-nın təşkilatçılığı ilə keçirilən uşaq liqalarında texniki məğlubiyyətlər sıralanır. Kiçik yaşlılara qadın komandaları da qoşulub. Əksəriyyəti də eyni səbəblə...
 
Ötən həftə U-10 Liqasının UGİM (Yevlax) –UGİM (Ağdaş) matçında qonaqların heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. “Çərəkə” (Göyçay) - “Kürdəmir Gİİ” qarşılaşması isə kürdəmirlilərin gəlməməsi üzündən baş tutmayıb.
 
Maraqlıdı ki, hər iki məğlub AGİN-in yarışa buraxdığı komandalardı. Deməli, nazirliklə AFFA arasında əməkdaşlığın qurulmaması, qarşılıqlı anlaşmanın olmaması barədə yazdıqlarımız özünü büruzə verir. Assosiasiya kimi, nazirlik də dövlət büdcəsini sormaqla məşğuldu, gördükləri iş isə bundan ibarətdi. Formal komandalar, saxta işlər, yalançı ketləvilik, sağlam həyat vədləri...
 
Yenə eyni sual ortaya çıxır: AFFA, bu komandaları çempionata buraxarkən hara baxırdız; onlardan təminat məktubu almısızmı; hazır, bəlkə də mövcud olmayan komandaların bu liqalarda nə işi var? Və ən nəhayət, 140 minlik futbol ailəsinin üzvləri hardadı? Ağdaş-dan, Kürdəmirdən o siyahıda neçə nəfər var?
 
U-13 qızlar liqasında da ötən həftə biabırçılıq yaşanıb. Təsəvvür edin, bir liqanın 14 matçından 3-ü eyni səbəbdən – yaş limiti pozulduğu üçün texniki nəticə ilə nəticələnib. “Fidan” (Bakı) – “Keşlə” FK (Bakı) matçında meydan sahibləri, UGİM (Qax) - “Zaqatala” FK və UGİM (İsmayıllı) – “Xan Lənkəran” FK matçlarında isə qonaqlara 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Sözün bitdiyi andı. Mövsüm təzə başlayıb və gülünc səbəblərdən texniki məğlubiyyətlərin sayı 15-ə çatıb.

 
tarix: 31-10-2018 10:41


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az