(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
Sergeyçuk Bakıda daha çox azarkeş gözləyirmiş

Sergeyçuk Bakıda daha çox azarkeş gözləyirmiş

UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Vorskla” evdə “Qarabağ”ı qəbul edəcək. Bakıdakı ilk oyunda Ağdam klubunu 1:0 hesabı ilə məğlub edən poltavalıların hücumçusu Mixail Sergeyçuk futbolinfo.az-a müsahibə verib. O, növbəti oyunda komandaların şanslarını dəyərləndirib və ilk matçdakı qalibiyyətdən danışıb.
 
- “Qarabağ”la evdəki oyuna hazırsız?
- Biz, bu matça ciddi şəkildə hazırlaşmışıq. Evdə oynayacağımız üçün məsuliyyətimiz daha da artır. Düşünürəm ki, bu cür qarşılaşmada doğma meydan amili, azarkeş dəstəyi bizə kömək olacaq. Növbəti qələbəyə köklənmişik və hazırıq.
 
- Bakıda hamı “Qarabağ”ın qələbəsini gözləsə də, siz qalib gəldiniz. Düşündüyünüz kimi 3 xal qazandınız, yoxsa Bakıda heç-heçə gözləyirdiniz?
- Bizim öz oyun planımız var. Daim buna uyğun davranmağa çalışırıq. Hansı ki, həmin plan bizim  nəticələrin səbəbidir. Bakıda da eyni cür oldu və biz qalib gəlik. Düşünürəm ki, ağıllı oynadıq və 3 xalla geri döndük.
 
- Ötən il Çempionlar Liqasında “Qarabağ”ı izləmişdinizmi? Əgər izləmişdinizsə, həmin komandaya “Vorskla” qalib gələ bilərdimi?
- “Qarabağ”ın ötənilki oyunlarını elə də diqqətlə izləyə bilməmişəm. Ona görə də dəqiq bir söz deyə bilməyəcəm.
 
- “Qarabağ” üzərindəki qəlbədən sonra qrupdan çıxmağa ümid edirsinizmi?
- Düzdür, bir qələbə ilə hər şeyi demək olmaz. Amma şanslarımız qalır. Biz də bu şanslardan istifadə etməyə çalışacağıq. Düşünürəm ki, əlimizdən gələni etsək, bacararıq. Əsas odur ki, qarşıdakı oyunda da Azərbaycan təmsilçisini məğlub edək.
 
- Azərbaycan təmsilçisinin Poltavada qalib gəlmək şansını nə qədər dəyərləndirərdiniz?
- Biz daha çox qələbəyə köklənmişik. Bakıdakı nəticəni təkrarlamaq niyyətimiz var. Amma yenə də kimin güclü olduğunu demək çətindir. Bunu oyun göstərəcək.
 
- Səncə, “Qarabağ” Bakıda gözlənilən oyunu göstərdi…
- “Qarabağ” Bakıda yaxşı oynadı. Hətta qol epizodları da var idi. Amma biz də pis oynamadıq. Düşünürəm ki, “Vorskla” öz futbolunu göstərib meydandan 3 xalla ayrıldı.
 
- Bakı Olimpiya Stadionu sizi məyus etmədi?
- Mən daha çox azarkeş gözləyirdim. Düşündüyüm o idi ki, stadion dolacaq. Qazona gəlincə, normal vəziyyətdə idi. Düşünürəm ki, Avropa Liqası finalına ev sahibliyi edə biləcək stadiondur.
 
AĞA

 
tarix: 06-11-2018 10:34


 
Xəbər lenti
25.03.2019
24.03.2019

23:24  “Sabah” yoxlama oyunundan heç-heçə ilə ayrıldı

23:12  “Əgər təkbətək epizodda qol vura bilmiriksə....”

21:16  AFFA xəbərimizi təsdiqlədi: Hacı-Məhərrəmov haqda niyə ölçü götürülmür?

21:07  Millimiz Litva ilə oyuna hazırdı - FOTOLAR

20:51  “Qarabağ” say düzəltdi, “Zirə” hamını sınadı

20:44  Tuxel Parisdə qaldı

20:10  Qurban Qurbanov milli haqda danışmadı

19:57  Yığmamız bu dəfə məğlub oldu

19:07  “Qarabağ” “Zirə”yə qalib gəldi

18:02  Litva yığmasının kapitanı: “Bizi Bakıda çətin oyun gözləyir”

17:51  “Azərbaycan yığması Zaqrebdə uduzsa da, əsl xarakter göstərdi”

17:40  Azərbaycan yığması ərəblərə də uduzdu

16:52  Nikola Yurçeviç: “Litva Xorvatiya deyil”

16:46  Ramil Şeydayev: “Hələ ki, təklif yoxdur”

15:11  Millimizin üzvləri pansionatı ziyarət etdilər - FOTOLAR

14:11  “Liverpul” - “Milan” matçında 5 qol - VİDEO

13:33  Debüt matçında qol vurdu, İtaliyanın tarixinə düşdü

12:30  13 il sonra gələn qələbə - VİDEO

12:00  İspaniya Norveçə belə qalib gəldi - VİDEO

11:32  “Qalatasaray”ın forvardı millidə zədələndi

11:00  İtaliyadan Finlandiyaya 2 cavabsız qol - VİDEO

10:30  “Alkorkon” İsrafilovun yoxluğunda məğlub oldu

10:00  Gürcüstan məğlubiyyətlə başladı - VİDEO

09:30  Dadaşovsuz darmadağın

09:00  Xorvatiya Macarıstana, Almaniya Hollandiyaya qarşı - YENİLƏNİR

01:41  İspaniyadan çətin, İtaliyadan inamlı qələbə

00:06  Rusiya və Rumıniya da Azərbaycanın aqibətini yaşadı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az