(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Emin Mahmudov: “Mən heç Azərbaycan çempionatına da baxmıram”

Emin Mahmudov: “Mən heç Azərbaycan çempionatına da baxmıram”

Futbol üzrə Azərbaycan milli komandasının və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Rusiyanın “sport-ekspress” nəşrinə müsahibə verib. 

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasını seçməsindən paytaxt klubuna gəlişinə kimi bir çox məqama toxunan təcrübəli futbolçu maraqlı fikirlər səsləndirib:

- Sizə böyük futbola vəsiqə verən “Saturn” sizinlə tam hesablaşa bilmədi?
- Bəli. Klub müflis olduğu üçün hamıya maaşlarda borclu qaldı. Əvəzedici heyətin oyunçusu olduğum üçün məndə bu məbləğ əsas komanda üzvləri ilə müqayisədə az idi. Bunu heç xatırlamıram da. Çünki “Saturn” mənə çox şey verib. Bu, xatırlanası məbləğ də deyil.

- Söhbət hansı məbləğdən gedir?
- Bu haqda danışmayaq. Məbləği açıqlamayacağam.

- “Saturn”dakı durumu nəzərə alıb, dərhal “Spartak” barədə xəyal edirdiniz?
- O vaxt klubun dağılacağını düşünmürdüm. Sonadək inanırdım ki, “Saturn” yaşayacaq. Hər şey rəsmiləşəndən sonra müxtəlif təkliflər aldım və “Spartak”ı seçdim.

- Üstündən xeyli müddət keçib. İndi digər təklifləri açıqlaya bilərsiniz?
- “Dinamo” və “Lokomotiv”. Premyer Liqanın bir neçə kiçik klubu da var idi.

- “Spartak”la dərhal razılaşdınız?
- Yox. Danışıqlar apardıq, bir neçə görüş oldu.

- Bir neçə klubda oynadıqdan sonra Portuqaliyaya keçidə qərar vermək üçün çox düşündünüz?
- Avropaya getmək istəyirdim. Üstəlik, Azərbaycan yığmasında çıxış etməklə bağlı danışıqlar gedirdi. Mən Rusiyada oynayıb legioner limitinə düşmək istəmirdim. Belə ağır olardı. Bu üzdən “Boavişta”ya keçdim. Özümü orda sınamaq istədim.

- Kiminləsə məsləhətləşdiniz?
- Xüsusi olaraq yox. Hara keçməklə bağlı qərarları əsasən özüm verirəm.

- Portuqaliyadan hansı təəssüratlarınız qaldı?
- Daha texnikalı futbol gözləyirdim. Amma daha çox mübarizə gördüm. Orda “tiki-taka” oynamırlar. Kiçik komandalar “vur-qabağa” prinsipinə üstünlük verir. Portuqaliyada klub tapmaq daha asandır. Orda maaşlar da Rusiyadan azdır. Ona görə də çempionatı çox sayda futbolçu tərk edir.

- Portuqaliyada oyun planında nəyə məyus oldunuz?
- Oynamaq üçün nə etməli olduğumu başa düşmürdüm. Bir oyunda meydana çıxdım. Uzun müddət şansımı gözlədim, qol vurdum, oyunun ən yaxşısı seçildim. Həmin görüşdə də qalib gəldik. Sonra üç matç oynamadım. Məşqçinin baxışları fərqli idi. Amma mənə oynamaq lazım idi. Başa düşdüm ki, orda iş futbolda deyil. Yəqin nə isə başqa şeylər var idi. Mən gedəndən bir neçə tur sonra məşqçini də çıxardılar.

- Peşman deyilsiniz?
- Yox. Şansımı çox gözlədim. Ondan istifadə etdim, amma yenə ehtiyatda qaldım. Bu üzdən getməyə qərar verdim.

- Belə çıxır ki, “Neftçi”yə keçmək üçün çox düşünmədiniz?
- Bəli, çox düşünmədim. “Neftçi” variantı çıxan kimi dərhal getdim və razılaşdım. Özü də mən gedəndə komandanın ağır dövrü idi. Kömək etmək istədim. Demək olar ki, mən komandaya, komanda da mənə kömək oldu.

