(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“O, yaxşı iş gördü, amma…” - Denis Silva Tərlan Əhmədovdan danışdı

“O, yaxşı iş gördü, amma…” - Denis Silva Tərlan Əhmədovdan danışdı

“Keşlə”nin müdafiəçisi Denis Silvanın futbolinfo.az saytına müsahibəsi:

- Son zamanlar klubda xeyli dəyişikliklər baş verdi. Yuri Maksimov, Mladen Milinkoviç və Tərlan Əhmədov. Mövsüm ərzində 2 məşqçi dəyişikliyi sizin durumunuza necə təsir edir?
- Düzdü, bizdə bir çox dəyişikliklər oldu. Komanda mövsümə pis başladı və bəzi anlarda çox uğursuzluqlar yaşadıq. Hazırki yarışda heç də yaxşı yerdə deyilik. Amma biz bunu dəyişə bilərik. Hər şey özümüzdən asılıdı. 

- Milinkoviçin gedişi haqqında nə deyə bilərsən?
- O, yaxşı məşqçi idi. Amma bəzən belə şeylər olur. Peşəkar olsa da, klubda istədiyi şeyləri edə bilmir. Yaxşı işləmək bəzən tam kömək etmir. Gərək müəyyən qədər də bəxtin gətirə və qalib gələsən. 

- Yeni baş məşqçiniz Tərlan Əhmədovla uzun müddət işləmisən...
- Bəli, biz birlikdə işləmişik. O, yaxşı məşqçidi. Ümid edirəm ki, Əhmədov çətin situasiyanı dəyişə biləcək. Həmçinin futbolçularımız da bu işdə ona kömək edəcək. Hazırkı vəziyyətdə biz bu çətin anlardan xilas olmalıyıq. Mən onun uğurlu olacağına inanıram və dəstəkləyirəm.

- Köhnə futbolçusu kimi səndən nələr soruşdu?
- Bizim söhbət etmək üçün vaxtımız olmadı. Çünki Tərlan Əhmədov dünən bura gəldi və bizi vacib qarşılaşma gözləyir. Bütün komanda “Qarabağ”la oyuna fokuslanıb. Bizim qələbəyə çox ethiyacımız var. Bu oyunu uğurla başa vurandan sonra söhbət etməyə xeyli vaxtımız olacaq. Tərlan Əhmədovla həm söhbət edə, həm də problemlərdən danışa bilərik. 

- “Qarabağ”la oyundan söz düşmüşkən, Tərlan Əhmədovun debütünün uğurlu olacağına inanırsan?
- İndiki halda nəsə demək çətindi. Nələr olacağını görəcəyik. Çünki o, cəmi bir gündü ki, klubdadı. Amma bir şeyi deyə bilərəm ki, bizim qazanmaq üçün iradəmiz var. Ümumiyyətlə, hər iki komandaya qələbə çox lazımdı. Bizim üçün asan olmayacaq və 3 xal üçün bütün gücümüzü ortaya qoyacağıq. 

- Artıq mövsümdə ikinci dəfə baş məşqçi dəyişirsiniz. Maksimov və Milinkoviç getdi. Ötən il kubok qazanan Yuri niyə bu il uğurlu ola bilmədi? Bəlkə problem başqadı?
- Maksimov bura gələndə komanda yaxşı vaxtlarını yaşayırdı və hər şey normal idi. Onun komandadan getməsi haqqında isə hər şey danışılıb. O, bizimlə kubok qazandı. Milinkoviç gəldi və yaxşı iş gördü, amma nəticə gəlmədi. Alınmırsa, dəyişiklik vacibdi. Belə şeylər dünyanın istənilən klubunun ətrafında baş verə bilər. Nəticə olmursa, məşqçi ilk olaraq komandanı tərk edir. Düşünürəm ki, problemlər məğlubiyyətlərin səbəbi deyil. Biz “Zirə” ilə matçda yaxşı oynadıq, qorxulu olduq və qazandıq. Problemlər isə hər zaman olacaq. Onları zaman-zaman həll etməyə çalışmalıyıq. Bunun üçün vaxt yetişəcək.

CAVAD


 
tarix: 31-10-2018 16:21


 
Xəbər lenti
18.02.2019

00:23   “Qalatasaray”dan səfərdə darmadağın

17.02.2019

23:30  “Borussiya” “Ayntraxt”la heç-heçəyə razılaşdı

22:07  Daha üç komanda 1/4 finalda

21:04  40-cı heç-heçə

20:32  “Qəbələ” “Qarabağ”la yenə bacarmadı - VİDEO

20:01  Qurban Qurbanovdan “Qəbələ”yə tərif

19:48  “Məğlub olsaq da, futbolçularımı təbrik etdim”

19:22  “Qarabağ” “Neftçi” ilə xal fərqini minimuma endirdi

18:37  “Sabah” “Səbail”ə belə uduzdu - VİDEO

17:52  “Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz”

17:34  Elşad Əhmədov: “Alınsa, yeni transfer edəcəyik”

16:58  “Səbail” “Sabah”ı məğlub yola saldı

15:42  Bundesliqada yeni rekord

14:01  “Zirə”də 25-ci ölkə təmsilçisi

13:09  İsrafilovlu “Alkorkon” yenə uduzdu

12:08  “Qəbələ”nin sabiq forvardı “Şaxtyor”da

11:18  Ufuk Budak oynamadı, komandası uduzdu

10:26  Dmitri Nazarov qələbəni kənardan izlədi

09:31  Rüfət Dadaşov üçün 8 dəqiqə və 1 xal

01:41  “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30  “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14  Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55  “Mançester Siti” darmadağınla 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az