(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Vasili Saçko: “Heç-heçə daha ədalətli nəticə olardı”

Vasili Saçko: “Heç-heçə daha ədalətli nəticə olardı”

Ukraynanın “Vorskla” klubunun baş məşqçisi Vasili Saçko Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, Poltava təmsilçisinin çalışdırıcısı 0:1 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:

- “Qarabağ”ın futbolçuları sürətli və texnikalıdı. İlk hissədə qapımız qarşısında onlar yox, özümüz təhlükəli vəziyyət yaratdıq. Penaltiyə səbəb olduq. Futbolçular çox səhv etdi, sürətdə, top uğrunda mübarizədə uduzurduq. Topa sahib ola bilmirdik. İkinci hissədə vəziyyəti bir qədər normallaşdırdıq. Futbolçular əllərindən gələni etdilər. Amma biri var çalışmaq, biri var reallaşdırmaq.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb. 

- Arturu start heyətində meydana buraxmağınız nə ilə bağlı idi? Bu qərar bizi təəcübləndirdi...
- Artur texnikalı futbolçudu. Düşünmürəm ki, çox pis oynadı. Bu, mənim qərarımdı. Hədəfim o idi ki, futbolçu oyuna daha yaxşı köklənsin. Hücuma tez qoşula bilir. Düzdü, böyük səhv etdi, hansı ki, buna haqqı yox idi. Amma onun cinahından hücumlarımız, zərbələrimiz oldu. Eyni zamanda rəqib də çox ağıllı oynadı, bizə imkan vermədi. Həm müdafiədə, həm də hücumda yaxşı çıxış etdilər. Bunları müzakirə edəcəyik və həll edəcəyik.

- Əvəzləmələrlə nə etməyə çalışdınız?
- Daha aqressiv oynamalı idik. Sürətdə uduzduq. Rəqib daha texnikalı oyun göstərdi, bizə imkan vermədi. "Qarabağ” ilk hissədə çox təzyiq etdi. Hətta oyuna nəzarəti itirmək təhlükəsi var idi. Bu üzdən dəyişikliklə oyunu canlandırmağa çalışdıq. Komandanı biz hazırlaşdırırıq, kimin start heyətində meydana çıxmasına biz qərar veririk. Kim daha hazırlıqlı olursa, o da meydana çıxır.

- Yayda əcnəbi oyunçu dəvət etmişdiniz. Onların performansından məmnunsunuz?
- Təəssüf ki, həmin futbolçular çempionat ərəfəsində gəldilər. Hazırlıqda iştirak etmədilər. Heyətdə təcrübəli futbolçularımız çoxdu. Gənc oyunçularımız isə istedadlıdı. Onlar bizimlə məşq etməlidilər. Bizdə heyəti baş məşqçi müəyyənləşdirir. Heç kimə güzəşt edilmir. Sadəcə, təlim-məşq toplanışı çox önəmlidi. Oyunçu öz üzərində çalışmalıdı, ona verilən şansdan lazımınca yararlanmalıdı. Gənclər komandada rəqabəti artırıb. Bu gün uduzduq, əhvalımız çox pisdi. Amma unutmayaq ki, çox güclü komandaya uduzduq.

- Məğlubiyyətə layiq idinizmi?
- "Qarabağ” ilk hissədə yaxşı oynadı, oyuna nəzarət etdi. İmkanlar yaratsaq da, istifadə edə bilmədik. "Qarabağ” çox güclü komandadı, əlinə düşən şansdan yararlandı. Amma oyun bərabərə bitsəydi, daha ədalətli olardı.

- Bu gün qapıya zərbələrinizin sayı çox az idi. Bu, nə ilə bağlıdı?
- Rəqibdən çox şey asılıdı. Rəqiblərə qarşı hazırlaşmaq lazımdı. Nəzərə alaq ki, meydança sürüşkən, hava soyuq idi. İkinci hissədə "Qarabağ” müdafiəyə oturdu və bizə hücum imkanı vermədi. "Qarabağ” çox güclü komandadı, belə oyunlara hazırlıqlıdı. Əminəm ki, onlar növbəti matçlarda da rəqiblərinə başağrısı olacaq. Qələbə qazanmaq istəyirdik. Amma ustalıq səviyyəsi bu gün istədiyimiz kimi olmadı. Uşaqlar çox çalışdılar. Bəzi anlarda ustalıqda uduzduq, təcrübə çatmadı. Səhvlərimizi görürük və bunları düzəltmək lazımdı. Qol vurmaq üçün çox zərbə vurmaq lazımdı. (Report)


 
tarix: 09-11-2018 03:16


 
Xəbər lenti
17.11.2018

23:05   Millimizdə iki ciddi itki

22:52   Millimiz inamlı qələbə qazansa da, ikinci pillədə qaldı

20:48   “Son matç bizim üçün finala bərabər olacaq”

18:53   Millimiz Gürcüstana qalib gəldi

17:05   Kosovo - Azərbaycan matçı fransız hakimlərə tapşırıldı

16:19   “Sabah” Divizionun liderinə 4 cavabsız qol vurdu

15:21   Məmmədov, hədəf göstərməyə mənəvi haqqın varmı?

14:59   FİFA-dan daha bir Super Liqa klubuna ağır cəza

14:39   “Komanda qalib gələ bilməyəndə kənardan baxmaq çox ağırdı”

13:44   Qol.az - 10!

13:30   245-ci sınaq

12:47   Braziliya Uruqvaya, Argentina Meksikaya qalib gəldi

12:20   İtaliya Portuqaliyaya, Türkiyə İsveçə qarşı - YENİLƏNİR

12:00   Danimarka Uelsə səfərdə qalib gəldi - VİDEO

11:30   Slovakiyadan Ukraynaya 4 qol - VİDEO

11:00   “Topaz”: Millimiz üçün qələbədən başqa yol yoxdu

10:30   Slavçevli Bolqarıstan Kiprdən 1 xalla qayıtdı

10:00   “eTopaz”da günün canlı oyunları

09:30   Fransa Rotterdamda belə məğlub oldu - VİDEO

09:00   Azər Əliyevli “Ufa” Kipr klubuna qalib gəldi

01:46   Hollandiya Fransaya qalib gəldi, Ukrayna darmadağına üzüldü

16.11.2018

22:50  Millimiz Farer adaları ilə oyuna hazırlığı başa vurdu - FOTOLAR

21:22  “Qəbələ” yoxlama oyunu keçirəcək

20:22  “Sumqayıt”la “Qarabağ” yoxlama oyunu keçirəcək

20:02  Super Liqa klubunda Aykut Kocaman dönəmi

19:09  Rüfət Dadaşov: “Qol vurmaq mənim işimdi”

18:53  Qurban Qurbanov: “Rəqibin sürprizlərinə hazır olacağıq”

17:26  UEFA-dan “Qəbələ” üçün 25 min avro

17:01  Atli Qreqersen: “Bakıda qələbə qazanacağımıza inanıram”

16:55  Lars Olsen: “Azərbaycan ilə oyunu səbrsizliklə gözləyirik”

16:07  İspaniya yığması 68 il sonra bunu da gördü

15:48  Azərbaycanlı məşqçilər Tiflisdə

15:15  Kapitan 100-ə çatdı

14:54  UEFA Azərbaycan klublarına uşaq futbolunun inkişafı üçün pul ayırdı

14:23  “Topaz”: Hollandiya və Danimarka üçün son şans

13:49  Ayxan Abbasovun ilk məşqi - VİDEO

13:22  Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat aldı

13:00  Runi son oyununa çıxdı

12:45  Foqts: “Millətlər Liqası dərhal ləğv olunmalıdı”

12:37  Samir Abasov: “Yer tutmamağımızı kənardakılar istədi”

12:30  UEFA-nın rəsmi tərəfdaşları Bakıda

12:23  Uşaq liqalarındakı RƏZALƏT

12:15  Əlvida, 4-cü səbət!

12:00  Vəli Qasımov üçün 10 qol

11:40  “Zirə”nin futbolçusundan millidə məhsuldar ötürmə

11:20  Nazarovun komandası Bundesliqa klubu ilə heç-heçəyə razılaşdı

11:00  Dadaşovun komandası “Borussiya”ya böyük hesabla uduzdu

10:40  İngiltərə ABŞ-ı belə darmadağın etdi - VİDEO

10:20  Almaniya yığmasından ruslara 3 cavabsız qol - VİDEO

10:00  “eTopaz”da günün canlı oyunları

09:40  Xorvatiya - İspaniya matçında 5 qol - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az