- “Neftçi”də çoxdan oynamasanız da, artıq kapitan sarğısını daşıyırsınız...
- Ötən il kubokda da kapitan kimi meydana çıxmışdım. Mənə yaxşı yanaşıb, hörmət edirlər. Amma mən vitse-kapitanam. Bizim kapitan Ruslan Abışov zədələnib və ona görə çempionatın əvvəlindən kapitan sarğısı ilə meydana çıxıram. Fəxr edirəm ki, Azərbaycanın belə böyük komandasının kapitanı adını mənə etibar ediblər. Etimadı doğrultmağa çalışıram.

- Yayda Rusiyadan təkliflər almışdınız?
- Heç bir təklif gəlməyib. Yalnız birinci dəstədən olubsa, ona da heç baxmamışam. Çünki biz “Neftçi” ilə Avropa Liqasına hazırlaşırdıq. Mən çoxdan bu turnirdə oynamaq istəyirdim.

- Cari mövsümün 7 oyununda bütün karyeranız ərzində vurduğunuzdan çox – 3 qola sevinməyinizi nə ilə izah edərdiniz?
- “Spartak”da sırf dayaq yarımmüdafiəçisi kimi oynayırdım. İndi daha hücumameylli futbolçu kimi əsasən ön xətdə oynayıram. Bu mövsüm bir oyunda o qədər qol epizodum yarandı ki, bütün karyeram ərzində bu qədər olmamışdı. Hətta üç qol vura bilərdim. “Spartak”da heç bir qol epizodumun da olduğunu xatırlamıram. Yalnız oyunsonrası penaltilər seriyasında fərqlənmişdim.

- Rusiya çempionatını izləyirsinizmi?
- Xeyr, ümumilikdə baxmıram. İndi uşaqlar... Düzünü desəm, mən heç Azərbaycan çempionatına da baxmıram (gülür). Belə alınır ki, İngiltərə, İspaniya çempionatları və Çempionlar Liqasına baxıram. Əvvəllər isə bir oyun da buraxmazdım. Bir az da “Yuventus”u izləyirəm. Amma onlar İtaliyada hər şeyi asanlıqla əldə edir.

- Uzun müddət Rusiya və Azərbaycan millilərindən hansında çıxış etməyi müəyyənləşdirə bilmirdiniz. Seçiminizə nə səbəb oldu?
- Avropaya getməyə qərar verdim. Hələ buna qədər Azərbaycan yığmasında oynaya bilərdim. Amma limitə düşməmək üçün imtina edirdim. Razılaşa bilərdim. Amma Rusiyada oynamaq xeyli çətin olacaqdı. Buna görə də Avropaya gedən kimi təklifi qəbul etdim.

- Azərbaycan millisində Robert Prosineçkinin rəhbərliyi altında debüt etdiniz. Onunla çalışmaqdan hansı təəssüratlarımız qalıb?
- O, sanki bir az arxayın idi. Həmişə gərginlik olmadan çalışırdı. Bütün məşqlər yalnız futboldan ibarət idi. Nə isə spesifik bir şey olmurdu. Sadəcə, komanda oynayırdı.

- Yığmada vurulan ilk qol hansı hisslərə səbəb oldu?
- Yoxlama oyunu idi deyə, emosiyalar o qədər çox deyildi. Lakin əlbəttə ki, yığmada qol vurmaq çox xoşdur.

- Qarşıda Millətlər Liqasının iki oyunu var. Bu turnirə münasibətiniz necədir?
- Pis yanaşmıram. Azərbaycan kimi yığmalar üçün bu turnir Avropa çempionatına düşmək üçün şansdır. Bizə ağır olacaq. Kosovonun yaxşı yığması var. Şansımız var, hər iki oyunda qələbə qazanmalıyıq.

- Final mərhələsinin 4 matçının Bakıda keçirilməsi motivasiyanızı artırırmı?
- Bakı AÇ-2020-ni qəbul etməsəydi belə, yarışa düşmək istəyimiz olacaqdı (gülür).

