(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Topaz”: Çempionlar Liqasında pley-offa ilk vəsiqələr uğrunda

“Topaz”: Çempionlar Liqasında pley-offa ilk vəsiqələr uğrunda

Futbol üzrə Çempionlar Liqasında həlledici oyunlar başlayır. Qrup mərhələsinin 4-cü turu bəzi komandaların pley-off şansına aydınlıq gətirəcək. Bu səbəbdən axşam baş tutacaq 8 qarşılaşmanın maraqlı və gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir.

B qrupunda “Barselona” səfərdə “İnter”ə qalib gələrsə, qrup lideri kimi vaxtından əvvəl növbəti mərhələyə vəsiqəni təmin edəcək. Hərçənd bu, “Barsa” üçün heç də asan olmayacaq. İndiyədək “Cüzeppe Meatsa”ya Çempionlar Liqası turnirində 3 dəfə səfər edən katalonlar heç birində qələbə qazana bilməyib (2 heç-heçə, 1 məğlubiyyət). Umumiyyətlə, “Barsa”nın səfərdə “İnter” üzərində bir qələbəsi var ki, o da 60 il (!!!) əvvəl - artıq tarixin yaddaşına köçən “Yarmarkalar Kuboku”nda qeydə alınıb. İki həftə əvvəl “Nou Kamp”da keçirilən matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıb. Həmin oyunu Leonel Messisiz keçirən “Barsa”da bu dəfə vəziyyət nisbətən dəyişib. Argentinalı ulduz artıq məşqlərə başlayıb və onun start heyətində olmasa da, sonradan meydana çıxacağı gözlənilir. Vermalenin oynamayacağı isə dəqiqdir. Yaxın keçmişdə “İnter”in formasını geyinmiş Rafinya və Koutinyo bu dəfə “Cüzeppe Meatsa”da rəqib kimi meydana çıxacaq. B qrupunda vahid lideri müəyyənləşdirəcək bu oyuna Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan “Topaz”da həm canlı, həm “təkli” mərc edə bilərsiz. Əmsallar: “İnter”in qələbəsi 3.25, heç-heçə 3.15, “Barselona”nın qələbəsi 1.90.

İtaliyada keçiriləcək digər görüş - “Napoli” - PSJ matçı da gərgin mübarizə vəd edir. İki həftə əvvəl Parisdəki dueldə qeydə alınan 2:2-lik bərabərlik daha çox “Napoli”nin xeyrinə oldu. Hazırda neapollular 5 xalla C qrupunda 2-ci, PSJ isə 4 xalla 3-cüdür. Qrup lideri “Liverpul”un 6 xalı var. İngilislərin bu axşam Serbiyada “Srvena Zvezda”ya qalib gəlmək şansı yüksək olduğundan, “Napoli” - PSJ duelində uduzan tərəf qrup 2-cisi olmaq şansını xeyli azaldacaq. Tərəflərin hər ikisi son həftələrdə əla futbol göstərir. Fransa çempionu son 9 matçının 8-də qalib gəlib və yalnız əvvəldə qeyd etdiyimiz kimi, “Napoli” ilə “sülh bağlayıb”. Neapollular isə ardıcıl 6 oyundur uduzmur. İndiyədək 7 dəfə üz-üzə gələn bu komandaların hər birininin aktivində 3 qələbə var. Cəzasını başa vuran təcrübəli qapıçı Canluici Buffon ilk dəfə PSJ-nin heyətində bu axşam Çempionlar Liqası matçına çıxacaq. Özü də vətəni İtaliyada. Son 2 matçda oynamayan “qol maşını” Edinson Kavani də zədəsini sağaldaraq heyətə dönüb. “Topaz”da canlı və “təkli” mərc edə biləcəyiniz bu maraqlı qarşılaşmanın əmsalları belədir: “Napoli”nin qələbəsi 2.70, heç-heçə 3.50, PSJ-nin qələbəsi 2.25.

D qrupunda “Qalatasaray” “Şalke” səfərində azı 1 xal qazanmağa məcburdur. Əks halda, “cim-bom”un pley-offa yüksəlmək şansı minimuma enəcək. Tərəflərin İstanbuldakı duelinin qolsuz başa çatdığını xatırladaq. Əzəli rəqibi “Fənərbaxça” ilə 4 gün əvvəlki derbinin yorgunluğu bəlkə də bu axşam “Qalatasaray”ın oyununda özünü göstərəcək. Amma digər tərəfdən, “Şalke” də hazırda yaxşı günlər yaşamır. Helzenkirhenlilərin 4 əsas oyunçusu zədə səbəbindən bu axşam oynamayacaq. “Qalatasaray”da isə eyni vəziyyətdə olan 3 futbolçu var - Əmrə Akbaba, Naqotomo və Fernando. Eren Derdiyokun oynaması da sual altındadır. “Qalatasaray” 5 il əvvəl olduğu kimi yenə Helzenkirhendə qələbə qazanarsa, pley-offa doğru böyük bir addım atmış olacaq. Amma dünya bukmeker kontorları meydan sahiblərini bu dueldə aşkar favorit sayır. “Topaz”ın bu qarşılaşma üçün təklif etdiyi əmsallar: “Şalke”nin qələbəsi 1.45, heç-heçə 3.55, “Qalatasaray”ın qələbəsi 5.75.

Ümumiyyətlə, bu gün Çempionlar Liqası matçları da daxil “Topaz”da 67 oyuna mərc etmək imkanınız var. Bu görüşlərdən 32-si canlı mərcə açıq olacaq. ÇL-in 7 matçına isə “təkli” mərc edə bilərsiz. Çempionlar Liqası matçlarına “Topaz”la həyəcan qatın. 90 dəqiqəyə, canlı mərcdə isə hətta daha az müddətdə qazanmaq imkanı yalnız “Topaz”da verilir.


 
tarix: 06-11-2018 11:23


 
Xəbər lenti
26.04.2019

01:24   “Real” “Xetafe” səfərindən 1 xalla döndü

00:54   İtaliya kubokunda hər iki finalçı bəlli oldu

25.04.2019

23:06  “Qalatasaray” darmadağınla finalda

21:33  Ramil Şeydayev oynadı, komandası yenə uduzdu

19:33  Millimizin rəqibi yoxlama oyunu keçirəcək

19:00  “Bavariya” rekordunu yenilədi

18:24  “Mançester Siti” və Qvardioladan rekord

17:50  AFFA Gəncə şəhər stadionu ilə bağlı tender elan etdi

17:25  Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58  “Zirə”nin beş futbolçusu üçün ilk

16:21  40 il sonra gələn antirekord

15:43  “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26  İlk heç-heçə: 5-ci quru oyun

15:08  İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42  Şimşək çaxdı, oyun təxirə salındı

14:07  “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30  Premyer Liqada mövsümün rəmzi komandası

13:07  HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39  Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18  İki ildən sonra: Yenə yarımfinalda

12:01  “Sumqayıt” “20”-yə çatdı

11:54  Qvardiola tələsmir və… qadağa qoyur

11:45  Sulşer rəqibi tərifləyir

11:29  AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01  İtaliyada Bordinə şans vermədilər

10:30  Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03  Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54  Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47  Quluzadənin komandası 4 qola üzüldü

09:21  Paşayev oynadı, komandası qalib gəldi

09:00  “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25  “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az