(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Əhmədov öz ampluasında: Axundov “Neftçi”də işləyirmiş

Əhmədov öz ampluasında: Axundov “Neftçi”də işləyirmiş

Tərlan Əhmədov “Keşlə”nin yeni baş məşqçisi təyin oldu. Yalanlarla gəldi, bəy tərifləri ilə işə başladı və yəqin ki, tezliklə klubdaxili intriqalara start verəcək, Zaur İsmayılovu yola salmağa çalışacaq, Bəxtiyar Musayevin ayağının altını qazacaq, sonda da urvatsızcasına qovulacaq. Bu insan dəyişməyib, istirahətdə olduğu günlərdə bacarığını bir az da irəlilədib.
 
“İstirahətdə” deyərkən biz də səhvə yol verdik. Axı, bu insan heç istirahət etməyib. “Zirə”ni, “Səbail”i qarışdırdı, “Qəbələ”yə qırmaq atdı. Amma bu klublar möhkəm çıxdı, onunla işbirliyinə getmədilər, “Keşlə”ni isə tora salmaq mümkün oldu. Mladen Milinkoviçin torbası ustalıqla tikildi və Əhmədov bu gün debüt matçına çıxır.
 
Yalana diqqət edin: “Klub prezidenti Zaur Axundov dünən axşam zəng vurub dəvət etdi. Oturub hərtərəfli söhbət etdik və razılığa gəldik”.
 
Adama deyərlər: “Yalansa...” Nə dünən axşam? Aylardı, həftələrdi tor qurur, söz göndərir, tapşırtdırır, danışıq aparırsan. Sən bir zənglə anlaşıb, müqavilə imzalayan adamsanmı?
 
Tərlan bəyin avrokuboka vəsiqə barədə verdiyi vəd isə realdı. Ona görə yox ki, yüksək bacarıq sahibidi, sadəcə, bu, real hədəfdi. “Sabah”ın istənilən halda qitə səhnəsindən kənar qalacağını nəzərə alsaq, 7 komanda 4 vəsiqə üçün yarışır. Belədə avrokuboka düşməmək düşməkdən daha çətindi. Əhmədov da PFL-dəki “dayday”ı Ramin Musayevə, hər yerə əli çatan Zaur Axundova arxayındı. İnsafən öz bacarığı da var, birləşib hədəfə çatacaqlar.
 
“Keşlə”nin Müşahidə Şurasının sədri olan Axundovun AFFA-nın baş katibi Elxan Məmmədovla münasibətlərinin soyuması da önəmli faktdı. Klan davasıdı, Məmmədovdan uzaqlaşan Musayevin dostu olur. Axundova da kritik dönəmdən çıxmaq üçün saxta dostluqlar lazımdı.
 
Tərlan bəyin bir sitatı isə adamı düşüncələrə qərq edir. Bəlkə də yaddaşımız korlanıb, biz xatırlamırıq: “Neftçi” Avropa Liqasının qrupuna vəsiqə qazandığı dövrdə Axundovla bir yerdə işləmişik. Normal, səmimi ünsiyyətimiz olub. Hamı barədə mənfi və ya müsbət fikirlər səslənir. Axundov klub rəhbəridir, məğlubiyyətlə barışmayan insandır. Mən onda çətin bir xasiyyət görməmişəm. Düşünürəm ki, onunla aramızda olan xoş münasibət komandaya da müsbət təsir edəcək və birlikdə uğur qazanacağıq”.
 
Zaur bəyin “Neftçi”də işləməsini xatırlayan varmı? Bəlkə Əhmədov bu adamın Sadıq Sadıqovun yanında fırlanmasını, hər səfərə aparılmasını yadında saxlayıb? Axı, Zaur bəy hansısa vəzifə tutmayıb, sadəcə, yerlilərinin, dostlarının yanında dolaşıb. Qorxuram Tərlan bəy sabah Avropa Liqasının qrupa düşməsinə görə də “Neftçi”nin Axundova borclu olduğunu deyər.
 
Vallah deyər. Ramin Musayevi tərifləyən, sonra ona arxa çevirib Orxan Hüseynzadə üçün bəy tərifi deyən, bir ay sonra Kamran Quliyevə mədhiyyə söyləyən adam hər şey deyər. Hətta Böyükağa Hacıyevin köməkçisi olduğu dövrdə çempionluqaları özünün qazandığını, buna Sadıqovla yox, Axundovla nail olduğunu da deyər... 
 
