(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Tərlan Əhmədov: “Bunu şişirtməyə ehtiyac yoxdu”

Tərlan Əhmədov: “Bunu şişirtməyə ehtiyac yoxdu”

“Qarabağ”la matçdan 72 saat keçməmiş yenidən oyuna çıxdıq. Dünya praktikasına belədi ki, futbolçu 72 saat istirahət eməlidi. Ancaq bizdə vaxt az oldu. Buna baxmayaraq, komandamdan istədiyim futbolu gördüm. Hücumda problemlərimiz var. Erkən qol planlarımıza təsir etdi. Bilirdik ki, "Neftçi" müdafiə futbolu oynayacaq. Hücum futbolu oynamağı, rəqibi təzyiq altında saxlamağı tapşırmışdım. Məğlubiyyətə baxmayaraq, oyundan razı qaldım. Qış fasiləsinədək 4 oyunumuz var. Getdikcə daha maraqlı futbol oynayan "Keşlə" görəcəksiz".

Futbolinfo.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov "Neftçi"yə evdə 0:1 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının 10-cu tur matçından sonra mətbuat konfransında deyib. 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

- Bunadək "Neftçi"də işləməyiniz sizin üçün matçı prinsipiallaşdırmışdı?
- Orada işləməyim keçmişdə qalıb. Daha öncə AZAL və "Xəzər Lənkəran"da da çalışmışam. Peşəkar işimizdə hər il dəyişiklik ola bilər. Keçmiş komandamla bağlı heç bir prinsipiallıq yox idi. Keçmişlə yaşamıram. Ehtiyat oyunçular sarıdan da sıxıntımız var. Üç zədəli, bir cəzalı futbolçumuz var.  

- "Neftçi"ni ötən mövsüm turnir cədvəlinin sonlarında qəbul edərək Avroliqaya çıxardınız. Bunu "Keşlə" ilə də bacara biləcəksiniz?
- Bacarıb-bacarmamaq görəcəyimiz işdən asılıdı. Bu, kollektiv işdi. Hamı bir uğur üçün çalışır. Oyunumuzda da fərq var. Addım-adıım işimizi görməyə başlayırıq. "Keşlə"də olduğum bu qısa müddətdə əsas görəcəyim iş sırf taktiki, psixoloji hazırlıqla bağlı idi. Çalışacağıq ki, komandanı daha yuxarı aparaq.

- "Neftçi" ilə oyuna hazırlıq üçün vaxtınızın az olmasına görə aidiyyatı qurumlara etirazınızı bidlirmişdiniz?
- Yox. Bizə artıq vaxt deyilmişdi. Dedik ki, bəlkə oyunu noyabrın 4-nə keçirsinlər. Lakin bu, alınmadı. Onu əlimizdə bayraq etmirik. Sadəcə, "Neftçi" bir həftə hazırlaşmışdı, bizdə isə heç 3 gün olmadı. Ancaq bunu şişirtməyə ehtiyac yoxdu. (Sportnet)


 
tarix: 03-11-2018 20:07


 
Xəbər lenti
21.08.2019

00:55   “Ayaks” APOEL-lə ilk oyunda bacarmadı

20.08.2019

21:44  “Qarabağ” Belfasta getdi - FOTOLAR

19:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:00  “Real”ın yeni transferi sıraya döndü

18:44  Honduras millisinin forvardı rəsmən “Sabah”da

18:33  Riberi İtaliya klubu ilə anlaşdı

18:05  “Fənərbaxça”da ciddi itki

17:44  Azarkeşlər AÇ-2020 fristaylerlərini seçir

17:23  “Real”da ciddi itki

17:00  “Zirə”nin 2 futbolçusuna milli dəvət

16:42  Yaşar Vahabzadə: “Nəyin alınıb-alınmadığını oyunlar göstərəcək”

16:21  “Qarabağ”ın maraqlandığı qapıçı B Seriyasında

16:00  İtaliya klubu müraciət etdi, millimizdən uzaqlaşdırıldı

15:41  “Neftçi”nin futbolçusu milliyə çağırıldı

15:20  Şehiçə görə 250 min avro?

15:00  “Linfild” - “Qarabağ” matçı canlı yayımda

14:48  “Azərsun Arena” təmirə bağlanır – “Qarabağ” harada oynayacaq?

14:36  Kamran Quliyev azarkeşlərin tribunadan uzaqlaşdırılmasına aydınlıq gətirdi

14:14  “Yuventus” yeni transferini icarəyə verdi

13:52  “Qarabağ”ın futbolçusu İngiltərə ilə oyuna dəvət aldı

13:38  “Azərbaycan aldadıcı komandadı”

13:15  “Arsenal”dan Bundesliqa klubuna – RƏSMİ

12:51  “Barselona”da itki – 4-5 həftə olmayacaq

12:30  “Səbail”in yubiley qələbəsi

12:19  Əliyev də legionerə ehtiyac duyur: “Futbolçu yetişdirmək heç kimə maraqlı deyil”

12:00  Emil Balayevdən yeni “quru seriya”

11:41  Dabonun xanımından incik mesaj: “Şansı başqalarına buraxaq”

11:31  İlqar Qurbanov rəsmən “Sumqayıt”da

11:23  Millimizin heyəti açıqlandı

11:12  Radikal qərar zamanı

11:01  Mahir üçün seçim anı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az