(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Şust: “Qarabağ”a qarşı açıq futbol oynamaq böyük səhv olar”

Şust: “Qarabağ”a qarşı açıq futbol oynamaq böyük səhv olar”

Avropa Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq Ukraynanın “Vorskla” klubunun qapıçısı Boqdan Şustun futbolinfo.az-a müsahibəsi:

- “Qarabağ”la növbəti oyuna hazırsız?
- Bizi çox çətin qarşılaşma gözləyir. Bakıda artıq üz-üzə gəlmişik. Təsəvvürümüz var ki, necə rəqibə qarşı oynayacağıq. Buna görə də rəqibin oyun üslubuna bələdik. Məşqçi heyəti bizə daha ətraflı başa salacaq ki, necə oynamaq lazımdı. Sabah həqiqətən maraqlı qarşılaşma olacaq. 

- Bakıdakı oyunda qalib gələcəyinizi gözləyirdiniz?
- Biz həmişə meydana maksimum nəticə üçün çıxırıq. “Qarabağ”la oyun da bu qarşılaşmalardan biri idi. “Qarabağ” elə rəqibdi ki, ona qarşı açıq futbol oynamaq olmaz. Biz müdafiədə daha inamlı oynayıb əks-hücumlarda qol vurmaq taktikasının seçdik. Düşünürəm ki, bu işimizə yaradı və bizə 3 xal qazandırdı. Azərbaycan təmsilçisinin gücü ortadadı və onlara qarşı belə oynamaq lazım idi. 

- Məsələn, “Qarabağ”ın hansı oyunlarına baxıb bu taktikanı seçmişdiniz?
- Ötən il Çempionlar Liqasında yaxşı təsir bağışlamışdılar. Bu il də təsnifatda və qrupda yaxşı oyun göstərə biliblər. Ümumiyyətlə, Avropada çox təcrübəsi olan komandalara qarşı oynamaq asan deyil. “Qarabağ” da bu rəqiblərdən biridi. Düzdür, ötənilki ilə müqayisədə heyət dəyişib. Amma yenə də komanda gücünü qoruyur. Bizim də bir çox suallarımız var. 

- Bakıdakı qələbə sizi qrupdan çıxmaq baxımından ümidləndirib?
- Bizim uğur qazanmaq istəyən böyük bir heyətimiz var. Bacardığımız qədər meydanda mübarizə aparmaq istəyirik. Lakin belə böyük turnirlərdə kifayət qədər təcrübəmizin olmaması ziyanımıza işləyən amildi. Amma əzmkarlığımıza güvənirəm. 

- “Qarabağ”la oyun sizin üçün bu baxımdan çox vacibdi?
- Poltavada şanslar 50-50-yə olacaq. “Qarabağ”la matç bizim üçün vacib olsa da, rəqibin təcrübəsi və gücü var. Azərbaycan klubu fərdi keyfiyyətli usta futbolçulardan qurulmuş kollektivdi. Belə komandalarla oyunda 100 faiz qalib gələcəyini demək mümkün deyil. Çalışacağıq ki, şanslarımızı artırmaq üçün 3 xalı əldə edək. 

- “Qarabağ” Bakıdakı oyunda tam gücünü ortaya qoya bildimi? 
- Onların oyun üslubunu əvvəlcədən bilirdik. Yəni matçları izləmişdik və bilirdik ki, Ağdam klubu topla daha çox davranacaq. Onlara uyğun davrandıq. Taktikamız tamamilə rəqibin oyununu zərərsizləşdirməyə hesablanmışdı və alındı. Baxımlı futbol üçün açıq oyun göstərsəydik, böyük səhv edərdik.

- Qələbənizi həm də rəqib qapıçı Vaqnerin hesabına yaza bilərsiniz...
- Heç bir qapıçı bu cür səhvlərdən sığortalanmayıb. Amma burada Avropa Liqası üçün düzəldilən topların keyfiyyətini də nəzərə almaq lazımdı. Qapıçılar üçün çox əlverişsiz toplardır. Ani olaraq öz trayektoriyasını dəyişə bilirlər. Bu da bizə çox çətin olur.

AĞA


 
tarix: 07-11-2018 12:07


 
Xəbər lenti
26.08.2019

11:18   Sabahkı “Qarabağ”, dünənki “Sabah”

10:33   Quliyevli “Spartak”dan çətin qələbə

10:11   Qeye məmnundu: “Komanda yoldaşlarıma inanıram”

10:00   Kamran Əliyev “Ximki”yə qələbə qazandırdı

09:50   “Neftçi” “Zirə”yə qarşı - YENİLƏNİR

09:30   Novruzov “Speranta”ya qarşı oynamadı

09:15   Milli üzvü ilə yeni müqavilə

09:00   Zubir “Genqam”dan danışmadı: “Burada özümü xoşbəxt hiss edirəm”

01:32   “Qalatasaray” xal itirdi

01:22   “Barselona” ilk qələbəsini darmadağınla qazandı

01:11   PSJ-dən darmadağın

00:58   “Milan”dan ilk oyunda məğlubiyyət

00:05   “Qarabağ” - “Qəbələ” 3:0 - VİDEO

25.08.2019

23:51  Sənan Qurbanov: “Getmək mənim üçün problem deyil”

23:34  Qurban Qurbanov: “Yeni yarımmüdafiəçi axtarışındayıq”

23:10  “Volfsburq”dan darmadağın

22:53  “Qarabağ”dan darmadağın, “Keşlə”dən qələbə

22:29  “Mançester Siti” qalib gəldi, “Tottenhem” uduzdu

22:07  “Keşlə”yə 1 qol bəs etdi - VİDEO

21:59  Elşad Əhmədov: “Bu səhvləri təkrarlamamalıyıq”

21:57  Tərlan Əhmədov: “Onun bilərəkdən vərəqə aldığını düşünmürəm”

19:53  Turabov Super Liqada debüt etdi

19:19  “Volfsburq”un forvardı Super Liqa klubunda

18:35  Millimizin üzvü darmadağını kənardan izlədi

17:47  Premyer Liqada rekord təkrarlandı

17:37  Tanınmış futbolçu karyerasını başa vurdu

16:56  Argentinalı hücumçu Super Liqa klubunda

16:24  “Fənərbaxça” Reyeslə vidalaşdı, Ramini alır - RƏSMİ

15:38  Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə

14:31  İkardinin yeni forma nömrəsi bilindi

13:54  Qana millisinin üzvü Super Liqa klubunda

13:21  “Fənərbaxça” 6 mövsüm sonra

13:05  Dadaşov debüt etdi, yeni komandası ilk xalını qazandı

12:10  “Qarabağ”ın 200 minlik təklifini qəbul etmədilər

11:53  “Qarabağ” bizim qanımızı içmək istəyəcək”

11:30  Əsgərov ehtiyatda qaldı, “Liepaya” uduzdu

10:44  "Neftçi"nin məşqçisi təltif olundu

10:32  Mamadu Mbodj: “Yenilik olsa, biləcəksiz”

10:25  “Sabah”la “Keşlə”nin 5-ci dueli

10:08  “Qəbələ”nin “Qarabağ”la 54-cü qarşılaşması

09:43  Paşayev ehtiyatda qaldı, komandası darmadağına üzüldü

09:21  Əhmədov oyunu gözləyir: “Daha istəkli olmalıyıq”

09:12  “Beşiktaş” Kuaresmanı transferə çıxardı - RƏSMİ

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az