(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Qurban Qurbanov: “Necə cəzalandırıldığını futbolçumuz daha yaxşı bilir”

Qurban Qurbanov: “Necə cəzalandırıldığını futbolçumuz daha yaxşı bilir”

“Futbolçularımı təbrik edirəm. Həmçinin azarkeşlərimizi də. Biz işə fərqli yanaşırıq, digərləri fərqli. İstər-istəməz oyunçularda gərginlik var idi. Bəzi səhvləri nəzərə almasaq, onlardan razı qaldım. Nazim müəllimə uğurlar arzulayıram. Öz oyun üslubunu tam qaydasına salıb. Bunlar göstərir ki, çempionatda qarşıdakı matçlar daha ağır olacaq. Futbolçuların bugünkü oyunu məni razı saldı”.

Futbolinfo.az xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis jurnalistlərin də suallarını cavablandırıb...

- Son dəqiqələrdə Dani Kintananı meydana buraxdınız. Onu Poltavada "Vorskla" ilə görüşdə də görə bilərik?
- Əsas heyətdə deyil, sonradan daxil ola bilər. Yenə də oyunçuların hazırlığına baxacağıq. Orda da məşq olacaq, sonra "18-liy”i quracağıq. Hər oyunçunun iştirak imkanı var.
 
- Uğursuzluq seriyasına bu arenada son qoydunuz. Oyunun gedişində düşünmədiniz ki, kaş avrokubok matçlarını da burada keçirəydik?
- Belə bir fikir olmadı. Bura uğursuzluğa son qoymaq üçün gəlməmişdik. Ancaq yenə də oyunçular özlərini burada kompakt hiss edirlər. İstədik ki, dəyişik arena olsun, futbolçular fərqli hiss etsinlər. Bura bəlkə daha çox öyrəşiblər. Gələn il bir qərar qəbul edərik. Demirəm ki, burada oynasaydıq fərqli nəticə əldə edərdik. Amma bu stadionun fərqli özəlliyi var.
 
- "Neftçi”ni keçə bilərsiniz?
- Bu suala cavab verə bilmərəm. Qarşıda çox oyunlarımız var. Futbolçuları bu ağır qrafikdən yaxşı çıxarmağı düşünürük. Bəzən bunlar zədəyə gətirib çıxarır. Məqsəd qoymamışıq ki, mütləq qarşıdakı matçlarda "Neftçi”ni keçməliyik. Məqsədimiz hər görüşdə qələbə qazanmaqdır.
 
- Bu gün heyəti Poltavadakı matçı düşünərək qurdunuz?
- Xeyr, daha çox bugünkü oyunu düşünərək.
 
- "Neftçi” ilə oyundan sonra demişdiniz ki, çempionluqdan yorulduğunuza dair söz-söhbət gəzir. İctimaiyyətdə isə belə fikir formalaşıb ki, "Qarabağ” geri çəkilib, "Neftçi” çempion olacaq...
- Xeyr, belə bir şey yoxdur. Futbolda bir komandanın 20 il ardıcıl çempion olması kimi bir qanun yoxdur. Biz yorulmamışıq. Ssenarini kim yazıbsa, bunu bilmirik: nə siz, nə mən. Bizim neçə illərdir məqsədimiz yaxşı, intizamlı oyun göstərmək və istənilən halda özümüzü yaxşı aparmaqdır.
 
- Azarkeşlər Ukraynadakı görüşdən qisas gözləyir...
- Azarkeşlərə həmişə təşəkkür etmişəm. Onlar "Qarabağ”dan gözləməyib, kimdən gözləməlidir? Biz vicdanla işləməyə, azarkeşlərimizi sevindirməyə çalışırıq. Hardasa alınmır, çatışmayan cəhətlər olur. Amma həmişə yaxşı nəticə qazanmaq, Qarabağın, Azərbaycanımızın adını gözəl təmsil etməyə çalışırıq. Uduzanda hamıdan çox bizə pis təsir edir. Yaxşı oyun və uğurlu nəticə üçün Ukraynaya gedəcəyik.
 
- Donald Gerryenin düşərgəyə gec döndüyü üçün cəzalandırıldığı deyilir. Bu, doğrudur?
- Klubdaxili məsələdir. Amma cəza var. Necə cəzalandırılıb, futbolçu daha yaxşı bilir. Bəzən elə hal olur ki, oyunçu cəzalanır və özü bunu düzgün qəbul edir. Kodekslə tanış olurlar və söz deməyə nəsə olmur.
 
- Gərginlikdən danışdınız. Amma bu gün meydanda daha rahat görünürdünüz. Bəlkə bu stadion sizə düşür?
- Düşər-düşməzi barədə heç vaxt fikirləşmirəm. Səbəb kimi həmişə nəyisə düzgün etmədiyimizi görürəm. Fərqli aura olması üçün burada oynadıq. Avrokuboklarda neçə illər bu stadionda oynamışıq. Azarkeş toplusu tam fərqlidir. Bu gün stadionda 15 min azarkeş olsaydı, hər şey tam fərqli görünərdi. Bakı Olimpiya Stadionu gözəl arenadır. "Çelsi”yə böyük hesabla uduzanda da azarkeşlər razı getmişdilər. 60 min adam həyəcanlanırdı, fərqli fikirlər söyləyirdilər. Amma digər oyunda 15 min azarkeşdən o səs hiss olunmurdu. Bu sayda azarkeş "Tofiq Bəhramov”da olsaydı, bəlkə fərqli alınardı. Məğlubiyyətlərimiz var, amma uğura inanmalıyıq. Belə turnirlərdə 2-3 qol epizodu olur, bundan istifadə etmək lazımdır. Tələb etmək azarkeşin, mətbuatın borcudur. Biz də bunu normal qəbul edirik. (Sportnet)


 
tarix: 03-11-2018 21:38


 
Xəbər lenti
22.08.2019

13:22   Millimizin sabiq baş məşqçisi vəfat etdi

13:03   Premyer Liqada 3-cü turun oyun cədvəli açıqlandı

12:40   PSJ cəzalandırıldı – Neymara görə

12:22   Balayevin komandasında yeni futbolçu

12:00   Milli komandada baş məşqçi istefası

11:40   Dabo “Neftçi” azarkeşlərini təhqir etdi

11:30   “Qarabağ” “Linfild” səfərində - YENİLƏNİR

11:20   “Sumqayıt” - “Səbail” matçı ilə bağlı dəyişiklik

11:00   Millimizin üzvü “Sabah”da - RƏSMİ 

10:30   “Qalatasaray”dan PSV-yə - RƏSMİ

10:00   “Çelsi”nin futbolçusu rəsmən “Roma”da

09:30   Əliyevin komandası 1/16 finalda

09:00   Azərbaycanlı futbolçuların komandaları yarımfinala buraxılmadı

00:55   “Olimpiakos” “Krasnodar”ı darmadağınla yola saldı

21.08.2019

22:25  “Hiss olunur ki, “Linfild” olduqca istəklidi” - Qurban Qurbanov

21:22  David Hili: “Qarabağ”ın aqressiv olacağını düşünmürəm”

20:20  Maaşının azaldılmasına razı oldu - “Fənərbaxça”da qalmaq üçün

19:44  “Liverpul”un futbolçusu Türkiyə klubunda - RƏSMİ

18:55  “Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

18:21  Xorvatiyalı futbolçu İtaliyada klubunu dəyişdi

18:00  “Keşlə”də kadr dəyişikliyi

17:45  “Monako”da yeni hücumçu

17:12  “Qarabağ” - “Linfild” matçının biletləri satışda

16:50  Premyer Liqada 2-ci turun hakimləri bəlli oldu

16:36  Paytaxt klubunun zədəli futbolçusu sıraya döndü

16:16  “Qarabağ”la oyunlarda Avropaya yaxşı bir səs salmaq istəyirik”

15:50  I Divizionda mövsümün təqvimi açıqlandı

15:36  Super Liqa klubu milli üzvləri ilə “nikah təzələdi”

15:12  La Liqa klubunda 5 illik müqavilə

14:43  Riberinin yeni klubu rəsmən bəlli oldu

14:26  “İnanıram ki, bu mövsüm komandamız üçün çox uğurlu olacaq”

14:01  “Beşiktaş”ın futbolçusu Fransa klubunda

13:42  “Zirə”nin yeni transferi: “Burdakı səviyyəyə təəccübləndim”

13:25  AFFA yeni mövsümün ilk cəzalarını açıqladı

13:08  Azərbaycanla oyundan əvvəl yeni məşqçi

12:40  Ayaz Quliyev rəmzi heyətdə

12:21  Millimizin baş məşqçisi: “Bu iki oyundan maksimum istifadə etməliyik”

12:00  AFFA-dan 1 illik müqavilə

11:40  Uels millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

11:21  Millimizin futbolçusu oynadı, komandası ilk qələbəsini qazandı

11:00  DÇ-2022-nin loqosu nə vaxt təqdim olunacaq?

10:41  Daha bir türk futbolçu A Seriyasında

10:23  Millimizlə oyundan öncə klubunu dəyişdi

10:00  Paytaxt klubunda daha bir yeni müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az