(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Bizim üçün pis vəziyyətdir” – Con Delarj

“Bizim üçün pis vəziyyətdir” – Con Delarj

“Qarabağ” dünən “Keşlə” ilə oyunda növbəti dəfə xal itirdi. Artiq liderdən 5 xal geri qalan ağdamlılar izləyici rolu ilə barışıb. Amma komandanın legioneri Con Delarj bədbinliyə qapılmaq niyyətində deyil.
 
- Bu gün “Qarabağ” yenə xal itirdi. Nə baş verir?
- Bizim üçün pis gecə idi. “Neftçi”yə məğlubiyyətdən sonra bir də belə heç-heçə oldu. Ümid edirəm ki, bundan sonrakı oyunlarda xallar itirməyəcəyik. İnamım böyükdür ki, yaxında hər şey tamamilə dəyişəcək.
 
- Komandanız son günlərdə uğursuz anlar yaşayır. Bunun səbəbini nədə görürsən?
- Bilirsiz, hər şey Allahdan asılıdır, o nə istəyirsə, elə də olur. Ümumiyyətlə, futbol bu cür oyundur, güclü olsan da, içində məğlubiyyətlər, heç-heçələr və qələbələr var. İndiki halda biz itiririk və pis vəziyyətə düşdük. Amma son məşqimizdə məşqçimiz Qurban Qurbanovun da dediyi kimi, biz bir ailədən daha artığıq və durumdan çıxmalıyıq. Çalışmağa davam etməliyik, irəli baxmalıyıq.
 
- “Qarabağ”a gəldikdən sonra o qədər də çox meydana çıxmırsan. Bu, səni narahat etmir?
- Bu gün əvəzetmədən meydana çıxdım, “Neftçi” ilə matçda 90 dəqiqə meydanda olmuşdum. Ondan öncə isə milli komandanın düşərgəsinə getmişdim və uzaq səfər idi. Liberiyaya qarşı oyunumuz oldu. Yorğunluq da var idi. Digər tərəfdən bizim komanda təkcə məndən ibarət deyil, heyətdə 25 futbolçu var. Məşqçi də bunların hamısından istifadə etməyə çalışır.
 
- Amma “Qarabağ”a transfer olunarkən hamı sənin əsas heyət üzvü olacağını düşünürdü...
- Mən bura gələrkən böyük komandaya keçdiyimi bilirdim. Bura gəldikdən sonra da 2-3 oyunda ardıcıl meydana çıxdım. Düşündüyüm odur ki, məşqçi mənə hər zaman inanır. Dediyim kimi, heyətdə 25 futbolçu var. Nə zaman start heyətdə meydana çıxsam, əlimdən gələni edirəm. “Neftçi”yə qarşı 90 dəqiqə oynadım və uduzduq. Bu oyunda artıq məşqçi taktiki dəyişikliklər etmişdi. Buna ehtiyac var idi. Ona görə də meydanda olmadım.
 
- Avropa Liqasında “Vorskla”ya qarşı səfər oyununuz var. Qalib gələ biləcəksiniz?
- Bundan öncə çempionat haqqında düşünməliyik. Çünki hazırda Premyer Liqada yaxşı vəziyyətdə deyilik. “Neftçi” ilə aramızda 5 xallıq fərq var. Bunu aradan qaldırmaq lazımdır. Ona görə qarşıdakı “Sumqayıt”la matçı düşünürük. Bizim üçün çox vacib qarşılaşmadır. Meydandan 3 xalla ayrılmaq fikrindəyik. Ondan sonra “Vorskla” barədə fikirləşərik.
 
- Avropa Liqasını “Qarabağ” üçün bitmiş saymaq olar?
- Futbolda hər şey mümkündür. Qarşıda 3 oyunumuz var və hamısında qalib gəlsək, 9 xalla qrupdan çıxa bilərik. Futbolda mümkünsüz heç nə yoxdur.
 
FƏRİD

 
tarix: 01-11-2018 10:16


 
Xəbər lenti
19.02.2019

16:24   “Espanyol”dan La Liqada yeni rekord

15:57   Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19   İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55   Braziliya millisinin kapitanı “Barselona”da

14:34   Şeydayevsiz qələbə

13:51   AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32   Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03   Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57   İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36   Kapitan 220 gün sonra qayıdır

12:15   Millimiz Türkiyəyə qarşı - YENİLƏNİR

11:51   Stuxlikin tələbi VAR

11:45   Rauf 10 gündən sonra qayıdacaq

11:40   Dadaşovun oynamamasının səbəbi

11:30   “Bavariya” və “Barselona” üçün çətin səfər - YENİLƏNİR

11:02   Paşayev ermənilərə qarşı oynadı

10:51   Şeydayev yenidən Türkiyədə

10:39   1/4 final cütlükləri bilindi

10:31   Erat oynadı, komandası məğlub oldu

10:23   Vengerin favoriti

10:12   De Xeaya yeni təklif

10:01   AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47   Milli komandada yeni baş məşqçi

09:30   Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21   Nani rəsmən ABŞ klubunda

09:14   “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

09:00   Hakimliyin fiaskosu: turun bütün oyunlarında ciddi səhvlər var idi!

02:02   “Mançester Yunayted” “Çelsi”ni 1/4 finala buraxmadı

01:51   “Atletik” səfərdən 3 xalla döndü

01:32   “Borussiya” səfərdə xal itirdi

01:24   “Roma”dan çətin qələbə

18.02.2019

23:26  Super Liqanın liderinə 1 qol bəs etdi

18:20  Azərbaycanlı hakimlər VAR sertifikat turnirinə dəvət aldı

17:15  Yurçeviçin millimizlə Bakıda debüt matçının vaxtı bilindi

16:46  Milimizin rəqibi gürcülərlə qarşılaşacaq

15:19  “Napoli”dən ayrılan futbolçu rəsmən Çin klubunda

14:50  Millimizin üzvü Latviya klubunda - RƏSMİ

14:24  Messi bunu da bacardı

13:51  Birinci Divizion: 16-cı turun hakimləri

13:17  Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı

12:55  “Arsenal”dan “Napoli”yə

12:38  Qışdan sonra: “Neftçi” 4-cü pillədə

12:24  Azərbaycan çempionatının 99-cusu

12:02  Namiq Ələsgərov üçün əlamətdar tur

11:49  “Sumqayıt” 70-ə çatdı

11:25  Bayılla “Bəhramov” arasındakı onqat fərq

11:19  İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

11:15  Mbappe tarixə düşdü

11:11  Qadına görə qadağa

10:56  Zidanın tələbləri

10:49  Almeyda həsrəti bitirdi

10:41  Xal itirməyən qalmadı

10:27  Məğlublar hakimlərdən şikayətləndi

10:17  “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

10:10  Lukaku satılır

10:01  “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”

09:52  Axundovun xilası naminə səhv...

09:41  Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31  Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24  “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11  “Eştoril” Dadaşovsuz xal itirdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az