(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Sadıqovun 99-u: “Əlimizdən gələni edəcəyik”

Sadıqovun 99-u: “Əlimizdən gələni edəcəyik”

Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin IV turunda səfərdə Ukraynanın "Vorskla" komandası üzərində minimal hesablı qələbə qazanıb. Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
- Kifayət qədər ağır qarşılaşma oldu, iki dəfə oyun dayandı. "Qarabağ" üçün fərqli atmosfer oldu. Oyun barədə düşüncələrəniz necədir?
- Oyundan əvvəl özümüzü gərgin mübarizəyə hazırlamışdıq. Həqiqətən də belə oldu. Dünən məşq edəndə də gördük ki, bu saatlarda meydança donur. Rəqib evdə oynayırdı, bilirdik daha istəkli, aqressiv olacaqlar. Biz də çalışırdıq ki, ən azından mübarizədə onlara məğlub olmayaq. Maraqlı oyun keçdi, fərqli qarşılaşma oldu, ikinci hissə təxminən 60 dəqiqə davam etdi. Yaxşı mübarizə gördük. Uşaqların hər birini təbrik etmək istəyirəm. Çünki həqiqətən çox yaxşı mübarizə apardıq.
 
- Jezniçakla müdafiədəki tandeminiz yaxşı alındı. Bu barədə nə deyə bilərsən?
- İlk dəfə deyil ki, onunla eyni mövqedə oynayırıq. Bədavi zədəli olanda da, bir yerdə oynamışıq. "Vorskla" ilə ev oyununda da Kuba meydanda idi. Bilirsiniz ki, komandamıza müdafiəçi mövqeyində rəqabət var. Görürsünüz ki, Qurban müəllim tez-tez rotasiyalar edir. Məşqçimiz kimi məsləhət görsə, oynamağa hazırıq.
 
- Meydanın sürüşkən olması oyuna necə təsir etdi?
- Meydanın sürüşkən olması topa nəzarətdə təsir edirdi, oyunun sürətli davam etməsinə gətirib çıxardı. Çox sayda mübarizə olurdu. Maraqlı oyun alındı.
 
- Qrupdakı şansınızı necə dəyərləndirirsiniz?
- "Sportinq"in "Arsenal"dan xal alması durumu dəyişir. Şanslarımız çox az idi, bundan sonra bir qədər də çətinləşdi. "Sportinq"lə evdə oyunumuz var, yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
 
- Bu gün avrokuboklarda 99-cu oyununuzu keçirdiniz, növbəti matç 100-cü olacaq, özü də "Arsenal"la müqayisədə daha münasib rəqiblə. Həm bu xüsusilik, həm də qrupdakı vəziyyəti nəzərə alsaq, növbəti oyun sizin üçün nə qədər əhəmiyyətli olacaq?
- "Qarabağ"ın yeni tarix yazması mənim üçün önəmli olacaq. "Sportinq" kimi komandadan xal və ya xallar almaq mənim üçün çox önəm daşıyacaq.

 
tarix: 09-11-2018 09:51


 
Xəbər lenti
18.11.2018
17.11.2018

23:36  Qurban Qurbanov: “Kamran və Pavelin zədələnməsi planlarımızı pozdu”

23:25  Lars Olsen: “Azərbaycan layiqli qələbə qazandı”

23:05  Millimizdə iki ciddi itki

22:52  Millimiz inamlı qələbə qazansa da, ikinci pillədə qaldı

20:48  “Son matç bizim üçün finala bərabər olacaq”

18:53  Millimiz Gürcüstana qalib gəldi

17:05  Kosovo - Azərbaycan matçı fransız hakimlərə tapşırıldı

16:19  “Sabah” Divizionun liderinə 4 cavabsız qol vurdu

15:21  Məmmədov, hədəf göstərməyə mənəvi haqqın varmı?

14:59  FİFA-dan daha bir Super Liqa klubuna ağır cəza

14:39  “Komanda qalib gələ bilməyəndə kənardan baxmaq çox ağırdı”

13:44  Qol.az - 10!

13:30  245-ci sınaq

12:47  Braziliya Uruqvaya, Argentina Meksikaya qalib gəldi

12:20  İtaliya Portuqaliyaya, Türkiyə İsveçə qarşı - YENİLƏNİR

12:00  Danimarka Uelsə səfərdə qalib gəldi - VİDEO

11:30  Slovakiyadan Ukraynaya 4 qol - VİDEO

11:00  “Topaz”: Millimiz üçün qələbədən başqa yol yoxdu

10:30  Slavçevli Bolqarıstan Kiprdən 1 xalla qayıtdı

10:00  “eTopaz”da günün canlı oyunları

09:30  Fransa Rotterdamda belə məğlub oldu - VİDEO

09:00  Azər Əliyevli “Ufa” Kipr klubuna qalib gəldi

01:46  Hollandiya Fransaya qalib gəldi, Ukrayna darmadağına üzüldü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az