(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Vasili Saçko: “Bu emosiya “Qarabağ”la oyuna da bəs edər”

Vasili Saçko: “Bu emosiya “Qarabağ”la oyuna da bəs edər”

“Matçdan öncə uşaqlarla danışdıq ki, ilk dəqiqələrdən aqressiv oynamalı, erkən qol vurmağa çalışmalıyıq. Buna müvəffəq olduq. İlk hissədə çox yaxşı oynadıq, bütün tapşırıqlar yerinə yetirildi. Futbolçularımız oyuna çox ciddi yanaşdılar, ilk dəqiqələrdən yaxşı əhval-ruhiyyədə olduqları görünürdü. Komanda paltardəyişmə otağından enerjili çıxdı. Topa nəzarət etdik, çoxlu qol epizodları yaratdıq. Daha çox qol vura bilərdik”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri “Vorskla”nın baş məşqçisi Vasili Saçko Premyer Liqanın 12-ci turunda səfərdə “Lvov” üzərində 2:0 hesabı ilə qələbə qazandıqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib. Qələbəni şərh edən mütəxəssis Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”la keçirəcəkləri ev oyununa da toxunub:

"Fasilədə uşaqlardan tempi aşağı salmamağı xahiş etdik. Onlara söylədik ki, rəqibin qol fürsəti yaxalamasına imkan verməyək. Ancaq alınmadı, biz səhv buraxdıq, meydan sahibləri də bundan istifadə edib, bir neçə qol epizodu yaratdı. Qapıçı bizi xilas etdi, ona “sağ ol” deyirəm. Halbuki daha intizamlı oynaya bilərdik. Düşünürəm ki, bəzi futbolçularımız şüur altında özlərini “Qarabağ”la həftənin dördüncü günü keçiriləcək çətin oyuna hazırlayırdılar. Bu qələbəyə görə şadam və bütün azarkeşlərimizi, komanda üzvlərini təbrik edirəm. Nəticə qazanmaqla yanaşı, həmdə yaxşı oyun göstərdik”.

V. Saçko bu cür qələbələrdən sonra qarşıdakı oyunlara hazırlaşmağın daha asan olduğunu düşünür: “Bu emosiya “Qarabağ”la oyuna da bəs edər. Qələbə qazandıqdan sonra bərpa olmaq və qarşıdakı oyuna hazırlaşmaq daha asandır. İndi əsas işimiz futbolçuları qarşıdakı oyuna daha emosional hazırlamaqdır. Burada həkimlərimizin də üzərinə iş düşür”.

Qeyd edək ki, noyabrın 8-də Poltavada keçiriləcək “Vorskla” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq. Bu komandalar arasında Bakıda keçirilən matçda Ağdam klubu rəqibinə minimal hesabla uduzmuşdu.


 
tarix: 05-11-2018 09:15


 
Xəbər lenti
17.02.2019

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az