(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Rəqabətsiz çempionatda “Səbail” rəzaləti

Rəqabətsiz çempionatda “Səbail” rəzaləti

“Qəbələ” yenidən avrokubok zonasındadı. Ardıcıl 3 məğlubiyyətsiz oyun ilk “beşliy”ə düşmək üçün yetərli oldu. “Sabah”ın onsuz da qitə yarışlarına getməyə icazəsi olmadığını nəzərə alsaq, “qırmızı-qaralar” bir az rahat ola bilər.
 
“Sumqayıt”, “Keşlə”, “Zirə”nin indi ilk məqsədi məhz “Qəbələ”ni keçmək olacaq. Lakin bunun üçün sözügedən klublar daxili problemlərini həll etməli, autsayderlər qrupundan çıxmalıdılar. Necə ki, bunu “Qəbələ” bacardı.
 
Topaz Premyer Liqasında səviyyə çox aşağı düşüb. Avrokuboka 4 vəsiqə uğrunda cəmi 7 komanda mübarizə aparırsa, başqa sözə ehtiyac yoxdu. Və bu rəqabətsizliyin yekununda yenidən Avropada başıqapazlı olacağımız günlərə çox qalmayıb. 10-cu turun oyunlarını izlədikdən sonra bu barədə qənaətim beynimdə bir az daha möhkəmləndi.
 
Dünənki 2 matçdan birincisi daha maraqlı idi. Amma komandaların qeyri-sabitliyinin nəticəsidi ki, ilk yarıda “Qəbələ” “Sabah”dan aşkar üstün idisə, fasilədən sonra qonaqlar meydanda diqtə edən tərəfə çevrilmişdi. Birinci hissədə 2 erkən qol vuran meydan sahibləri rahatca böyük hesabı da təmin edə bilərdi, lakin bunu bacarmadılar.
 
Elşad Əhmədov start heyətindəki səhvini düzəldən kimi oyun da qaydasına düşdü. Bakılıların baş məşqçisi Vadim Abdullayevə güvənməklə orta sahəni rəqibə vermişdi. Bu oyunçu ötürmələrdə səhvlər edir, zonanı bağlamır, topalmada zəif idi. Fasilədə çalışdırıcının növbəti dəyişiklikləri isə ikinci hissədə göründü. Müdafiəyə oturmağa məcbur olan “Qəbələ” rəqibin təzyiqi qarşısında çətin vəziyyətə düşmüşdü, qonaqların bir az bəxti gətirsəydi, evə xalla da dönmək olardı.
 
Günün ikinci matçı isə 2 aktyorun tamaşası idi. “Zirə” futbolu ilə tamaşaçı zövqü oxşayır, “Səbail” vaxt öldürməsi ilə nifrət qazanırdı. Ümumiyyətlə, Samir Abasov komandanı oyun planında xeyli inkişaf etdirib. Heyət yetərsizliyi üzündən nəticə qazanmaq mümkün olmasa da, “qartallar” qələbə üçün hər şey etdi. Rəqib qapıçı və müdafiəçilər səhvsiz oynadı, bəzən isə meydan sahibləri şansdan şikayətlənməli oldu.
 
Bu komandaların ilk dövrədəki oyunu da heç-heçə bitmiş, sonradan protokol səhvinə görə “Zirə” texniki məğlubiyyət almışdı. Bunun da hirsi ilə irəli atılan “qartallar” 90 dəqiqə rəqibi topla döydü, dirəyin möhkəmliyini də yoxladı, ancaq hesabı açmaq mümkün olmadı.
 
Aftandil Hacıyevin oynatdığı futbol rəzalət idi. Saysız legionerlər heyətə doldurulub, amma onları komanda kimi formalaşdırmaq mümkün olmayıb. Onlar yalnız qazona yıxılıb “vaxt öldürməyi” ustalıqla bacarırdı. Maraqlıdı ki, kobud oynayan da, “zədə alan” da qonaqlar olurdu. Oyunun qolsuz bitməsi ilə xal qazanan “dənizçilər” belə oyunla avrokuboka getməsə, yaxşıdı. Yoxsa klub tariximizin ən faciəli nəticələrindən birinə şahid olacağıq. Autsayderlə belə oynayan komandanın qitədə nə işi var?
 
