(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Danışan şəkillər, danışmayan Məmmədov

Danışan şəkillər, danışmayan Məmmədov

Ölkə turlarını bəyənmir, onun işi sərhədlərimiz xaricindədi. 2 gün iş, 3 gün şəxsi maraqları, biznes fəaliyyəti üçün gəzir, dolaşır.
 
Elxan Məmmədov son bir ayı ancaq fotosessiyalara həsr edib. Hər pozada fotosu var, özünü işgüzar imicdə göstərir, hətta futboldankənar tədbirlərin də mərkəzindədi. Hətta qırağında olanda da təbliğatını elə qurub ki, baş rolda görsənir. AFFA-nın rəsmi saytını sosial şəbəkə hesabına çevirib. Qurumun dügər rəhbərləri ilə bağlı ildə 2-3 dəfə şəkli, xəbər görürüksə, baş katib hər həftə reklam olunur.
 
Olsun, Türkiyədə də iş görmək lazımdı, İsveçrədə də, İngiltərədə də. Amma hərdən Qəbələyə də baş çəkmək lazımdı. Futbol təsərrüfatının faktiki rəhbəridisə, Elxan Məmmədov bu sahənin bölgələrdəki tək dayağı olan klubun yanında olmalıdı. Problem içində olan uşaq futbolumuzun xarabalıqları içində tək çiçək kimi boy atan klub akademiyasının komandası Çempionlar Liqasında oynayırsa, baş katib orada görünməlidi.
 
“Qəbələ” – “Herta” matçında kim var idi? Müxtəlif yaş qrupundan olan millilərin baş məşqilərindən başqa heç kim. AFFA-dan kimsə özünə əziyyət verib bölgəyə getməmişdi. Nə Məmmədov, nə vitse-prezidentlər, nə komitə rəhbərləri. Halbuki uşaq futboluna cavabdeh olan Rauf Əliyevin orada olmaq boynunun borcu idi. Millilərin səfər oyununa getdiyi kimi. Yoxsa xarici səfərlərə getmək qazanclı, Qəbələyə yollanmaq əziyyətlidi? Ay sizi dovşan yesin...
 
Ümumiyyətlə, Elxan Məmmədov son vaxtlar görünür, amma danışmır. Ən problemli dövrdü, ona görə. Gözləyir narazılar, məsuliyyət daşıyanlar bir-birini qırsın və sonda o, müharibə meydanına qalib kimi daxil olsun. Vaxt qazanır, seyr edir, varlığını fotosessiyalarla göstərir.
 
Ancaq Məmmədov bu həftə futbolla bağlı önəmli bir tədbirdə mütləq görünməliydi. Milli komandaların ofisinin açılışında baş katib yox idi. Millinin baş məşqçisi Qurban Qurbanov köməkçiləri ilə məşvərətə onu buraxmamışdı. Bəlkə də münasibətlər elə səviyyədədi ki, katib özü də bu təşəbbüsdə olmamışdı.
 
Həftə içində 2 vacib tədbir olub və Məmmədov birbaşa işi omasına baxmayaraq, heç birində görünməyib. Ona xarici səfərlər, şəxsi təbliğatı lazımdı. İzləyirik, hesabatların veriləcəyi ilsonunu gözləyirik...

 
tarix: 08-11-2018 12:18


 
Xəbər lenti
17.11.2018

23:36   Qurban Qurbanov: “Kamran və Pavelin zədələnməsi planlarımızı pozdu”

23:25   Lars Olsen: “Azərbaycan layiqli qələbə qazandı”

23:05   Millimizdə iki ciddi itki

22:52   Millimiz inamlı qələbə qazansa da, ikinci pillədə qaldı

20:48   “Son matç bizim üçün finala bərabər olacaq”

18:53   Millimiz Gürcüstana qalib gəldi

17:05   Kosovo - Azərbaycan matçı fransız hakimlərə tapşırıldı

16:19   “Sabah” Divizionun liderinə 4 cavabsız qol vurdu

15:21   Məmmədov, hədəf göstərməyə mənəvi haqqın varmı?

14:59   FİFA-dan daha bir Super Liqa klubuna ağır cəza

14:39   “Komanda qalib gələ bilməyəndə kənardan baxmaq çox ağırdı”

13:44   Qol.az - 10!

13:30   245-ci sınaq

12:47   Braziliya Uruqvaya, Argentina Meksikaya qalib gəldi

12:20   İtaliya Portuqaliyaya, Türkiyə İsveçə qarşı - YENİLƏNİR

12:00   Danimarka Uelsə səfərdə qalib gəldi - VİDEO

11:30   Slovakiyadan Ukraynaya 4 qol - VİDEO

11:00   “Topaz”: Millimiz üçün qələbədən başqa yol yoxdu

10:30   Slavçevli Bolqarıstan Kiprdən 1 xalla qayıtdı

10:00   “eTopaz”da günün canlı oyunları

09:30   Fransa Rotterdamda belə məğlub oldu - VİDEO

09:00   Azər Əliyevli “Ufa” Kipr klubuna qalib gəldi

01:46   Hollandiya Fransaya qalib gəldi, Ukrayna darmadağına üzüldü

16.11.2018

22:50  Millimiz Farer adaları ilə oyuna hazırlığı başa vurdu - FOTOLAR

21:22  “Qəbələ” yoxlama oyunu keçirəcək

20:22  “Sumqayıt”la “Qarabağ” yoxlama oyunu keçirəcək

20:02  Super Liqa klubunda Aykut Kocaman dönəmi

19:09  Rüfət Dadaşov: “Qol vurmaq mənim işimdi”

18:53  Qurban Qurbanov: “Rəqibin sürprizlərinə hazır olacağıq”

17:26  UEFA-dan “Qəbələ” üçün 25 min avro

17:01  Atli Qreqersen: “Bakıda qələbə qazanacağımıza inanıram”

16:55  Lars Olsen: “Azərbaycan ilə oyunu səbrsizliklə gözləyirik”

16:07  İspaniya yığması 68 il sonra bunu da gördü

15:48  Azərbaycanlı məşqçilər Tiflisdə

15:15  Kapitan 100-ə çatdı

14:54  UEFA Azərbaycan klublarına uşaq futbolunun inkişafı üçün pul ayırdı

14:23  “Topaz”: Hollandiya və Danimarka üçün son şans

13:49  Ayxan Abbasovun ilk məşqi - VİDEO

13:22  Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat aldı

13:00  Runi son oyununa çıxdı

12:45  Foqts: “Millətlər Liqası dərhal ləğv olunmalıdı”

12:37  Samir Abasov: “Yer tutmamağımızı kənardakılar istədi”

12:30  UEFA-nın rəsmi tərəfdaşları Bakıda

12:23  Uşaq liqalarındakı RƏZALƏT

12:15  Əlvida, 4-cü səbət!

12:00  Vəli Qasımov üçün 10 qol

11:40  “Zirə”nin futbolçusundan millidə məhsuldar ötürmə

11:20  Nazarovun komandası Bundesliqa klubu ilə heç-heçəyə razılaşdı

11:00  Dadaşovun komandası “Borussiya”ya böyük hesabla uduzdu

10:40  İngiltərə ABŞ-ı belə darmadağın etdi - VİDEO

10:20  Almaniya yığmasından ruslara 3 cavabsız qol - VİDEO

10:00  “eTopaz”da günün canlı oyunları

09:40  Xorvatiya - İspaniya matçında 5 qol - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az