(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Fəhmin Muradbəyli: “Oyunumuz alınmasa da, uduzmadıq”

Fəhmin Muradbəyli: “Oyunumuz alınmasa da, uduzmadıq”

“Səbail”in yarımmüdafiəçisi Fəhmin Muradbəylinin futbolinfo.az saytına müsahibəsi:

- “Zirə” ilə 1:1-lik heç-heçədən razısız?
- Oyunun ağır keçəcəyini bilirdik. “Zirə” bizə qarşı oyuna çox yaxşı hazırlaşmışdı. Düzdü, matç istədiyimiz kimi keçmədi. Nəticəyə gəlincə isə oyunumuz alınmasa da, uduzmadıq. 

- Oyundan sonra baş məşqçiniz dedi ki, komanda 1 xal qazandı. Razısan?
- Baş məşqçimiz elə deyibsə, deməli, bir bildiyi var. 

- Komandanızın “Zirə”yə qarşı oyununu heç də yüksək qiymətləndirmək olmaz. Daha çox müdafiəyə diqqət edirdiniz...
- Ola bilər ki, bəzi oyunlar istədiyimiz kimi alınmasın. Vəziyyətdən asılı olaraq meydanda çıxış edirsən. Vəziyyət müdafiəni tələb edirsə, hamı çəkinmədən müdafiəyə kömək etməlidi. Komandamız üçün nə daha düzgündürsə, onu da yerinə yetirməliyik. 

- Ötən mövsümlə müqayisədə büdcə artıb, hədəflər nədi?
- Rəhbərlik hər il komandanın daha yaxşı oynaması üçün əlindən gələni edir. Bizim də hədəfimiz avrokuboklarda oynamaqdı. Bunun üçün də nə lazımdırsa, edəcəyik. 

- Çempionatın səviyyəsi düşdükcə mübarizə zəifləyir. Ümumiyyətlə, bu mənzərə futbolçuları üzmür?
- Məncə, elə ciddi fərq yoxdu. Ötən il də 8 komanda var idi, bu il də eynidi. 

- Son 2 oyunda qırmızı vərəqə almısınız. Bunlar nə dərəcədə komandaya təsir edəcək?
- Hər iki qırmızı vərəqə oyun epizodunda olub. Olmasasaydı, daha yaxşı olardı, amma daha o qırmızıları almışıq. 

- Qarşıda sizi mövsümün debütantı, amma çətin rəqiblərdən biri “Sabah”la oyun gözləyir. Qalib gəlmək mümkün olacaq?
- Çalışacağıq ki, qalib gələk. “Zirə” ilə matçı unudub bütün fikrimizi “Sabah”la qarşılaşmaya yönəltmişik. Düşünürəm ki, uda bilərik.

FƏRİD


 
tarix: 05-11-2018 16:39


 
Xəbər lenti
17.02.2019

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az