(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Topaz”: Bu gün o gündü - “Cim-bom” - “Fənər” derbisi

“Topaz”: Bu gün o gündü - “Cim-bom” - “Fənər” derbisi

Bu axşam qardaş Türkiyədə obrazlı desək, nəfəslərin tutulacağı, həyatın dayanacağı gündür. İki barışmaz, iki əzəli və əbədi rəqib - "Qalatasaray"la "Fənərbaxça" 132-ci dəfə üz-üzə gələcək. Prinsipial rəqiblər hazırda fərqli günlər yaşayır. 10 turda 19 xal yığan "Qalatasaray" 3-cü sırada qərarlaşıb. Tarixinin ən uğursuz mövsümlərindən birini keçirən "Fənər" isə 10 oyundan cəmi 9 xal yığmaqla 15-ci sırada yer alıb. 5 gün əvvəl öz meydanında "Ankaragücü"nə məğlubiyyətdən sonra holland baş məşqçi Fillip Koku istefaya göndərilib. Hazırda baş məşqçisiz olan "sarı-lacivərdlilər"i derbi qarşılaşmasına Kokunun köməkçisi olmuş Ervin Kuman hazırlayır. Qardaşı Ronald Kumanla yanaşı, ötənlərin tanınmış futbolçularından olmuş Ervin üçün bu derbinin nəticəsi böyük əhəmiyyət daşıyır. Türkiyə mediasının yaydığı xəbərlərə görə, "Fənərbaxça" prinsipial rəqibini məğlub edərsə, rəhbərlik baş məşqi axtarışlarını dayandıracaq və bu postda Ervin Kumanı saxlayacaq. Amma "Fənər"in vəziyyəti o qədər mürəkkəbdir ki, Kumanın bu vəzifənin öhdəsindən gələcəyi şübhə doğurur. Ardıcıl uğursuzluqlardan yaranan psixoloji gərginlik bir tərəfdən, digər yandan da 3 əsas oyunçu derbidə meydana çıxa bilməyəcək. Slimani ötən oyun qırmızı vərəqə alıb. Mehmet Ekici və Mehmet Topal isə zədəlidir. "Qalatasaray"da zədəli Emre Akbabanın oynamayacağı dəqiqdir. Serdar Aziz, Belhanda, Eren Derdiyok, Fequili və Naqotomonun oynayacağı isə sual altındadır. Hazırkı vəziyyət fərqli osa da, statistikada "Fənər"in üstünlüyü var. İndiyədək baş tutan 131 derbidən yalnız 39-nu "Qalatasaray" qazanıb. 51 görüşdə "Fənərbaxça" üstün olub. 41 qarşılaşma isə heç-heçə bitib. Superliqadakı son 7 derbidə "cim-bom" "Fənər"i məğlub edə bilməyib (4 heç-heçə, 3 məğlubiyyət). İndi Fatih Terimin komandası rəqibin ağır vəziyyətindən istifadə edib, bu "qara statistika"ya "dur" deyə bilər. Türkiyənin təcrübəli hakimlərindən Fırat Aydınusun idarə edəcəyi qarşılaşma saat 22.00-da başlayacaq.

İstanbul derbisi Azərbaycanda da həmişəki kimi, böyük maraqla izlənəcək. Bu maraq və həyəcana isə "Topaz"la bir az da rəng qata bilərsiz. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru İstanbul derbisinə həm canlı, həm də "təkli" mərc qəbul edir. Əmsallar: "Qalatasaray"ın qələbəsi 1.95, heç-heçə 3.20, "Fənərbaxça"nın qələbəsi 3.65. "Alt"ın əmsalı 1.70-ə, "üst" isə 2-yə bərabərdir.

Derbidən başqa, "Topaz"ın bugünkü proqramında daha 98 matç var. Onlardan 32-sinə canlı, 4-nə isə "təkli" mərc etmək mümkündür. İntuisiya ilə pul qazanmaq üçün üçün "Topaz" yeganə doğru vasitədir. Özünüzə güvənin və qazanın.


 
tarix: 02-11-2018 11:12


 
Xəbər lenti
24.08.2019

12:49   Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59   İsrafilovsuz qələbə

11:03   UEFA “Qarabağ”ı cərimələdi

10:50   “Sumqayıt” “Səbail”ə qarşı - YENİLƏNİR

09:47   "Neftçi"nin legioneri Hindistan klubunda

09:21   “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14   Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00   Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52   “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58   “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48   “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25   “Borussiya”dan inamlı qələbə

23.08.2019

23:38  “Beşiktaş”dan darmadağın

22:43  Nazarov üçün 63 dəqiqə və 1 xal

21:03  Təbriz klubu yeni mövsümə qələbə ilə başladı

20:33  Dabo “Neftçi” azarkeşlərindən üzr istədi: "Məni bağışlayın"

18:44  “Turan Tovuz”la “Ağsu” yeni mövsümə qələbə ilə başladı

18:22  “Neftçi”nin futbolçusu Haiti yığmasına çağırıldı

17:41  Ozan Can rəsmən “Sabah”da

17:33  “Beşiktaş” – “Göztəpə” matçını buradan canlı izlə! - Azərbaycanda ilk dəfə

17:27  Larsson istefa verdi

16:47  “Mançester Yunayted”də itki

16:00  Yığmamızın heyətində dəyişiklik

15:30  Azərbaycanlı hakim ÇL-ə təyinat aldı

15:00  İngiltərə millisinin sabiq üzvü “Seltik”də

14:36  Premyer Liqada 2-ci tur rəqəmlərin gözü ilə

14:00  Meksika millisinin üzvü rəsmən “Napoli”də

13:32  Fernando Torres vida matçına çıxır

13:06  “Qəbələ” Kamal Mirzəyevin transferinin detallarını açıqladı

12:53  “Trabzonspor”un Yunanıstan zəfəri - VİDEO

12:00  “Qalatasaray”ın futbolçusu rəsmən İspaniya klubunda

11:39  Azərbaycanlı futbolçu rəsmən Küveyt klubunda

11:17  "Linfild"in müdafiəçisi Bakıda sürpriz istəyir

11:08  "Səbail"in legioneri üçün il bitdi

11:03  Nazarov “Ştutqart”a meydan oxudu

10:54  Qonşumuz dəyişdi

10:32  “Qarabağ”a qalib gəlmək inanılmazdı”

10:00  Kompani istefaya göndərildi

09:30  “Liverpul”da yeni müqavilə

09:12  “Real”ın futbolçusu digər La Liqa klubunda

09:00  "Tarixin ən yaxşı komandası" və yarıhəvəskarlar

01:57  Qurban Qurbanov: “Cavab matçında böyük şansımız var”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az