“Səbail” kimi komandalar 3-4 il öncəki rəqabətdə çempionatda heç bir xal toplaya bilməzdi. Bəzi futbolçuların fərdi bacarığını nəzərə almasaq, hücum planında “dənizçilər”in ifasında heç nə görmədik. Komanda halında müdafiə oluna bilirdilər, lakin bunun da səbəbi rəqibin heyət zəifliyi idi. Hacıyev məşqçi kimi hələ çox şey öyrənməlidi. Elə həmin Abasovdan...
 
AĞA

 
tarix: 05-11-2018 09:00


 
Xəbər lenti
24.04.2019

12:37   “Beşiktaş”ın futbolçusu üçün mövsüm bitdi

12:05   Panenka penaltisini boşa verən futbolçu qovuldu - VİDEO

11:29   “Barselona” oynamadan çempion ola bilər

11:06   Tiqrucanın final arzusu: “Qarabağ" və ya "Qəbələ" ilə oynamağın fərqi yoxdu”

10:40   “Mançester Siti”də ciddi itki: 2-3 həftə olmayacaq

10:11   Mühafizəçilərə görə - “Sumqayıt” cəzalanacaqmı?

09:51   Premyer Liqanın tarixinə keçən qol

09:30   Əsgərovdan Latviyada daha bir dubl və bombardirlik

09:00   Yurçeviç üçün həm ziyarət, həm “ticarət”

01:21   “Barselona”dan inamlı qələbə

00:53   “Tottenhem”ə 1 qol bəs etdi

00:38   Almaniya Kubokunda ilk finalçı bəlli oldu

23.04.2019

21:24  “Sumqayıt”la “Zirə”dən heç-heçə - VİDEO

20:55  “İnanıram və bilirəm ki, əzmkarlıq bizi finala çıxaracaq”

20:50  “Əvvəl də belə oynasaydıq, indi kuboku düşünmürdük”

20:22  “Zirə” ilə “Sumqayıt”dan ilk oyunda heç-heçə

19:50  Moskva “Lokomotiv”indən Azərbaycan millisinə

19:03  Qurban Qurbanov: “Qələbə qazanmağı çox istəsək də, alınmadı”

18:55  Sənan Qurbanov: “İkinci matçda daha yaxşı çıxış etməliyik”

18:42  Erkən finalın ilk pərdəsi: “Qarabağ” 2019-da ilk məğlubiyyətini aldı

18:38  “Qarabağ” “Qəbələ”yə belə uduzdu - VİDEO

18:26  “Neftçi”nin sabiq futbolçusu: “Mərhələni keçsəydik, 21 min dollar qazanacaqdıq”

18:19  Ramin Musayev möcüzə gözləyir

18:09  “Qarabağ” onu itirdi: Həm zədə, həm də cəza

17:53  “Qarabağ” “Qəbələ”dən məğlub qayıdır

16:54  Millidə seks qalmaqalı: Baş məşqçi qovuldu

16:18  Təxirə salınmış oyun üçün hakim təyinatları açıqlandı

15:59  “Kəpəz”in məşqçi və futbolçu heyətindən azarkeşlərlə görüş

15:34  Bundesliqa klubunda yeni baş məşqçi

15:00  “Bizi çempionluqdan cəmi 2 oyun ayırır”

14:26  Millimizin sabiq futbolçusu döyülməsindən danışdı

13:52  AFFA-dan “Keşlə”yə texniki məğlubiyyət

13:31  Bakı finalına doğru: Teleyayımla bağlı işgüzar səfər başlayıb

13:17  25-ci turun ən yaxşısı da “Qarabağ”lı oldu

13:08  “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada - FOTO

12:53  AFFA Divizion klublarını cəzalandırdı

12:37  Aftandil Hacıyevin əvəzinə rus məşqçi?

12:33  Tərlan Əhmədovun cəzası açıqlandı

12:27  Bakı finalına doğru: Kiber Çempionatın iştirakçıları bəlli oldu

12:16  Stuxlik “Neftçi” üzərində təcrübə aparır

11:58  “Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

11:24  Birinci Divizion: 24-cü turun bütün təyinatları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az