(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Qurban Qurbanov: “Bura yaxşı oyun və nəticə üçün gəlmişik”

Qurban Qurbanov: “Bura yaxşı oyun və nəticə üçün gəlmişik”

“Sabah bizi çətin və vacib oyun gözləyir. Dördüncü oyunda yaxşı nəticəni yaxşı oyunla əldə etmək istərdik. Bu, çətin olacaq. "Vorskla" öz meydanında aqressiv çıxış edir. Ötən müddətdə futbolçuları matça hazırlamışıq. Sabah onların yaxşı mübarizə aparacaqlarını və diqqətli olacaqlarını gözləyirik. Ola bilər ki, matçın gedişində dəyişikliklər olsun. Buna hazır olmalıyıq".

Futbolinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Poltavada Ukrayna "Vorskla"sı ilə keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin IV tur matçından əvvəl mətbuat konfransında deyib. Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Zədəlilərin vəziyyəti necədir?
- Yalnız Ansi Aqolli meydanda olmayacaq. Maksim Medvedev və Donald Gerrye tam hazır olmasalar da, oynamaq ehtimalı var.

- Bu matça revanş kimi yanaşmaq olarmı?
- Buna revanş deməzdir. Dördüncü oyunumuzdur, xalımız yoxdur. Digər rəqiblərə qarşı da belə istəklə çıxacaqdıq. İndiyədək göstərdiyimiz oyun nəticə üçün kifayət etməyib. Sabah bizim üçün çox vacib olacaq. Bu, dördüncü oyunumuzdur. Elə rəqib üçün də bu, belə olacaq. Qalib gələcəkləri halda, bu, "Vorskla" üçün mərhələ adlamaq baxımından böyük şans olacaq.

- "Vorskla" yenə münasib rəqib kimi qalır?
- Bəli, bu komandaya qarşı daha yaxşı oyun sərgiləmək olar. Amma belə rəqibləri nə üstün, nə də aşağı sayıram. Onlar bizdən daha üstün olan Ukrayna çempionatında oynayırlar. Biz neçə illərdir avrokubok təcrübəsi toplayırıq. Daha güclü çempionatlardan olan, ustalıq səviyyələri yüksək komandaları qarşı çıxış etmişik. Bakıdakı görüşdə heç də rəqibdən geri qalmamışdıq. Ola bilər ki, rəqib öz meydanında daha aktiv, aqressiv oynasın. Bura yaxşı oyun və nəticə üçün gəlmişik. İstənilən rəqibə qarşı belə istəklə çıxacaqdıq. Lakin rəqibə hörmətlə yanaşırıq. "Vorskla"nın öz oyun üslubu var. Çalışacağıq ki, hər birinizi sevindirək.

- "Arsenal"la oyunda daha çox şans əldə etsəniz də, "Vorksla" ilə qarşılaşmada bunu görmədik. Bu, motivasiyanın fərqli olması ilə əlaqədar idi, yoxsa rəqib buna imkan vermədi?
- "Arsenal"la oyunda doğrudan da fərqli görünürdük. Amma deməzdim ki, "Vorskla" ilə qarşılaşmada motivasiyamız az idi. Rəqib yaxşı müdafiə olunurdu. Sadəcə, ustalıq səviyyəsi aşağı oldu ki, imkanlardan yararlana bilmədik. "Arsenal" daha açıq futbol oynayırdı, buna görə hücumlar qura bilirdik. "Vorskla" isə buna şərait yaratmadı, tez qapandı. Digər tərəfdən, üzərimizdə psixoloji basqı var. Azərbaycanın yeganə təmsilçisiyik. Futbolçularda psixoloji yorğunluq olur. Həddən artıq istəkli olduqda, düşündüyünü həyata keçirməkdə çətinlik çəkirsən. Ola bilsin, yenə belə fikirləşiblər. Bu da bizə son nöqtəni qoymaqda mane oldu. Oyunu analiz etmişik. Düşündüyümüz alınsa, ola bilər ki, sabah ilk qarşılaşma ilə müqayisədə tam əksi olsun.

- İlk oyunla müqayisədə dəyişiklik ediləcək?
- Dəyişiklik olacaq. Bu, yaxşı nəticə üçün ediləcək (Report).


 
tarix: 07-11-2018 22:09


 
Xəbər lenti
26.08.2019

11:18   Sabahkı “Qarabağ”, dünənki “Sabah”

10:33   Quliyevli “Spartak”dan çətin qələbə

10:11   Qeye məmnundu: “Komanda yoldaşlarıma inanıram”

10:00   Kamran Əliyev “Ximki”yə qələbə qazandırdı

09:50   “Neftçi” “Zirə”yə qarşı - YENİLƏNİR

09:30   Novruzov “Speranta”ya qarşı oynamadı

09:15   Milli üzvü ilə yeni müqavilə

09:00   Zubir “Genqam”dan danışmadı: “Burada özümü xoşbəxt hiss edirəm”

01:32   “Qalatasaray” xal itirdi

01:22   “Barselona” ilk qələbəsini darmadağınla qazandı

01:11   PSJ-dən darmadağın

00:58   “Milan”dan ilk oyunda məğlubiyyət

00:05   “Qarabağ” - “Qəbələ” 3:0 - VİDEO

25.08.2019

23:51  Sənan Qurbanov: “Getmək mənim üçün problem deyil”

23:34  Qurban Qurbanov: “Yeni yarımmüdafiəçi axtarışındayıq”

23:10  “Volfsburq”dan darmadağın

22:53  “Qarabağ”dan darmadağın, “Keşlə”dən qələbə

22:29  “Mançester Siti” qalib gəldi, “Tottenhem” uduzdu

22:07  “Keşlə”yə 1 qol bəs etdi - VİDEO

21:59  Elşad Əhmədov: “Bu səhvləri təkrarlamamalıyıq”

21:57  Tərlan Əhmədov: “Onun bilərəkdən vərəqə aldığını düşünmürəm”

19:53  Turabov Super Liqada debüt etdi

19:19  “Volfsburq”un forvardı Super Liqa klubunda

18:35  Millimizin üzvü darmadağını kənardan izlədi

17:47  Premyer Liqada rekord təkrarlandı

17:37  Tanınmış futbolçu karyerasını başa vurdu

16:56  Argentinalı hücumçu Super Liqa klubunda

16:24  “Fənərbaxça” Reyeslə vidalaşdı, Ramini alır - RƏSMİ

15:38  Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə

14:31  İkardinin yeni forma nömrəsi bilindi

13:54  Qana millisinin üzvü Super Liqa klubunda

13:21  “Fənərbaxça” 6 mövsüm sonra

13:05  Dadaşov debüt etdi, yeni komandası ilk xalını qazandı

12:10  “Qarabağ”ın 200 minlik təklifini qəbul etmədilər

11:53  “Qarabağ” bizim qanımızı içmək istəyəcək”

11:30  Əsgərov ehtiyatda qaldı, “Liepaya” uduzdu

10:44  "Neftçi"nin məşqçisi təltif olundu

10:32  Mamadu Mbodj: “Yenilik olsa, biləcəksiz”

10:25  “Sabah”la “Keşlə”nin 5-ci dueli

10:08  “Qəbələ”nin “Qarabağ”la 54-cü qarşılaşması

09:43  Paşayev ehtiyatda qaldı, komandası darmadağına üzüldü

09:21  Əhmədov oyunu gözləyir: “Daha istəkli olmalıyıq”

09:12  “Beşiktaş” Kuaresmanı transferə çıxardı - RƏSMİ

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az