qaynar xətt
Aftandil Hacıyev: “Heç-heçə ədalətli nəticə oldu”
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, gənc mütəxəssis 0:0 hesabıyla başa çatan oyundan sonra bunları söyləyib:
- Hamını salamlayıram. Gərgin oyun oldu. 10 nəfərlə mübarizə apardıq. Bu nəticəni müsbət dəyərləndirmək olar. Rəqib də yaxşı oyun göstərdi. Oyunun sonlarına qədər futbolçularımız yaxşı mübarizə apardılar. Düşünürəm ki, oyunun ədalətli nəticəsi heç-heçə idi.
- Ağabala Ramazanovun zədəsi ciddidi?
- Ciddi deyil, amma bu oyunda meydana çıxa bilməzdi. Fərdi məşqlər edir.
- Bu gün Ruslan Qurbanov da zədələndi. Zədəsi nə dərəcədə ağırdı?
- Bizi məyus edən zədə oldu. Yüngül zədə olduğunu düşünürəm.
- Bu gün də qırmızı vərəqə aldınız. Bunu oyun intizamındakı boşluq kimi dəyərləndirə bilərik?
- Xeyr. Hər iki vərəqə 2-ci “sarı”dan sonra alındı, oyun epizodları idi. Belə hallar olur. Bizi sevindirən odu ki, bu oyunlarla daha da möhkəmlənirik.
- Komandanız hazırda 3-cü yerdədi və bu, avrokuboklara vəsiqə verən pillədi. Bu oyunla "Səbail" neçə tur bu pillədə qala biləcək?
- Qarşımıza 3-cü yer hədəfi qoymamışıq. Əsas məqsədimiz hər tur yaxşı oyun göstərməkdi. Biz demirik ki, bu gün qərarlaşdığımız yerdə möhkəmlənəcəyik, amma çalışacağıq ki, əlimizdən gələni edək.
- Onda demək olarmı ki, "Səbail" bu gün 2 xal itirmədi, 1 xal qazandı?
- Bəli.
- Qış fasiləsinə liderlər sırasında qərarlaşsanız, yeni transfertlər ola bilərmi?
- Ən azı 3 transferə ehtiyac olacaq. Çünki 2 futbolçu olmadıqda, əvəzləyici tapa bilmirik. Buna görə də, çalışacağıq ki, prezidentlə bu barədə danışaq. (komanda.az)
00:14 “Trabzonspor”la “Rizəspor” 3 xalı 3 qolla qazandı
23:12 Azərbaycanlı futbolçu Bosniya və Herseqovina klubunda! - RƏSMİ
21:01 “Qəbələ”dən məktəblilərlə növbəti görüş
20:53 “Neftçi” “Səbail”lə matça hazırlığı davam etdirir
19:11 Avroliqada həftənin ən yaxşısı bəlli oldu
18:55 Gəncədə olay: futbolçu meydana girməmiş cəzalandı
17:58 Qurban Qurbanov onu da əvəzedici komandaya göndərdi
17:04 “Qarabağ” 3 xalı 3, “Neftçi” 5 qolla qazandı
16:18 Avroliqada 1/8 finalın püşkü atıldı
15:32 ÇL-də həftənin ən yaxşısı bəlli oldu
14:48 FİFA “Çelsi”yə transfer qadağası qoydu
14:25 Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu
14:09 “Fənərbaxça”ya qol vurdu, İranın tarixinə düşdü
13:44 Premyer Liqada 18-ci tur rəqəmlərin gözü ilə
13:05 “Qarabağ”ın təxirə salınmış oyununun vaxtı bilindi
12:53 Stuxlikin mühakiməsi: avstriyalı cərimələrdən xəbərsiz imiş
12:43 Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd
12:33 “Qarabağ”la “Qəbələ” sədrlikdən yenə imtina etdi
12:25 Aqolli: “Bu komandaya qayıtmaq üçün alışıb-yanmıram”
12:12 Riad Rəfiyev: "Öz səhvlərimizə görə uduzmuşuq"
11:55 Millimizin heyəti açıqlandı
11:42 Millimizin oyunlarının təqvimi açıqlandı
11:31 Klublar Komitəsində yeni sədr
11:23 Ceyms Adeniyi: “Qarabağ”a qol vurmaq şansım yox idi”
11:01 “İnter”dən 4 cavabsız qol - VİDEO
10:42 “Çelsi” də darmadağınla 1/8 finala yüksəldi - VİDEO
10:31 Fellaininin gedişində Mourinyonun rolu
10:17 “VAR-ın öhdəsindən gəldik”
10:00 “Napoli” inamlı qələbə ilə növbəti mərhələdə - VİDEO
09:51 Klublar Komitəsi sədr seçir