(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Gəncədə hakim biabırçılığı: öncə uşaq liqaları, sonra böyüklər

Gəncədə hakim biabırçılığı: öncə uşaq liqaları, sonra böyüklər

AFFA Region Liqasına səhlənkar yanaşmaqda davam edir. Bölgələrdə top oyununun inkişafı, təbliği, eyni zamanda kütləviliyə nail olmaq üçün düşünülən yarışa assosiasiya özü barmaqarası münasibət bəsləyir.
 
Futbolinfo.az xəbər verir ki, dünən Gəncədə Region Liqası çərçivəsində növbəti matç baş tutub və oyunətrafı olaylar AFFA-nın bu yarışa münasibətini ortaya qoyub. Futbolçulara, xüsusilə də hakimlərə robot gözüylə baxan təşkiltçılar kolxoz prinsiplərini tətbiq ediblər.
 
Şimal-Qərb regionunun “Qoşqar UGİM-2” – “Energetik” matçı təyin olunan vaxtdan yarım saat gec başlayıb. Səbəb hakimlərin oyuna gecikməsidi. Və onlar məsuliyyətsizlik üzündən deyil, iş başında olduqlarından komandaları meydanda gözlədib.
 
Əvvəla onu qeyd edək ki, matça mingəçevirli hakimlərin təyinatı gəncəlilərin narazılığına səbəb olub. Adətən hansısa rayonu təmsil edən briqadalar həmyerlilərinin matçına təyinat almır. Yalnız əksəri Bakıdan olan referilərdə bu hala göz yumulur, onların təyinatı zamanı da haralı olmaları nəzərə alınır. Lakin bu dəfə Mingəçevir klubunun səfər matçına elə mingəçevirlilər göndərilib.
 
Bu təyinat matçda da özünü göstərib. Qonaqların 2:1 hesabıyla qalib gəldiyi matçda bir neçə dəfə yanlış ofsayd qərarı verilib, eləcə də meydan sahiblərinin vurduğu qol sayılmayıb. Düzdü, “Energetik”in bir oyunçusu meydandan qovulub, amma istənilən halda əksər qərarlar meydan sahiblərinin narazılığına səbəb olub.
 
Ən böyük biabırçılıq hakimlərin oyuna gecikmə səbəbi ilə bağlıdı. Sən demə, mingəçevirli ədalət təmsililəri 1 saylı Uşaq Gənclər İdman Şahmat Məktəbinin meydanındakı oyundan xeyli öncə orada olub, amma...
 
...Amma fit sahibləri burada, məktəbin ərazisində baş tutan, AFFA-nın təşkil etdiyi uşaq liqalarının oyununu idarə edirmiş. Onlar bütün oyunları yola verdikdən, tur tam başa çatdıqdan sonra Region Liqası matçına yollanıblar. Halbuki böyüklərin oyununa kimi onlar istirahət etməli idilər. 90 dəqiqəlik matç öncəsi digər qarşılaşmaları idarə etmələri hakimlərin səhv qərarlarını şərtləndirməlidi. Yəqin ki, dolanışıq üzündən onlar daha çox qonorar almaq üçün bu təyinata razılaşıblar. Əks halda, gün ərzində bir neçə matçı yaxşı idarə etmək fiziki cəhətdən də mümkünsüzdü.
 
AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlikin vətəni Avstriyada, digər Avropa ölkələrində belə təcrübəsi olduğuna inanmırıq. Ya AFFA-da onun fikrini nəzərə almırlar, ya da o, burada dəlləklik öyrənmək istəyir. Həm uşaq, həm də böyüklərin oyununu, həm də eyni gündə idarə edən “universal” hakimlər yetişdirmək üçün gəlibsə, bu, Stuxlikdə alınacaq...
 
FƏRİD

 
tarix: 05-11-2018 11:44


 
Xəbər lenti
21.02.2019

10:22   “Qəbələ”nin “Keşlə” ilə 48-ci dueli

10:00   “Mançester Siti”dən çətin qələbə - VİDEO

09:41   “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO

09:20   “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00   Klublar Komitəsinin sədri kim olsun?

02:12   PSJ 3 xalı 5 qolla qazandı

01:57   MS “Şalke”yə qalib gəldi, “Yuventus” “Atletiko”ya uduzdu

20.02.2019

23:03  Avroliqada ilk 1/8 finalçı bəlli oldu

19:56  “Qarabağ” “Sabah” üçün hazırlığa başladı

18:33  Emil Balayevdən inamlı oyun - VİDEO

18:16  “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu

18:08  Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib

17:53  “Sumqayıt”ın üzrxahlığı

17:01  Klublar Komitəsinin iclasının vaxtı açıqlandı

16:41  “İkinci hissədə bir qədər arxayınlaşdıq”

16:11  “Kəpəz”ə gedən yol” təqdim olundu

15:55  Maluda rəsmən İsveçrə klubunda

15:16  Kumanın yeni iş yeri məlum oldu

14:48  “Yuventus”da ciddi itki

13:46  Messi İnyestaya çatdı

13:24  Lisenziyalaşdırma qrupu UEFA seminarında

13:09  Millimizin rəqibi üçün Trinidad Tobaqo

12:42  Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”

12:21  Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”

12:01  “Hələ də şansımız qalır”

11:54  Kovaç heç-heçədən məmnundu

11:47  “Rubin” Balayevə qol vura bilmədi

11:37  Valverde azarkeşlərdən dəstək gözləyir

11:29  Klopp nəticədən razı deyil

11:15  “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi

11:00  Millimiz Avropa çempionatının sonuncu səbətində

10:48  Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

10:43  Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı

10:32  Riberi 100-ə çatdı

10:26  Suares sonuncu dəfə 2015-də qol vurub

10:17  “Yuventus” hücumçusunu satdı

10:03  Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az