(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
"Topaz": Turində "gecənin oyunu”, Moskvada liderlik “savaş”ı

"Topaz": Turində "gecənin oyunu”, Moskvada liderlik “savaş”ı

Bu axşam keçiriləcək 8 oyunla UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulacaq. Proqnoz həvəskarları Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da bu 8 matçın hər birinə canlı mərc edə bilər.

Bir qarşılaşma istisna olmaqla qalan 7 görüşə isə "təkli" mərc etmək də mümkündür. Ümumiyyətlə, "Topaz"ın bugünkü proqramında 78 oyuna yer verilib. 7 "təkli" oyunla yanaşı, 22 matç canlı mərcə çıxarılacaq. "Gecənin oyunu" statusuna uyğun gələn qarşılaşma isə təbii ki, "Yuventus" - "Mançester Yunayted" duelidir. 15 gün əvvəl Mançesterdə keçirilən oyunda "Yuve" 1:0 hesablı qələbə qazanmaqla H qrupunda liderliyi ələ keçirdi. Bu axşam da "qoca sinyora" qələbə qazanarsa, vaxtından əvvəl pley-offa vəsiqəni təmin edəcək. Bu, tərəflərin Çempionlar Liqasında 10-cu görüşü olacaq. Əvvəlki 9 matçın statistikasına görə, hər iki komandanın bərabər sayda qələbəsi var. Bir görüşdə isə heç-heçə qeydə alınıb. "Mançester Yunayted"in Turinə son iki səfəri möhtəşəm qələbələrlə yadda qalıb. 1999-da 3:2, 2003-cü ildə isə 3:0. Amma ser Aleks Ferqyussonun gedişindən sonra əvvəlki nüfuz və əzəmətini itirməyə başlayan "qırmızı şeytanlar" artıq "Yuventus" tiffozisi üçün qorxulu deyil. Əksinə, fantastik bir mövsüm keçirən "Yuve" (komanda mövsümün startından bu yana oynadığı 14 matçdan birində heç-heçə edib, qalanları isə udub) "Mançester Yunayted"lə ilk oyunda olduğu kimi, axşamkı dueldə də aşkar favorit sayılır. "Topaz"da "günün oyunu"na həm canlı, həm də "təkli" mərc edə bilərsiz. Əmsallar: "Yuventus"un qələbəsi 1.55, heç-heçə 3.65, "Mançester Yunayted"in qələbəsi 5.25. "Mançester Yunayted" Turində məğlub olarsa, "Valensiya" öz meydanında "Yanq Boyz"a qalib gəlməklə 2-ci sıranı ələ keçirə bilər. Digər oyunlardan 2 saat tez - saat 21:55-də başlanacaq "Valensiya" - "Yanq Boyz" görüşü üçün "Topaz"ın təklif etdiyi əmsallar belədir: "Valensiya"nın qələbəsi 1.40, heç-heçə 3.90, "Yanq Boyz"un qələbəsi 5.30.

Saat 21:55-də daha bir qarşılaşma da başlanacaq ki, azarkeşlərə gərgin mübarizə vəd edir. Söhbət Moskvada keçiriləcək ÇSKA - "Roma" oyunundan gedir. 3 oyundan 6 xal yığan romalılar "Real”ın da yer aldığı G qrupunun lideridir. 3-cü sıradakı ÇSKA-nın isə aktivində 4 xal var. Ruslar bu gün qələbə qazanarsa, azı 2-ci sıranı ələ keçirəcək, çünki digər matçda "Real”ın Çexiyada "Viktoriya”ya qalib gəlmək ehtimalı yüksəkdir. Həm ruslar, həm də "Roma" oyuna itkilərlə çıxacaq. ÇSKA-da uruqvaylı legioner Ernandes, həmçinin Kuçayev, Vasin və Makarov zədəlidir. "Roma"da isə eyni səbəbədən De Rossi, Perotti, Pelleqrini oynamayacaq. İki həftə əvvəl Romadakı dueldə meydan sahibləri 3:0 hesablı qələbə qazansa da, "Lujniki"də italyanları ağır oyun gözlədiyi şübhə doğurmur. Bir ay əvvəl bu meydanda "Real”ın ÇSKA-ya 0:1 hesabı ilə uduzduğunu da xatırlatmaq yerinə düşər. "Topaz"da matça bu əmsallarla mərc edə bilərsiz: ÇSKA-nın qələbəsi 3.50, heç-heçə 3.25, "Roma"nın qələbəsi 1.80.

Çempionlar Liqası həyəcanını "Topaz"la yaşayın, çünki burada həm də qazanmaq şansınız var.


 
tarix: 07-11-2018 11:20


 
Xəbər lenti
20.02.2019

02:51   Çempionlar Liqasında qolsuz gecə

19.02.2019

22:55  Millinin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”

22:19  Ramil Şeydayev üçün 77 dəqiqə

20:50  Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu

18:10  AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21  “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04  “Sportinq”də daha bir erkən vida

16:24  “Espanyol”dan La Liqada yeni rekord

15:57  Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19  İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55  Braziliya millisinin kapitanı “Barselona”da

14:34  Şeydayevsiz qələbə

13:51  AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32  Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03  Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57  İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36  Kapitan 220 gün sonra qayıdır

11:51  Stuxlikin tələbi VAR

11:45  Rauf 10 gündən sonra qayıdacaq

11:40  Dadaşovun oynamamasının səbəbi

11:02  Paşayev ermənilərə qarşı oynadı

10:51  Şeydayev yenidən Türkiyədə

10:39  1/4 final cütlükləri bilindi

10:31  Erat oynadı, komandası məğlub oldu

10:23  Vengerin favoriti

10:12  De Xeaya yeni təklif

10:01  AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47  Milli komandada yeni baş məşqçi

09:30  Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21  Nani rəsmən ABŞ klubunda

09:14  “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az