(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Bəhlul Mustafazadə: “Komandanın əsl gücü həmin oyunda göründü”

Bəhlul Mustafazadə: “Komandanın əsl gücü həmin oyunda göründü”

“Qəbələ”nin müdafiəçisi Bəhlul Mustafazadənin futbolinfo.az saytına müsahibəsi:

- “Sumqayıt”la matçda komandanın 2:2-lik heç-heçəsi sizin üçün gözlənilməz oldumu? Çünki “Neftçi” üzərində inamlı qələbədən sonra daha yaxşı nəticə gözlənilirdi...
- Oyundan öncə məqsədimiz qələbə qazanmaq idi. Amma oyuna yaxşı başlamadıq. Ard-arda qollar buraxdıq. Düzdü, matçdan əvvəl qələbə fikirləşsək də, oyunun gedişatına uyğun olaraq heç-heçəni uğursuz saymaq olmaz. 

- “Sumqayıt”ın heyətində çıxış etmisən. Həmin oyunda xüsusi motivasiya və ya hər hansı xüsusi hiss var idimi?
- Xeyr, xüsusi nəsə olmadı. Futboldu və bir mövsüm ərzində 4, bəzən 6 dəfə onlarla qarşılaşa bilərəm. Sadəcə, tanış insanları yenidən görmək həqiqətən xoş idi. “Sumqayıt” azarkeşlərinə də təşəkkür edirəm ki, məni xoş, isti qarşıladılar. 

- Həmin oyunda baş verənlər çox müzakirə olundu. Matçdan sonra Orxan Məmmədova yaxınlaşıb dedinmi mənə niyə qırmızı vərəqə verdin?
- Hətta meydanda olarkən düşünürdüm ki, hakim qırmızı vərəqəmi ləğv edəcək. Buna əmin idim. Ona görə də özümü daha çox sakit aparmağa çalışırdım. Hakimdi də, ola bilsin ki, epizodu səhv görüb. Sadəcə, mənim rəqibə zərbə vurduğumu düşünüb. Halbuki videoda da heç bir şey olmadığı açıq-aşkar görünürdü.

- Oyundan sonra klub rəsmiləriniz Orxan Məmmədovun bunu qərəzli şəkildə etdiyini bildirdilər. Ümumiyyətlə, sən hakimdən niyə belə etdiyini soruşdunmu?
- Mən hakimə yaxınlaşmadım. Çünki onunla danışmağım nəyisə dəyişməyəcəkdi. Bilirdim ki, mənim rəqib vurduğumu düşünərək qırmızı vərəqə verib. Klubdan lazımi etirazları bildirdilər və məsələ həll olundu. Söz-söhbətlər məni maraqlandırmır. Çünki belə şeylər mənə aid olan məsələlər deyil. 

- Mövsümün əvvəlində daha çox meydana çıxırdın. Amma uğursuz matçlardan sonra ehtiyatda oturdun. Bunun səbəbini nədə görürsən?
- Əlbəttə ki, hər zaman daha çox meydanda olmaq istəyirəm. Baş məşqçi belə məsləhət gördü. Hər gün əvvəlkindən daha yaxşı olmağa çalışıram. Meydana çıxanda hazır olmaq istəyirəm. Komanda olaraq biz layiqli yerdə deyilik. 

- Son iki oyunda komanda bir qələbə qazanıb, bir oyunda geridönüş edərək heç-heçəyə nail olub. Düşünürsən ki, “qara zolaq”dan çıxmısız?
- “Neftçi” üzərində inamlı qələbə psixoloji cəhətdən biz çox kömək oldu. Komandanın əsl gücü həmin oyunda göründü. Bundan sonra sadəcə, üzərimizdəki təzyiqi atıb növbəti oyunlara köklənməliyik. Nəticələrin gələcəyinə əminəm.

AĞA


 
tarix: 02-11-2018 14:43


 
Xəbər lenti
21.08.2019

00:55   “Ayaks” APOEL-lə ilk oyunda bacarmadı

20.08.2019

21:44  “Qarabağ” Belfasta getdi - FOTOLAR

19:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:00  “Real”ın yeni transferi sıraya döndü

18:44  Honduras millisinin forvardı rəsmən “Sabah”da

18:33  Riberi İtaliya klubu ilə anlaşdı

18:05  “Fənərbaxça”da ciddi itki

17:44  Azarkeşlər AÇ-2020 fristaylerlərini seçir

17:23  “Real”da ciddi itki

17:00  “Zirə”nin 2 futbolçusuna milli dəvət

16:42  Yaşar Vahabzadə: “Nəyin alınıb-alınmadığını oyunlar göstərəcək”

16:21  “Qarabağ”ın maraqlandığı qapıçı B Seriyasında

16:00  İtaliya klubu müraciət etdi, millimizdən uzaqlaşdırıldı

15:41  “Neftçi”nin futbolçusu milliyə çağırıldı

15:20  Şehiçə görə 250 min avro?

15:00  “Linfild” - “Qarabağ” matçı canlı yayımda

14:48  “Azərsun Arena” təmirə bağlanır – “Qarabağ” harada oynayacaq?

14:36  Kamran Quliyev azarkeşlərin tribunadan uzaqlaşdırılmasına aydınlıq gətirdi

14:14  “Yuventus” yeni transferini icarəyə verdi

13:52  “Qarabağ”ın futbolçusu İngiltərə ilə oyuna dəvət aldı

13:38  “Azərbaycan aldadıcı komandadı”

13:15  “Arsenal”dan Bundesliqa klubuna – RƏSMİ

12:51  “Barselona”da itki – 4-5 həftə olmayacaq

12:30  “Səbail”in yubiley qələbəsi

12:19  Əliyev də legionerə ehtiyac duyur: “Futbolçu yetişdirmək heç kimə maraqlı deyil”

12:00  Emil Balayevdən yeni “quru seriya”

11:41  Dabonun xanımından incik mesaj: “Şansı başqalarına buraxaq”

11:31  İlqar Qurbanov rəsmən “Sumqayıt”da

11:23  Millimizin heyəti açıqlandı

11:12  Radikal qərar zamanı

11:01  Mahir üçün seçim anı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az