(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Məqsədim bombardir olmaq deyil, “Neftçi” ilə çempion olmaqdı” - Dabo

“Məqsədim bombardir olmaq deyil, “Neftçi” ilə çempion olmaqdı” - Dabo

“Neftçi”nin hücumçusu Baqali Dabo klubun rəsmi saytına müsahibə verib. 

Futbolinfo.az xəbər verir ki, çempionluq uğrunda mübarizədə komandasının əsas rəqiblərinin hansılar olduğunu deyən fransalı futbolçu “Qarabağ”ın qapısından keçirdiyi qolu xüsusi şəkildə qeyd etməyinə aydınlıq gətirib:

- “Qarabağ”ın qapısından keçirdiyiniz top sizin üçün əlamətdar olub. Bu, sizin Azərbaycan çempionatlarında vurduğunuz 25-ci qol idi. Qolları sayırsız?
- Xeyr, mən qollarımı saymıram, məhsuldar ötürmələrimi sayıram.

- Artıq bombardirlər siyahısında "Sabah”ın üzvü Marko Deviçlə 1-2-ci yerləri bölüşürsüz...
- Bu, əladı, amma məqsədim çempionatın bombardiri olmaq deyil, "Neftçi” ilə çempion olmaqdı.

- "Qarabağ” üzərində qələbədən sonra eyforiyaya qapılmamaq çətindi?
- Əsla! Peşəkar futbolçuyuq, belə fikirlərdən uzaq olmalıyıq. Geridə cəmi 9 tur qalıb, çempionatın böyük hissəsi hələ qarşıdadı. Heç bir eyforiyadan söhbət gedə bilməz. İndi bütün fikirlərimiz "Keşlə” ilə oyuna yönəlib.

- "Gülümsəmirəmsə, o demək deyil ki, xoşbəxt deyiləm” sözlərini bu yaxınlarda demişdiz və vurğulamışdız ki, adətən qolları qeyd etmirsiz. Buna baxmayaraq, "Qarabağ”a üçüncü qolu vuranda sevincinizin həddi-hüdudu yox idi. Bilmək olar niyə?
- Düzü, qoldan bir neçə dəqiqə əvvəl rəqib feyr-pleyə uyğun oynamadı. Bu amil məni bir az əsəbləşdirdi. Üstəlik, qol da vurdular. Bu oyunda, həm də o cür azarkeş dəstəyi altında bizi qələbədən başqa heç bir nəticə qane etməyəcəkdi. Biz qələbəyə layiq idik və üçüncü qol bütün suallara aydınlıq gətirdi. Ona görə də həmin an çox emosional idim.

- Sizcə, çempionluq uğrunda mübarizədə "Neftçi”nin əsas rəqibləri hansı klublardı?
- Məncə, bu mübarizədə əsas rəqiblərimiz "Qarabağ”, "Qəbələ” və "Sabah”dı.


 
tarix: 31-10-2018 14:21


 
Xəbər lenti
18.02.2019

18:20   Azərbaycanlı hakimlər VAR sertifikat turnirinə dəvət aldı

17:15   Yurçeviçin millimizlə Bakıda debüt matçının vaxtı bilindi

16:46   Milimizin rəqibi gürcülərlə qarşılaşacaq

15:19   “Napoli”dən ayrılan futbolçu rəsmən Çin klubunda

14:50   Millimizin üzvü Latviya klubunda - RƏSMİ

14:24   Messi bunu da bacardı

13:51   Birinci Divizion: 16-cı turun hakimləri

13:17   Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı

12:55   “Arsenal”dan “Napoli”yə

12:38   Qışdan sonra: “Neftçi” 4-cü pillədə

12:24   Azərbaycan çempionatının 99-cusu

12:02   Namiq Ələsgərov üçün əlamətdar tur

11:49   “Sumqayıt” 70-ə çatdı

11:25   Bayılla “Bəhramov” arasındakı onqat fərq

11:19   İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

11:15   Mbappe tarixə düşdü

11:11   Qadına görə qadağa

10:56   Zidanın tələbləri

10:49   Almeyda həsrəti bitirdi

10:41   Xal itirməyən qalmadı

10:27   Məğlublar hakimlərdən şikayətləndi

10:17   “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

10:10   Lukaku satılır

10:01   “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”

09:52   Axundovun xilası naminə səhv...

09:41   Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31   Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24   “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11   “Eştoril” Dadaşovsuz xal itirdi

09:00   Maksim Medvedev: “Mahir Mədətovun hərəkətlərinə əsəbləşirik”

02:08   PSJ 3 xalı tək qolla qazandı

01:56   “Real” autsayderə uduzdu, “Sevilya” darmadağın oldu

01:40   “İnter”dən qələbə, “Napoli”dən xal itkisi

01:06   Millimizin baş məşqçisi: “Futbolçularda güc hiss etdim”

00:55   Millimiz İspaniya toplanışını məğlubiyyətlə başa vurdu

00:23   “Qalatasaray”dan səfərdə darmadağın

17.02.2019

23:30  “Borussiya” “Ayntraxt”la heç-heçəyə razılaşdı

22:07  Daha üç komanda 1/4 finalda

21:04  40-cı heç-heçə

20:32  “Qəbələ” “Qarabağ”la yenə bacarmadı - VİDEO

20:01  Qurban Qurbanovdan “Qəbələ”yə tərif

19:48  “Məğlub olsaq da, futbolçularımı təbrik etdim”

19:22  “Qarabağ” “Neftçi” ilə xal fərqini minimuma endirdi

18:37  “Sabah” “Səbail”ə belə uduzdu - VİDEO

17:52  “Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz”

17:34  Elşad Əhmədov: “Alınsa, yeni transfer edəcəyik”

16:58  “Səbail” “Sabah”ı məğlub yola saldı

15:42  Bundesliqada yeni rekord

14:01  “Zirə”də 25-ci ölkə təmsilçisi

13:09  İsrafilovlu “Alkorkon” yenə uduzdu

12:08  “Qəbələ”nin sabiq forvardı “Şaxtyor”da

11:18  Ufuk Budak oynamadı, komandası uduzdu

10:26  Dmitri Nazarov qələbəni kənardan izlədi

09:31  Rüfət Dadaşov üçün 8 dəqiqə və 1 xal

01:41  “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30  “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14  Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55  “Mançester Siti” darmadağınla 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az