qaynar xətt
Tərlan Əhmədov: “1:1 ədalətli nəticə oldu”
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınmış “Qarabağ”la oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu ilə debüt matçına çıxan mütəxəssis 1:1 hesabıyla bitən oyundan sonra bunları söyləyib:
- Bacardığımız qədər çalışdıq ki, müdafiədə səhvsiz oynayaq. İlk hissədə istədiyimiz oyunu oynadıq. Daha yaxşı oyunumuzu komanda qol buraxdıqdan sonra göstərdik. Komandam mübarizə aparmağı bacardı. Qarşıda 5 tur var. "Qarabağ"dan 1 xal aldıq. Ədalətli nəticə idi. Qalib gəlmək istərdik, amma 1 xal da, 1 xaldı. Çalışacağıq növbəti oyunlarda daha yaxşı olaq.
- "Keşlə" - "Neftçi" matçı sizin üçün ikiqat motivasiya olacaqmı?
- Qarşıda bizi 19 tur gözləyir. Futbol belədi, bir gün orda, bir gün də burda. İntiqam haqda düşünmürəm.
- Bu oyunu özünüz üçün uğurlu start hesab edirsizmi?
- 3 xal olsaydı, uğurlu olardı. Startımın uğursuz olduğunu düşünmürəm. Hər birimiz işə başlayanda, məşqçi işi sonda bilinir. İstədiyimi futbolçulara çatdıra bildim.
- Qoldan sonra dördlü müdafiəyə keçdiz. "Qarabağ"ın üzərinizə daha çox gələcəyini düşünürdüzmü?
- Dördlü müdafiəyə keçmədik. Sadəcə, futbolçular arasında yerdəyişmə etdim.
- Qırmızı vərəqə olan epizodda narazılığınız var idi. Bu, hakimə idi, yoxsa futbolçuya?
- Xeyr. Hakim qırmızə vərəqə göstərəndə artıq geri qaytarmaq olmur. Buna görə etiraz bildirməyə dəyməz.
- Komandada çatışmayan cəhətlər nə idi?
- Çox şey var idi. Qol epizodlarının az olması, komandanın topa az sahib olması əsas çatışmazlıqlardı. Bunlar da zamanla düzələcək. Ən əsas narahatlıq komandanın az qol epizodu yaratmasıdı.
- Samirin növbəti oyunda olmamaı sizin üçün narahatlıq yaradırmı?
- İtirilən hər bir futbolçu narahatlıq yaradır. Əlimizdə olan futbolçulardan istifadə edəcəyik.
- "Neftçi" ilə oyun haqda nə düşünürsüz?
- Rəqibi öz silahı ilə vurmaq lazımdı. Oyunu təhlil edəcəyik. Bu oyundan daha maraqlı matç görəcəyinizə ümid edirəm.
- Komanda əsas hücumları cinahlardan asmalarla edilirdi. Vaqif Cavadovu oyuna daxil etməməyinizə səbəb nə idi?
- Futbolda qolların 90 faizi cinahlardan gələn hücumlarla vurulur. Vaqif topa sahib olan futbolçudu. Ancaq bu, "Qarabağ"a qarşı oyunda bizim üçün çətinlik yaradardı.
- Elnur Cəfərov komanda ilə birlikdədirmi?
- Əvəzedicilərlə birlikdədi. Sabah oyunları var. Formasını düzəltmək üçün məşqlər edir.
- Qarşınızda komanda Avropa Liqasında çıxış etməlidir deyə, bir məqsəd varmı?
- Klubun prezidenti ilə də söhbət etdik. Hər şey mümkündü. Hədəflərimizə çatmaq üçün çalışacağıq. Kubok oyunlarımız da var qarşıda. Avroliqaya getmək üçün, komandanın potensialı var. Mən də bura bu iş üçün gəlmişəm.
- Müsahibələrinizin birində dincəldiyinizi demişdiz və kimin "quyruğu qapı arasında" qalsa, işləyəcəyinizi demişdiz. İndiki "Keşlə"nin "quyruğu qapı arasındadımı"?
- Belə sözdən istifadə etməmişəm. Sadəcə, dincəldiyimi demişdim. (komanda.az)
11:01 “İnter”dən 4 cavabsız qol - VİDEO
10:42 “Çelsi” də darmadağınla 1/8 finala yüksəldi - VİDEO
10:31 Fellaininin gedişində Mourinyonun rolu
10:17 “VAR-ın öhdəsindən gəldik”
10:00 “Napoli” inamlı qələbə ilə növbəti mərhələdə - VİDEO
09:51 Klublar Komitəsi sədr seçir
09:37 “Ayntraxt” “Şaxtyor”u 4 qolla keçdi - VİDEO
09:21 “Qalatasaray” səfərdən əliboş qayıtdı - VİDEO
09:12 “Arsenal” darmadağınla 1/8 finalda - VİDEO
09:00 “Keşlə”nin əvəzinə “Kəpəz”?
01:55 “Qalatasaray”la “Fənərbaxça”nı 1/8 finala buraxmadılar
00:17 “Zenit” “Fənərbaxça”nı 1/8 finala buraxmadı - VİDEO
22:08 Ağatahir Əzimov: “Sanki dogma meydanda oynayan biz deyildik”
21:35 Millimiz Türkiyəyə biabırçı hesabla uduzdu
18:40 Nihat Kahveci də Bakıya gəlir
18:01 Millimiz İspaniya və Çexiya ilə eyni qrupda
17:48 PSJ Diarra ilə yollarını rəsmən ayırdı
17:25 PSJ türk futbolçuyla müqavilə imzaladı
17:03 MOİK 3 xalı 4, “Sumqayıt” 5 qolla qazandı
16:50 “Keşlə” transferlərə niyə pul tapmayıb?
16:36 Volkovi: “Bunu yaxşı nəticə saymıram”
16:25 Elşad Əhmədov: “5-10 oyunluq hücumçu gətirmək istəmirik”
16:12 Süleymanzadənin həyat yoldaşı vəfat edib
16:01 “Qarabağ”dan “Yuventus”a atmaca
15:54 Şeydayevin baş məşqçisi: “Güclü qolçu tapmaq çətindi”
15:33 Con Kamara: “Azərbaycan çempionatında hakimlər çox vərəqə göstərir”
15:15 Millimizin futbolçusu Çexiyada klub dəyişdi - RƏSMİ
14:58 Məşhur futbolçunun mənzili növbəti dəfə qarət olundu
14:26 Simeone üzr istədi: “Bu, ürəkdən gələn jest idi” - VİDEO
13:56 Dünya futbol ulduzları Bakıya gəlir
13:14 Birinci Divizion: 17-ci turun bütün oyunları eyni saatda
13:07 Premyer Liqada 19-cu turun oyun cədvəli
12:57 Milli komandada yeni baş məşqçi
12:31 “Atletiko” 13 oyundu evdə uduzmur - ÇL-də
12:00 17-ci turun ən yaxşısı “Keşlə”li oldu
11:48 Premyer Liqada 17-ci turun rəmzi komandası
11:30 ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd
10:22 “Qəbələ”nin “Keşlə” ilə 48-ci dueli
10:00 “Mançester Siti”dən çətin qələbə - VİDEO
09:41 “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO
09:20 “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO