(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
Stuxlikin təyinat hoqqası

Stuxlikin təyinat hoqqası

Fritz Stuxlik Azərbaycan hakimliyinin başında dəlləklik öyrənir. AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yeni sədri qəribə təyinatı ilə gündəmə gəlib.
 
Futbolinfo.az xəbər verir ki, 11-ci turun “Sumqayıt” – “Keşlə” matçınn 4-cü hakimi Akif Əmrəlinin təyinatı xeyli müəmmalıdı. Ötən tur “Qarabağ” – “Sumqayıt” matçında bayraq qaldırmış bu şəxs yan xətt hakimidi. Və onun 4-cü hakim təyin olunması Əsasnamə pozuntusudu.
 
4-cülər həmişə mərkəz hakimlərindən təyin olunur. Ehtiyat hakim kimi tanınan bu referilər baş hakimin səhhətində problem yarandığı və ya zədələndiyi zamanlarda onları əvəz etməlidi. İndiki halda “Sumqayıt” – “Keşlə” matçında Əliyar Ağayevin başına bir iş gələrsə, onu məhz Akif əvəz etməlidi. O isə yan xətt hakimi olduğundan həmkarını əvəzləməsi mümkün olmayacaq.
 
Stuxlikin bu qərarı niyə verdiyi anlaşılmazdı. Onu tapıb fikir öyrənmək mümkünsüzdü, komitə formalaşmadığından, başqa kiminləsə də danışmaq olmur. Yalnız Əliyar Ağayevə əlimiz çatır, lakin onu da narahat etməyi məsləhət bilmirik. Sözügedən matçda baş hakim olacaq FIFA referisi ümumiyyətlə, təyinatlara qarışmamalıdı, lakin bildiyimizə görə, bu işdə əsas söz sahibidi.
 
Təbii ki, əsas günahkar Stuxlikdi. Hakimliyimizin səviyyəsini qaldırmaq üçün gələn avstriyalı belə hoqqalarla məşğuldu. Əsasnaməni də vecinə almayan sədr eksperiment aparır. AFFA rəhbərliyinin bu məqama kor qalmayacağına ümid edirik.

 
tarix: 07-11-2018 16:06


 
Xəbər lenti
24.03.2019

01:41   İspaniyadan çətin, İtaliyadan inamlı qələbə

00:06   Rusiya və Rumıniya da Azərbaycanın aqibətini yaşadı

23.03.2019

22:34  “Qəbələ” Bakıda hazırlıq keçir

20:55  “Keşlə”: 3 legioner və kapitansız

20:19  Lionel Messi zədələndi

19:18  İngiltərə millisində daha bir itki

18:45  Panuççi qovuldu

17:41  Yığmamızdan Essyenli “Səbail”lə heç-heçə

17:22  “Şansımızı itirdiyimizə görə çox məyusuq”

17:00  Messili Argentina Venesuela ilə bacarmadı - VİDEO

16:55  “Keşlə”dən divizion klubuna 3 qol

16:30  İngiltərə klubunun 9 xalı silindi

15:29  Portuqaliya - Ukrayna matçında heç-heçə - VİDEO

14:53  Millimiz İrlandiyaya məğlub oldu

14:39  Litva yığması Bakı səfəri öncəsi belə məğlub oldu - VİDEO

14:20  Azərbaycan yığmasını UEFA sanksiyası gözləyir

14:00  Könül Mehtiyeva AÇ-nin oyununa təyinat aldı

13:32  İngiltərə yığmasından 5 cavabsız qol - VİDEO

13:00  Argentina Venesuelaya, Çili Meksikaya uduzdu

12:28  Türkiyə inamlı qələbə ilə başladı - VİDEO

11:21  “Səbail”in futbolçusu Fransaya qarşı 45 dəqiqə oynadı - VİDEO

10:25  “Qarabağ”ın futbolçusu üçün 21 dəqiqə və 1 xal - VİDEO

09:24  Halldorsson Andorraya qarşı 90 dəqiqə oynadı - VİDEO

09:00  Məğlubiyyət psixologiyası təbliğ edilməz

01:50  Fransa və İngiltərədən darmadağın, Türkiyədən inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az