(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Vasili Saçko: “Əsas məsələ nəticədi”

Vasili Saçko: “Əsas məsələ nəticədi”

“Sabah ağır oyun olacaq. Çətin komandaya qarşı oynayacağıq. Bu günü çoxdan gözləyirdik”.  

Futbolinfo.az xəbər verir ki, bunu Ukraynanın "Vorskla" klubunun baş məşqçisi Vasili Saçko Poltavada "Qarabağ"la keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin V tur matçından əvvəl mətbuat konfransında deyib. 43 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- İlk oyunda müdafiədən çıxış etmişdiniz. Sabah da belə, yoxsa fərqli olacaq?
- Necə lazım olduğunu hesab ediriksə, elə də çıxış edəcəyik. Özümüzə görə taktikamız, oyun sistemimiz var. "Qarabağ"ın yaxşı oyunçu seçimi var. Müxtəlif yığmalarda çıxış edən futbolçulara malikdir. Azarkeşlər bizim 12-ci oyunçumuz olacaq. Yaxşı oyun sərgiləməyə çalışacağıq. Əsas məsələ isə nəticədir. 
 
- Bukmeyker kontorları "Vorkskla"nın qələbəsini gözləyir. Buna münasibətiniz necədir?
- Məni bukmeykerlər maraqlandırmır. Bu barədə çoxlu söz-söhbətlər var. Yenə təkrar edirəm: "Qarabağ" çox güclü komandadır. Əsas məqsədimiz qələbədir. 
 
- Sabahkı görüşdə kimlərə güvənəcəksiniz?
- Zədəsi olan futbolçulardan başqa hamısına inanırıq. Kimi uyğun bilsək, meydana buraxacağıq. 
 
- Azərbaycana qələbə dalınca getdiyinizi demişdiniz. Bəs bu dəfə hədəf necə olacaq?
- Birinci ildir işləmirəm. Hər zaman hər şey istədiyimiz kimi olmur. Öz uğurlarımla fəxr edə bilmərəm. Amma pis əsgər odur ki, general olmaq istəmir. Müsbət nəticə üçün çalışacağıq. Əvvəla evdə oynayırıq, digər tərəfdən, azarkeşlərimiz qarşısında çıxış edəcəyik. Rəqibin baş məşqçisi həm də milliyə rəhbərlik edir, ambisiyalıdır. Bu futboldur, hər şey mümkündür. İlk oyunda hansısa mənada bəxtimiz gətirdi. Rəqibin daha çox şansı var idi. Əlbəttə, bu dəfə biz gözəl futbol oynamaq istəyirik. Amma öz imkanlarımız daxilində, əlimizdən gələni ortaya qoyacağıq. 
 
- Vaxtilə "Qarabağ"la eyni qrupda çıxış etmiş Ukraynanın digər təmsilçisi "Dnepr" də Avropa Liqasında finaladək irəliləmişdi...
- O oyunları xatırlayıram. Bəli, bu gün bizim çempionatda "Dnepr", "Metallist" kimi komandalar çatışmır. Çoxdandır "Qarabağ"ın oyunlarını izləyir, araşdırıram. Hazırda Azərbaycanda futbol irəliləyişdədir. Bunu klublarınızın nailiyyətləri də göstərir. Bizim isə Avropa Liqasını qazanmaq kimi hədəfimiz yoxdur. Amma sabahkı oyundan sonra hər şey öz yerini tutacaq. 
 
- Futbolçuların hamısı formadadır?
- Bütün sağlam futbolçular bizimlə bərabər çalışır. Zədəlilər isə fərdi qaydada çalışırlar. Bizdə oyun intizamı və balanslaşdırılmış komanda var. Məqsədimiz bütün görüşlərdən qələbə ilə ayrılmaqdır. Bu gün futbolçularımdan razıyam. Hər bir qələbə təcrübə qazandırır. "Arsenal"la oyundan sonra anladıq ki, istənilən komandaya qarşı oynaya bilərik. Biz öz büdcəmizə uyğun işimizi qururuq. İstəyirik ki, daha güclü komandalarla özümüzü göstərək. (Sportnet)


 
tarix: 07-11-2018 19:36


 
Xəbər lenti
20.08.2019

13:15   “Arsenal”dan Bundesliqa klubuna – RƏSMİ

12:51   “Barselona”da itki – 4-5 həftə olmayacaq

12:30   “Səbail”in yubiley qələbəsi

12:19   Əliyev də legionerə ehtiyac duyur: “Futbolçu yetişdirmək heç kimə maraqlı deyil”

12:00   Emil Balayevdən yeni “quru seriya”

11:41   Dabonun xanımından incik mesaj: “Şansı başqalarına buraxaq”

11:31   İlqar Qurbanov rəsmən “Sumqayıt”da

11:23   Millimizin heyəti açıqlandı

11:12   Radikal qərar zamanı

11:01   Mahir üçün seçim anı

10:51   Giqqzin qayğısı, Kuperin təklifi

10:41   Bordinlə Petrovun bağışlanmaz səhvi

10:34   “Fənərbaxça”nın futbolçusu rəsmən Almaniya klubunda

10:22   Deviç yenidən "Vozdovaç"da

10:14   Sarridə xəstəlik aşkarlandı - “Yuventus” açıqladı

10:00   Ehtiyatlanan "Sabah", ruhsuz "Neftçi"

09:45   Mustivar qələbə sözü vermədi: “Səbəbi sizə deyə bilmərəm”

09:30   “Beşiktaş”ın müdafiəçisi millimizlə oyunu buraxa bilər

09:22   Petrov azarkeşləri qınadı: "Kimisə istefaya səsləmək ağılsızlıqdı"

09:11   Quliyevli “Spartak” derbidən qalib ayrıldı

09:00   Eksteyn ölkəmizə gəlməyə qorxurmuş: “Ndlovu təriflədi, gəldim”

01:01   “Mançester Yunayted” də xal itirdi

19.08.2019

23:24  “Fənərbaxça” 3 xalı 5 qolla qazandı

23:03  Mövsümün ilk heç-heçəsi - VİDEO

22:50  Roberto Bordin: “Onlar əsl “Neftçi” azarkeşləri deyildi”

22:14  Elşad Əhmədov: “Avropa Liqasına vəsiqə qazanmaq istəyirik”

21:56  “Sabah”la “Neftçi” heç-heçə ilə başladı

21:36  Daliç: “Onların Azərbaycanla matçda ümidləri doğruldacaqlarını gözləyirəm”

21:03  “Forza Neftçi” istefa şüarlarına dəstək vermədi

19:34  Susan, gözdən salınan Orxan Məmmədov

19:30  Birinci Divizionda ilk turun hakim təyinatları

19:12  FİFA ilin ən yaxşı qoluna namizədləri açıqladı

18:48  “Qarabağ”la oyunun çəkisi daha yüksəkdi”

18:10  Soldado La Liqanın tarixinə düşdü

17:37  PSJ 55 illik rekordu təkrarladı

17:08  “Çelsi”nin sabiq futbolçusu karyerasını başa vurdu

16:40  PSJ belə uduzdu - VİDEO

16:04  Premyer Liqada kuryoz hadisə: Hakim tıxaca düşdü, əvəzində…

15:41  Startda 5 debüt

15:24  Xorvatiyanın Azərbaycanla oyun üçün heyəti açıqlandı

15:03  UEFA Bakıya 70 nəfərlik nümayəndə göndərdi

14:44  “Real”ın sabiq üzvü istefaya göndərildi

14:14  “Neftçi” - “Sabah” matçı 1 manata

13:57  “Qəbələ”dən “Sumqayıt”a

13:14  Əsgərova 73 dəqiqə bəs etmədi

12:56  “Bavariya” Koutinyonu təqdim etdi – RƏSMİ

12:33  Dadaşovun komandası yenə uduzdu

12:19  Messi sağaldı

11:55  “Sabah”ın yeni mövsüm üçün formaları - VİDEO

11:40  Millimizin meneceri Avroliqa matçına təyinat aldı

11:29  “Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

10:39  Balotelli nəhs rəqəmə görə təqdim edilmir

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az