(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Liderlərin qiyabi dueli: büdrəyən olmadı

Liderlərin qiyabi dueli: büdrəyən olmadı

“Neftçi” eyni üslubda oynamağa və qələbə qazanmağa davam edir. Bəzən komanda yaxşı oynamır, bəxt gətirir, amma əsas olan pis görünərkən də 3 xal əldə etməkdi. “Neftçi”ni zirvədə saxlayan da bu amildi.
 
Roberto Bordinin resepti “Keşlə” ilə oyunda da işə yaradı. 2-ci dəqiqədə özünü qolçu kimi isbatlamaqda olan Mirabdulla Abbasov fərdi bacarığı sayəsində hesabı açdı, qalanı isə italiyalının öhdəsinə düşdü.  O, yaxşı müdafiə qurdu, hətta Kiril Petrovun yoxluğunda da arxa xətt axsamadı. Ömər Buludov, son dəqiqələrdə Elvin Sərkərov kimi gənclər də ümumi uğura töhfə verdilər.
 
“Neftçi” sadə oynayır, qol buraxmamaqla matç qazanır. Risklidi, azarkeşlər 90 dəqiqə ərzində təşvişdə olur, lakin qələbə gətirəndisə, Bordinin taktikasından gileylənmək lazım deyil. Düzdü, Qəbələdəki kimi, ilk qolu “Neftçi” buraxanda vəziyyət acınacaqlı olur. Amma Azərbaycanda Bordindən daha yaxşı olan məşqçilərin sayı çox deyil, üstəlik, heyət baxımından da italiyalının imkanları daha genişdi.
 
Tərlan Əhmədov “Keşlə”ni canlandıra bilib. Hər yeni məşqçi gələndə adətən belə qığılcımlar olur, lakin alova çevrilmədisə, qələbəyə dönmədisə, o qığlcımlar da faydasızdı. Əhmədov keçmiş komandası ilə oyunda məhz bunu gördü – ümidverici oyun və qələbəsizlik. Burada “Neftçi”nin matça rahat hazırlaşması, “Keşlə”nin isə üç gündən bir oynamasının da rolu var idi.
 
Liderin qələbəsindən sonra “Qarabağ”ın büdrəməyə haqqı yox idi. 5 xallıq fərq artsaydı, ağdamlılar çempionluq yarışından uzaq düşə bilərdi. Bu səbəbdən Qurban Qurbanov “Sumqayıt”la matça ciddi yanaşdı və yetirmələri məşqi xatırladan oyundan üstün ayrıldı. İlk yarıda qonaqlar nisbətən müqavimət göstərsə də, fasilədən sonra tam təslim oldular.
 
“Azərsun Arena”da projektorlarla bağlı yaranan texniki problem üzündən ağdamlılar rəqibini Respublika stadionunda qəbul edirdi. Bu idman qurğusunun boş qalması təəssüf doğurur, amma reallıqdı. Şəhərin mərkəzində yerləşən, çox rahat, əla auraya malik “Tofiq Bəhramov”da oyun zövq verirdi. Hətta tribunaların boşluğu da mane olmurdu.
 
“Qarabağ” hər hissəyə bir qol vurub “Vorksla” ilə matç öncəsi özünə gəldi. Hannes Halldorsonnun ölkəmizdə olduğu müddətdə ilk dəfə top buraxmaması da diqqət çəkdi. O, 2 epizodda rəqibin real şansının üstündən xətt çəkdi və formaya düşdüyünü isbatladı.
 
“Sumqayıt”ın enişi davam edir. Ardıcıl 4 oyunda qələbəsiz qalması komandanı hədəflərindən uzaqlaşdırır. Düzü, rəqibi nəzərə alsaq, qonaqların məğlubiyyəti başadüşüləndi. Ancaq iş ondadı ki, “Sumqayıt” müqavimətsiz təslim oldu. Həmişə temp müəyyənləşdirən, sonadək mübarizə aparan Nazim Süleymanovun yetirmələri yorğun rəqib qarşısında çarəsiz görünürdü. Nə məşqçi müdaxiləsi gördük, nə futbolçu fədakarlığı, sadəcə, 90 dəqiqəni yola, 3 xalı rəqibə verdilər.
 
Qonaqların fiziki cəhətdən çatdırmaması, fasilədən sonra əldən düşmələri sanki məşqçilərin səhviydi. Qüvvənin doğru bölüşdürülməməsi bir yana, matçdan öncə 40 dəqiqəli isinmə hərəkətləri belə nəticələnməliydi. Süleymanov yetirmələrini matça kimi yormuşdu.
 
Turun ilk gününün qalibləri liderlər oldu və sensasiya baş vermədi. “Qarabağ”ın həyəcanı qismən aradan qalxdı və çempionluq mübarizəsi indi daha maraqlı keçəcək. Qışa kimi qalan oyunların nəticəsi yazda çox şeyi həll edə bilər.
 
FƏRİD

 
tarix: 04-11-2018 11:07


 
Xəbər lenti
22.02.2019

01:55   “Qalatasaray”la “Fənərbaxça”nı 1/8 finala buraxmadılar

00:17   “Zenit” “Fənərbaxça”nı 1/8 finala buraxmadı - VİDEO

21.02.2019

22:08  Ağatahir Əzimov: “Sanki dogma meydanda oynayan biz deyildik”

21:35  Millimiz Türkiyəyə biabırçı hesabla uduzdu

18:40  Nihat Kahveci də Bakıya gəlir

18:01  Millimiz İspaniya və Çexiya ilə eyni qrupda

17:48  PSJ Diarra ilə yollarını rəsmən ayırdı

17:25  PSJ türk futbolçuyla müqavilə imzaladı

17:03  MOİK 3 xalı 4, “Sumqayıt” 5 qolla qazandı

16:50  “Keşlə” transferlərə niyə pul tapmayıb?

16:36  Volkovi: “Bunu yaxşı nəticə saymıram”

16:25  Elşad Əhmədov: “5-10 oyunluq hücumçu gətirmək istəmirik”

16:12  Süleymanzadənin həyat yoldaşı vəfat edib

16:01  “Qarabağ”dan “Yuventus”a atmaca

15:54  Şeydayevin baş məşqçisi: “Güclü qolçu tapmaq çətindi”

15:33  Con Kamara: “Azərbaycan çempionatında hakimlər çox vərəqə göstərir”

15:15  Millimizin futbolçusu Çexiyada klub dəyişdi - RƏSMİ

14:58  Məşhur futbolçunun mənzili növbəti dəfə qarət olundu

14:26  Simeone üzr istədi: “Bu, ürəkdən gələn jest idi” - VİDEO

13:56  Dünya futbol ulduzları Bakıya gəlir

13:14  Birinci Divizion: 17-ci turun bütün oyunları eyni saatda

13:07  Premyer Liqada 19-cu turun oyun cədvəli

12:57  Milli komandada yeni baş məşqçi

12:31  “Atletiko” 13 oyundu evdə uduzmur - ÇL-də

12:00  17-ci turun ən yaxşısı “Keşlə”li oldu

11:48  Premyer Liqada 17-ci turun rəmzi komandası

11:30  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

10:22  “Qəbələ”nin “Keşlə” ilə 48-ci dueli

10:00  “Mançester Siti”dən çətin qələbə - VİDEO

09:41  “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO

09:20  “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00  Klublar Komitəsinin sədri kim olsun?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az