- Şəhərin AÇ-2020-yə hazırlaşdığı hiss olunur?
- Yox, hiss olunmur. Bakı orada turnirin olub-olmamasına baxmayaraq daim tikilir. 10 il əvvəlki ilə müqayisədə bu tam başqa şəhərdir. (matç.az)


 
tarix: 05-11-2018 09:45


 
Xəbər lenti
22.02.2019

13:25   Avroliqada 1/8 finalın püşkü atılır - YENİLƏNİR

13:05   “Qarabağ”ın təxirə salınmış oyununun vaxtı bilindi

12:53   Stuxlikin mühakiməsi: avstriyalı cərimələrdən xəbərsiz imiş

12:43   Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

12:33   “Qarabağ”la “Qəbələ” sədrlikdən yenə imtina etdi

12:25   Aqolli: “Bu komandaya qayıtmaq üçün alışıb-yanmıram”

12:12   Riad Rəfiyev: "Öz səhvlərimizə görə uduzmuşuq"

11:55   Millimizin heyəti açıqlandı

11:42   Millimizin oyunlarının təqvimi açıqlandı

11:31   Klublar Komitəsində yeni sədr

11:23   Ceyms Adeniyi: “Qarabağ”a qol vurmaq şansım yox idi”

11:01   “İnter”dən 4 cavabsız qol - VİDEO

10:42   “Çelsi” də darmadağınla 1/8 finala yüksəldi - VİDEO

10:31   Fellaininin gedişində Mourinyonun rolu

10:17   “VAR-ın öhdəsindən gəldik”

10:00   “Napoli” inamlı qələbə ilə növbəti mərhələdə - VİDEO

09:51   Klublar Komitəsi sədr seçir

09:37   “Ayntraxt” “Şaxtyor”u 4 qolla keçdi - VİDEO

09:21   “Qalatasaray” səfərdən əliboş qayıtdı - VİDEO

09:12   “Arsenal” darmadağınla 1/8 finalda - VİDEO

09:00   “Keşlə”nin əvəzinə “Kəpəz”?

01:55   “Qalatasaray”la “Fənərbaxça”nı 1/8 finala buraxmadılar

00:17   “Zenit” “Fənərbaxça”nı 1/8 finala buraxmadı - VİDEO

21.02.2019

22:08  Ağatahir Əzimov: “Sanki dogma meydanda oynayan biz deyildik”

21:35  Millimiz Türkiyəyə biabırçı hesabla uduzdu

18:40  Nihat Kahveci də Bakıya gəlir

18:01  Millimiz İspaniya və Çexiya ilə eyni qrupda

17:48  PSJ Diarra ilə yollarını rəsmən ayırdı

17:25  PSJ türk futbolçuyla müqavilə imzaladı

17:03  MOİK 3 xalı 4, “Sumqayıt” 5 qolla qazandı

16:50  “Keşlə” transferlərə niyə pul tapmayıb?

16:36  Volkovi: “Bunu yaxşı nəticə saymıram”

16:25  Elşad Əhmədov: “5-10 oyunluq hücumçu gətirmək istəmirik”

16:12  Süleymanzadənin həyat yoldaşı vəfat edib

16:01  “Qarabağ”dan “Yuventus”a atmaca

15:54  Şeydayevin baş məşqçisi: “Güclü qolçu tapmaq çətindi”

15:33  Con Kamara: “Azərbaycan çempionatında hakimlər çox vərəqə göstərir”

15:15  Millimizin futbolçusu Çexiyada klub dəyişdi - RƏSMİ

14:58  Məşhur futbolçunun mənzili növbəti dəfə qarət olundu

14:26  Simeone üzr istədi: “Bu, ürəkdən gələn jest idi” - VİDEO

13:56  Dünya futbol ulduzları Bakıya gəlir

13:14  Birinci Divizion: 17-ci turun bütün oyunları eyni saatda

13:07  Premyer Liqada 19-cu turun oyun cədvəli

12:57  Milli komandada yeni baş məşqçi

12:31  “Atletiko” 13 oyundu evdə uduzmur - ÇL-də

12:00  17-ci turun ən yaxşısı “Keşlə”li oldu

11:48  Premyer Liqada 17-ci turun rəmzi komandası

11:30  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

10:22  “Qəbələ”nin “Keşlə” ilə 48-ci dueli

10:00  “Mançester Siti”dən çətin qələbə - VİDEO

09:41  “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO

09:20  “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00  Klublar Komitəsinin sədri kim olsun?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az