(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
İnfantino “ilişdi” – bizim baş katibdən iraq…

İnfantino “ilişdi” – bizim baş katibdən iraq…

FIFA prezidenti Canni İnfantino ilə bağlı şok iddia ortaya atılıb. Onun qurumda baş katib vəzifəsində çalışdığı vaxt maliyyə feyr-pley qaydalarını pozan “Mançester Siti” və PSJ-yə mümkün cəzadan yayınmaq üçün yardım etdiyi bildirilib.
 
“Football Leaks” saytının araşdırmasına görə, Yaxın Şərqin ən zəngin iş adamlarının sahib olduğu hər iki klubda 2011-2013-cü illərdə ciddi büdcə açığı aşkarlanıb. PSJ sözügedən illərdə Qətərin Turizm Nazirliyi ilə bağlanmış sponsorluq müqaviləsinə əsasən, illik 215 milyon avro gəlir götürüb. UEFA mütəxəssisləri isə anlaşmanın real bazar qiymətini cəmi 2,8 milyon avro olaraq dəyərləndiriblər.
 
“Mançester Siti”nin isə 2011-2013 aralığında illik zərəri 233 milyon avro təşkil edib. Bu isə UEFA-nın kluba qoyduğu 45 milyonluq limitdən 5 dəfə çox olub. İnfantinonun hər iki klubun pozuntularından xəbərdar olduğu iddia olunur.
 
Qaydalara əsasən, hər iki komanda Çempionlar Liqasından kənarlaşdırılmalıymış. Fransızların cəzadan yayınmasına UEFA-nın sabiq prezidenti Mişel Platini, Fransanın keçmiş prezidenti Nikolya Sarkozi və İnfantino kömək ediblər. “Mançester Siti”nin pozuntularını ört-basdır etməkdə isə təkcə qurumun sabiq baş katibinin əli olub. O, FİFA-dakı vəzifəsinə baxmayaraq, klubların maraqları üçün mübarizə aparıb. İnfantinonun klub rəhbərləri ilə görüşərək, gizli məlumatları müzakirə etdiyi və qanunsuz olaraq onlara güzəştli şərtlər təklif etdiyi iddia olunur.
 
Nəhayət, 2014-cü ildə PSJ və “Mançester Siti” UEFA ilə razılığa gəlib ki, bunun da klublara heç bir mənfi təzyiqi olmayıb. Qısa müddətdən sonra isə hər iki klubla bağlı araşdırma aparan maliyyə feyr-pley komitəsinin rəhbəri şotlandiyalı Brayan Kuinn öz vəzifəsindən ayrılıb.
 
Gördüyünüz kimi, gizli, qaranlıq əməllər nəvaxtsa ifşa olunur. İnfantinonun dostu olan, tez-tez onunla görüşə gedən, seçkilərdə də dəstəyini nümayiş etdirən AFFA-nın baş katibi Elxan Məmmədovun oxşar problemlərdən uzaq olduğuna ümid edirik.

 
tarix: 03-11-2018 12:15


 
Xəbər lenti
20.02.2019

02:51   Çempionlar Liqasında qolsuz gecə

19.02.2019

22:55  Millinin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”

22:19  Ramil Şeydayev üçün 77 dəqiqə

20:50  Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu

18:10  AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21  “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04  “Sportinq”də daha bir erkən vida

16:24  “Espanyol”dan La Liqada yeni rekord

15:57  Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19  İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55  Braziliya millisinin kapitanı “Barselona”da

14:34  Şeydayevsiz qələbə

13:51  AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32  Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03  Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57  İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36  Kapitan 220 gün sonra qayıdır

11:51  Stuxlikin tələbi VAR

11:45  Rauf 10 gündən sonra qayıdacaq

11:40  Dadaşovun oynamamasının səbəbi

11:02  Paşayev ermənilərə qarşı oynadı

10:51  Şeydayev yenidən Türkiyədə

10:39  1/4 final cütlükləri bilindi

10:31  Erat oynadı, komandası məğlub oldu

10:23  Vengerin favoriti

10:12  De Xeaya yeni təklif

10:01  AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47  Milli komandada yeni baş məşqçi

09:30  Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21  Nani rəsmən ABŞ klubunda

09:14  “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az