(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qurban Qurbanov: “Qrupdan çıxmağımız çətinləşdi”

Qurban Qurbanov: “Qrupdan çıxmağımız çətinləşdi”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukraynanın “Vorskla” klubuna qarşı keçirdikləri səfər oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

- Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandılar. Oyundan da razı qaldım. 90 dəqiqə mübarizədən geri çəkilmədilər, meydanın hər yerində ən yaxşısını etməyə çalışdılar. Hər birinə minnətdaram. "Vorskla”ya uğurlar arzulayıram.

46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyunboyu həyəcanlı görünürdüz. İlk hissədə isə hakimdən nəsə soruşurduz...
- İngiliscə o qədər də yaxşı bilmirəm. Donaldın epizodunda başa salmaq istədim ki, cərimə vermək olar, amma vərəqə göstərməyə bilərdi.

- Demək olar ki, bu hesab Bakıdakı nəticənin oyuna görə olmadığını göstərdi?
- Bu gün konsentrasiya daha yaxşı idi, nəinki Bakıda. Orada da qalib gəlməli idik. Bu gün də bunu sübut etdik. Bakıda da meydana qələbə üçün çıxmışdıq, alınmadı. Burda isə istəyimizə nail olduq.

- Hələ oyundan əvvəl komanda rahat idi, stressi üzərindən atmışdı. Sanki qələbəyə daha çox köklənmişdiniz...
- Bu gün qələbəyə inamım var idi. Həmişə rəqibi canlı gördükdən sonra digər matça daha rahat hazırlaşa bilirsən. Bu amilin də rolu oldu. Həm Bakıda, həm də burada qalibiyyət arzulayırdıq. Sadəcə, səfər matçında alındı.

- Bakıdakı oyunla müqayisədə start heyətində 4 dəyişikilik var idi. Bu, sırf ilk oyunun nəticəsinə görə edilmiş dəyişikliklər idi?
- Bəlkə hardasa rol oynadı. Amma hər matçda hansısa dəyişikliyi edirik. Bu gün belə dəyişikliklərə məcbur idim. Həm də daha hazırlıqlı oyunçuları meydana buraxmaq istədim. Bədavi və Mahir son vaxtlar çox yükləniblər. Bəzi daha təcrübəli oyunçulara da ehtiyac var idi. Gələn oyunda da dəyişikliklər ola bilər. Bakıdakı qarşılaşmanı məşqçilər daha düzgün analiz etdi və belə dəyişikliklərə əl atdıq. Xırda nüansların hamısı müəyyən rol oynadı.

- Üçüncü dəyişikliyə əl atmadınız...
- Bəli, dəyişiklik etmədim. Buna ehtiyac görmədim. Əvvəl müdafiəçi buraxmağı düşünürdüm, amma oyun göstərdi ki, komanda bir-birini tamamlayır. Bu üzdən ehtiyac duymadım.

- Halldorssonun oyunundan razı qaldınızmı?
- Ondan razı qaldım. Komandaya kömək edirsə, razı qalmalıyam. Digər futbolçuların da hər birindən razıyam.

- Bu qələbədən sonra qrupdan çıxmaq şanslarınızı necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, çətinləşdi. Çünki "Sportinq” səfərdə "Arsenal”la heç-heçə edib. Həm bizim, həm də "Vorskla”nın işi çətinləşdi. Yenə də ümid etməliyik. Biz sona qədər mübarizə aparacağıq.

- Hansı 3 vacib komponentdə rəqibi üstələdiniz ki, bunu Bakıda edə bilmədiniz?
- Futbol kollektiv oyundu. Məncə, komponentləri deməyim düzgün çıxmaz. Futbolçularım tapşırıqları düzgün yerinə yetirdilər və idman xarakteri nümayiş etdirdilər.

- Hər iki oyuna baxsaq, demək olarmı ki, komandalar eyni səviyyədə oyun göstərdi?
- Komandaların fərqli oyun üslubu var. Eyni səviyyə deməzdim. Amma hər iki komanda yaxşı nəticə əldə etmək üçün oyun göstərir. Hər komandanın öz oyunu var. Bir-birimizdən zəif və güclü saymazdım. (Report)


 
tarix: 09-11-2018 03:03


 
Xəbər lenti
17.11.2018

23:36   Qurban Qurbanov: “Kamran və Pavelin zədələnməsi planlarımızı pozdu”

23:25   Lars Olsen: “Azərbaycan layiqli qələbə qazandı”

23:05   Millimizdə iki ciddi itki

22:52   Millimiz inamlı qələbə qazansa da, ikinci pillədə qaldı

20:48   “Son matç bizim üçün finala bərabər olacaq”

18:53   Millimiz Gürcüstana qalib gəldi

17:05   Kosovo - Azərbaycan matçı fransız hakimlərə tapşırıldı

16:19   “Sabah” Divizionun liderinə 4 cavabsız qol vurdu

15:21   Məmmədov, hədəf göstərməyə mənəvi haqqın varmı?

14:59   FİFA-dan daha bir Super Liqa klubuna ağır cəza

14:39   “Komanda qalib gələ bilməyəndə kənardan baxmaq çox ağırdı”

13:44   Qol.az - 10!

13:30   245-ci sınaq

12:47   Braziliya Uruqvaya, Argentina Meksikaya qalib gəldi

12:20   İtaliya Portuqaliyaya, Türkiyə İsveçə qarşı - YENİLƏNİR

12:00   Danimarka Uelsə səfərdə qalib gəldi - VİDEO

11:30   Slovakiyadan Ukraynaya 4 qol - VİDEO

11:00   “Topaz”: Millimiz üçün qələbədən başqa yol yoxdu

10:30   Slavçevli Bolqarıstan Kiprdən 1 xalla qayıtdı

10:00   “eTopaz”da günün canlı oyunları

09:30   Fransa Rotterdamda belə məğlub oldu - VİDEO

09:00   Azər Əliyevli “Ufa” Kipr klubuna qalib gəldi

01:46   Hollandiya Fransaya qalib gəldi, Ukrayna darmadağına üzüldü

16.11.2018

22:50  Millimiz Farer adaları ilə oyuna hazırlığı başa vurdu - FOTOLAR

21:22  “Qəbələ” yoxlama oyunu keçirəcək

20:22  “Sumqayıt”la “Qarabağ” yoxlama oyunu keçirəcək

20:02  Super Liqa klubunda Aykut Kocaman dönəmi

19:09  Rüfət Dadaşov: “Qol vurmaq mənim işimdi”

18:53  Qurban Qurbanov: “Rəqibin sürprizlərinə hazır olacağıq”

17:26  UEFA-dan “Qəbələ” üçün 25 min avro

17:01  Atli Qreqersen: “Bakıda qələbə qazanacağımıza inanıram”

16:55  Lars Olsen: “Azərbaycan ilə oyunu səbrsizliklə gözləyirik”

16:07  İspaniya yığması 68 il sonra bunu da gördü

15:48  Azərbaycanlı məşqçilər Tiflisdə

15:15  Kapitan 100-ə çatdı

14:54  UEFA Azərbaycan klublarına uşaq futbolunun inkişafı üçün pul ayırdı

14:23  “Topaz”: Hollandiya və Danimarka üçün son şans

13:49  Ayxan Abbasovun ilk məşqi - VİDEO

13:22  Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat aldı

13:00  Runi son oyununa çıxdı

12:45  Foqts: “Millətlər Liqası dərhal ləğv olunmalıdı”

12:37  Samir Abasov: “Yer tutmamağımızı kənardakılar istədi”

12:30  UEFA-nın rəsmi tərəfdaşları Bakıda

12:23  Uşaq liqalarındakı RƏZALƏT

12:15  Əlvida, 4-cü səbət!

12:00  Vəli Qasımov üçün 10 qol

11:40  “Zirə”nin futbolçusundan millidə məhsuldar ötürmə

11:20  Nazarovun komandası Bundesliqa klubu ilə heç-heçəyə razılaşdı

11:00  Dadaşovun komandası “Borussiya”ya böyük hesabla uduzdu

10:40  İngiltərə ABŞ-ı belə darmadağın etdi - VİDEO

10:20  Almaniya yığmasından ruslara 3 cavabsız qol - VİDEO

10:00  “eTopaz”da günün canlı oyunları

09:40  Xorvatiya - İspaniya matçında 5 qol - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az