(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Hələ də anlamıram ki, həmin oyunu niyə uduzduq” - Bilal Həmdi

“Hələ də anlamıram ki, həmin oyunu niyə uduzduq” - Bilal Həmdi

“Zirə”nin fransalı yarımmüdafiəçisi Bilal Həmdinin futbolinfo.az saytına müsahibəsi:

- İlk dövrədə texniki məğlubiyyətlə 1 xalı əldən verdyiniz “Səbail”ə qarşı oyununuz var. Matça hazırsınız?
-  Bəli, bütün həftəni bu matça hazırlaşmışıq və düşünürəm ki, qələbə qazana bilərik. Onların üçüncü yerdə olmasına baxmayaraq, bizdən ciddi üstünlükləri olmadığını düşünürəm. 

- Son matçda rəqibiniz qələbə qazansa da, siz məğlub olmusunuz…
- İlk oyunlarda komandaların durumu bir-birinə yaxın olur və əlbəttə ki, hazırda psixoloji üstünlük onların tərəfindədi. Amma bizim keyfiyyətli futbolçularımız var. Son qələbə vəziyyəti bir qədər onların leyhinə edir. 

- “Zirə” “Qəbələ” üzərində qələbə qazansa da, bunun davamını gətirə bilmədi. Həmin qalibiyyət sanki təsadüfi idi…
- “Qəbələ”yə qalib gəldik, daha sonra “Keşlə” ilə oynadıq. Bu günə qədər anlamıram ki, həmin oyunu biz necə uduzduq? Çünki çoxsaylı qol vəziyyətləri yaratdıq, amma bunların heç birindən istifadə edə bilmədik. Bu çatışmazlığın üzərində işləməliyik. 

- “Sabah”a qarşı matçın ikinci hissəsini yaxşı keçirsəniz də, yenə məğlub oldunuz. Səncə, səbəb bəxtsizlikdirmi?
- “Sabah”la oyunun ikinci hissəsində daha yaxşı təsir bağışladıq. Bu oyuna baxdınızsa, görə bilərsiniz ki, ilk hissədə də pis deyildik. Yenə də qol vəziyyətləri yaratdıq və istifadə edə bilmədik. Təbii ki, bu futboldu və vəziyyəti dəyişmək üçün şans da lazımdı. Məğlub əhval-ruhiyyədə olanda heç də hər şey asan gəlmir. Hətta ən yaxşı oynadığın oyunlarda belə anidən səhv buraxırsan və rəqib də bunu bağışlamır. Çətin olur. 

- Samir Abasov çox şeyi dəyişə bildimi?
- Bəli, komandada sistemi tamamilə dəyişdi. Onun istədiklərini yüz faiz yerinə yetirmək üçün bizə zaman lazımdı. Hazırda elə də çox vaxtımız yoxdu. Amma biz yaxşı komanda olmaq üçün doğru yoldayıq. Bir neçə oyunda uduzsaq da, məşqçi dəyişikliyi çox şeyi fərqli edib. 

- “Zirə”nin heyəti sanki lazım olan oyunu göstərməyə imkan vermir. Məsələn, son oyundan sonra baş məşqçiniz Aleksand Dedovdan narazılıq etdi, Sadiq Quliyevi əvəzedici heyətə göndərib…
- Açığı, mən bunları oxumuram. Dedov və Sadiqin durumları ilə bağlı heç nə deyə bilməyəcəm. 

- Öz çıxışından razısan?
- Hazırlıq müddətində zədəli idim və mənim üçün çətin idi. Amma məşqlərə başladıqdan sonra hər şey qaydasına düşüb və özümü getdikcə daha yaxşı hiss edirəm. 

- Komandanın uğursuz çıxışı sonda yuxarı yerlərə çıxmaq üçün sizə nə qədər mane olacaq?
- Futbolda proqnoz vermək çətindi. Növbəti mövsümdə avrokuboklarda oynamaq üçün əlimizdən gələni edəcəyik. Əminəm ki, yaxın gələcəkdə hər şey yaxşı olacaq.

CAVAD


 
tarix: 02-11-2018 17:10


 
Xəbər lenti
24.01.2019

02:02   Təxirə salınan oyunda “Nim” sevindi

01:50   “Mançester Siti” finalda

01:01   “Keşlə” qazaxlara belə uduzdu - VİDEO

00:50   “Trabzonspor” və “Göztəpə” 1/4 finalda

23.01.2019

23:26  AFFA-nın milliləşdirdiyi oyunçu haqda: “Azərbaycanla əlaqəsi yoxdu”

23:01  "Qəbələ" günü bir məşqlə başa vurdu

22:50  “Qəbələ” – “Fakel” oyununun vaxtı açıqlandı

22:20  Bordin: "Çatışmazlıqlar üzərində işləyəcəyik"

22:03  "Slovan"ın baş məşqçisi: "Yüksək səviyyəli rəqibə qarşı oynadıq"

21:46  Mamadu Kane: “Məğlubiyyətə layiq deyildik”

21:38  "Oyunların hamısına ciddi yanaşırıq"

21:02  Qurban Qurbanov: “Almeydaya bir az vaxt lazım ola bilər”

19:51  “Qarabağ” heç-heçə oynadı - YENİLƏNİB

18:59  “Keşlə” yenə uduzdu - YENİLƏNİB

18:19  “Neftçi” “Slovan”a uduzdu - YENİLƏNİB

18:00  AFFA-nın Lisenziyalaşdırma qrupu ilə bağlı yoxlamanın nəticələri açıqlandı

17:50  “Sabah”ın da saytı var

17:00  “Atletiko” futbolçusunu geri qaytardı

16:25  Sabiq “Real”lı aşağı liqa klubunda

15:56  “Neftçi” transferini rəsmən açıqladı

15:12  “Sabah” vətənə qayıtdı

14:55  İtkin düşən futbolçunun son mesajı yayıldı

14:33  “Zirə” yenə tək qolla qalib gəldi - VİDEO

14:11  “Sevilya” yeni transferini itirdi

13:45  Bundesliqa klubunda yeni müqavilə

12:56  Tərlan Əhmədov: “Bu mövqeyə daha yaxşı futbolçu seçmək istəyirik”

12:20  Millimizin ruslarla heç-heçəsi - VİDEO

11:55  “Sumqayıt”dan “Vardar” üzərində inamlı qələbə - VİDEO

10:30  Demba Ba yenidən Super Liqa klubunda

09:30  Ronaldo Messiyə çatdı

02:58  “Valensiya” “Xetafe”yə ilk oyunda məğlub oldu

02:11  “Neftçi” yeni transferini rəsmən açıqladı - VİDEO

01:04  Elşad Əhmədov: “Hücum xəttində irəliləyiş olması müsbət məqamdı”

00:31  “Qalatasaray”dan qələbə, “Akhisarspor” 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az