(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Səbail” rəhbərliyi Samiraldonu da intizarda qoyub: “Açılmadı?”

“Səbail” rəhbərliyi Samiraldonu da intizarda qoyub: “Açılmadı?”

Hər ay bu söhbət açılır, hamısında da “Səbail”in AFFA-da da ayrıca işi, vəzifəsi olan mətbuat katibi Törə Əhmədova yaxın günləri nişan verir. Ay bu gün gələr, ay sabah gələr.
 
Camaatı yola vermək üçün də bacarıq lazımdı. Əhmədova artıq 1 ildən çoxdu ki, doğuş tarixi üçün növbəti ay vədi verir, “Səbail” isə azad olmaq istəmir. Artıq vədlər də adiləşib, yalana çevrilib. Gözümüzün içinə baxa-baxa uydururlar.
 
Doğrusu, bu məsələ futbol baxımından ciddi olay deyil, “Səbail”in rəsmi klub saytının olub-olmamağı fərq etmir. Sadəcə, jurnalistlər də acığa üzərinə gedir, doğulacaq uşağın rəngi ilə maraqlanırlar – mavi geyimli “Səbail”in mavi cocuğunun gəlişini alqışlamaq niyyətindədilər.
 
Klub 2 ildi Premyer Liqada çıxış edir, avrokuboklara getmək üçün real mübarizəyə girişib, büdcəsi 5 milyondan artıqdı. Nə olsun? 2-3 min manat xərc tələb edən saytı açmaq Qarabağ probleminə çevrilib. Sosial şəbəkədə də klubla məzələnir, lağa qoyurlar. Bircə Samiraldonun “açıldı” deyə sual verməsi qalıb.
 
Yığılıb qurtarmaq bilməyən sayt həm də “Səbail” rəhbərliyinin üzüdü. Mətbuata, azarkeşlərə münasibətləri də orada əksini tapır. Tamerlan Abdullayevin qeyri-rəsmi idarəsində olan klub legonerlərə yüzminlər xərcləyir, məşqçi göstərən istənilən futbolçunun transferi 2 günə həll olunur, bir çırtmaya SOCAR-dan gələn vəsait artırılır, yalnız saytın açılması düyünə düşüb.
 
Yaxın günlərdə açılacağı vədi veriləndən bu yana Bayıl arenası təmir olunub, baza üçün əlavə mərtəbə inşa olunub, 2 dəfə komandanın baş məşqçisi dəyişib, 20-ə yaxın legioner gəlib-gedib, 2 dəfə icraçı direktor, 1 dəfə klubun real idarəçisi, 3 dəfə Müşahidə Şurasının tərkibi dəyişib. Bu zaman biçimində 10 milyon manatdan çox vəsait havaya sovrulub. Bircə “Səbail”in saytı doğulmur ki, doğulmur. Təcili Tibbi Yardım maşını hər ay sancılanma xəbəri ilə çağırılsa da...
 
FƏRİD

 
tarix: 02-11-2018 09:19


 
Xəbər lenti
24.01.2019

14:37   “Kəpəz”in futbolçularını aldatdılar

14:12   Tərlan Əhmədov köhnə tanışını yanına gətirir

14:07   “Qəbələ” braziliyalıları bəyənmədi

13:58   "Səbail" braziliyalılara qalib gəldi, növbədə qazaxlardı - YENİLƏNİR

13:55   Obradoviç qolsuz başladı - YENİLƏNİB

13:41   Emil Balayev Qazaxıstanda oynayacaq: “Səbail”dən ayrıldı

13:17   Vaqif Sadıqov “Kəpəz”də: İcraiyyə Komitəsinin üzvü inzibatçının müavini olacaq! - ÖZƏL

12:51   "Səbail"də yeni legioner

12:34   “Qəbələ” Rusiya klubuna qarşı - YENİLƏNİR

12:17   Premyer Liqada qış bazarlığı - YENİLƏNİR

12:03   PSJ Neymarı itirdi

11:51   Damian Bırtek: "Belə şərtlər altında oynamaq çətin idi"

11:08   Jezniçak üçün su polosu matçı

11:00   Balotellinin yeni klubu rəsmən açıqlandı

10:45   "Hər sərt müdaxilədə ürəyim əsirdi"

10:45   "Hər sərt müdaxilədə ürəyim əsirdi"

10:30   “Barselona”dan daha bir rəsmi transfer

10:00   Sabiq “Fənərbaxça”lı Braziliya klubunda

09:30   İquayn rəsmən “Çelsi”də

09:00   “Qəbələ” mükafatçılar sırasına düşmək gücündədir”

02:23   “Barselona” “Sevilya”ya ilk oyunda məğlub oldu

02:02   Təxirə salınan oyunda “Nim” sevindi

01:50   “Mançester Siti” finalda

01:01   “Keşlə” qazaxlara belə uduzdu - VİDEO

00:50   “Trabzonspor” və “Göztəpə” 1/4 finalda

23.01.2019

23:26  AFFA-nın milliləşdirdiyi oyunçu haqda: “Azərbaycanla əlaqəsi yoxdu”

23:01  "Qəbələ" günü bir məşqlə başa vurdu

22:50  “Qəbələ” – “Fakel” oyununun vaxtı açıqlandı

22:20  Bordin: "Çatışmazlıqlar üzərində işləyəcəyik"

22:03  "Slovan"ın baş məşqçisi: "Yüksək səviyyəli rəqibə qarşı oynadıq"

21:46  Mamadu Kane: “Məğlubiyyətə layiq deyildik”

21:38  "Oyunların hamısına ciddi yanaşırıq"

21:02  Qurban Qurbanov: “Almeydaya bir az vaxt lazım ola bilər”

19:51  “Qarabağ” heç-heçə oynadı - YENİLƏNİB

18:59  “Keşlə” yenə uduzdu - YENİLƏNİB

18:19  “Neftçi” “Slovan”a uduzdu - YENİLƏNİB

18:00  AFFA-nın Lisenziyalaşdırma qrupu ilə bağlı yoxlamanın nəticələri açıqlandı

17:50  “Sabah”ın da saytı var

17:00  “Atletiko” futbolçusunu geri qaytardı

16:25  Sabiq “Real”lı aşağı liqa klubunda

15:56  “Neftçi” transferini rəsmən açıqladı

15:12  “Sabah” vətənə qayıtdı

14:55  İtkin düşən futbolçunun son mesajı yayıldı

14:33  “Zirə” yenə tək qolla qalib gəldi - VİDEO

14:11  “Sevilya” yeni transferini itirdi

13:45  Bundesliqa klubunda yeni müqavilə

12:56  Tərlan Əhmədov: “Bu mövqeyə daha yaxşı futbolçu seçmək istəyirik”

12:20  Millimizin ruslarla heç-heçəsi - VİDEO

11:55  “Sumqayıt”dan “Vardar” üzərində inamlı qələbə - VİDEO

10:30  Demba Ba yenidən Super Liqa klubunda

09:30  Ronaldo Messiyə çatdı

02:58  “Valensiya” “Xetafe”yə ilk oyunda məğlub oldu

02:11  “Neftçi” yeni transferini rəsmən açıqladı - VİDEO

01:04  Elşad Əhmədov: “Hücum xəttində irəliləyiş olması müsbət məqamdı”

00:31  “Qalatasaray”dan qələbə, “Akhisarspor” 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az