CAVAD

 
tarix: 31-10-2018 12:09


 
Xəbər lenti
23.02.2019

17:02   “Qəbələ” doğma meydanda xal itirdi - VİDEO

16:49   Tərlan Əhmədov: “Nəticə oyuna görə oldu”

16:47   “Qarabağ” “Sabah”a qalib gəlir - YENİLƏNİR

16:40   “Daha istəkli komanda gözləyirdim”

16:32   “Qarabağ” azarkeşlərindən “Sabah”ın futbolçusuna sürpriz

15:50   “Qəbələ” “Keşlə” ilə heç-heçəyə razılaşdı

13:25   “Neftçi”də yeni müqavilə

11:53   Anatoli Banişevskinin doğum günündən 73 il ötür

11:00   “Mançester Siti”də yeni müqavilə

10:31   “Fənərbaxça”nın futbolçusu milli karyerasını başa vurdu

09:52   “Keşlə”də qızıl alveri?

09:42   “Mil-Muğan” qayıdır?

09:30   “Qəbələ”dən 8 cavabsız qol

09:20   Ev sahibləri Bakıda bəlli olacaq

09:00   Axundovla məhv olan futzal: milliləşənlər getdi, real mənzərə üzə çıxdı

02:11   “Sent-Etyen” qalib gəldi, “Lill” xal itirdi

01:55   “Espanyol” autsayderlə “sülh bağladı”

01:46   “Uotford”dan səfərdə, “Vest Hem”dən evdə inamlı qələbə

01:31   Hərəyə 1 qol, 1 xal

01:22   “Milan”dan darmadağın

00:14   “Trabzonspor”la “Rizəspor” 3 xalı 3 qolla qazandı

22.02.2019

23:12  Azərbaycanlı futbolçu Bosniya və Herseqovina klubunda! - RƏSMİ

21:01  “Qəbələ”dən məktəblilərlə növbəti görüş

20:53  “Neftçi” “Səbail”lə matça hazırlığı davam etdirir

19:11  Avroliqada həftənin ən yaxşısı bəlli oldu

18:55  Gəncədə olay: futbolçu meydana girməmiş cəzalandı

17:58  Qurban Qurbanov onu da əvəzedici komandaya göndərdi

17:04  “Qarabağ” 3 xalı 3, “Neftçi” 5 qolla qazandı

16:18  Avroliqada 1/8 finalın püşkü atıldı

15:32  ÇL-də həftənin ən yaxşısı bəlli oldu

14:48  FİFA “Çelsi”yə transfer qadağası qoydu

14:25  Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu

14:09  “Fənərbaxça”ya qol vurdu, İranın tarixinə düşdü

13:44  Premyer Liqada 18-ci tur rəqəmlərin gözü ilə

13:05  “Qarabağ”ın təxirə salınmış oyununun vaxtı bilindi

12:53  Stuxlikin mühakiməsi: avstriyalı cərimələrdən xəbərsiz imiş

12:43  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

12:33  “Qarabağ”la “Qəbələ” sədrlikdən yenə imtina etdi

12:25  Aqolli: “Bu komandaya qayıtmaq üçün alışıb-yanmıram”

12:12  Riad Rəfiyev: "Öz səhvlərimizə görə uduzmuşuq"

11:55  Millimizin heyəti açıqlandı

11:42  Millimizin oyunlarının təqvimi açıqlandı

11:31  Klublar Komitəsində yeni sədr

11:23  Ceyms Adeniyi: “Qarabağ”a qol vurmaq şansım yox idi”

11:01  “İnter”dən 4 cavabsız qol - VİDEO

10:42  “Çelsi” də darmadağınla 1/8 finala yüksəldi - VİDEO

10:31  Fellaininin gedişində Mourinyonun rolu

10:17  “VAR-ın öhdəsindən gəldik”

10:00  “Napoli” inamlı qələbə ilə növbəti mərhələdə - VİDEO

09:51  Klublar Komitəsi sədr seçir

09:37  “Ayntraxt” “Şaxtyor”u 4 qolla keçdi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az