(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Poltava revanşı

Poltava revanşı

“Dnepr”lə oyunlar da belə olmuşdu – “Qarabağ” səfərdə qalib gəlib, evdə uduzmuşdu. Bu dəfə fərq “Vorskla” ilə ikinci oyunun Ukraynada keçirilməsidi.
 
Avropa Liqasının qrup mərhələsində 4-cü tur bitdi. Növbəti mərhələyə çıxmaq xəyaldı, demək olar, mümkünsüzdü. Poltava klubuna Bakıda yersiz məğlubiyyət hər şeyi korladı. Amma qrupu qolsuz və qələbəsiz bitirmək təklükəsi aradan qalxdı. “Qarabağ” Ukraynada özünə gəldi, yenidən inam qazandı və böhranı bitirdiyini göstərdi.
 
Əslində, Bakıdakı oyun da eyni ssenaridə keçmiş, hətta bizimkilər daha üstün oynamışdı. Lakin bəxtsizlik üzündən nəticə üzücü olmuşdu. Poltavada isə rəqibin düzgün analiz edilməsinin bəhrəsini gördük. Qurban Qurbanovun taktiki cəhətdən ağıllı oyun qurması, düzgün rotasiyası, lazımi əvəzləmələri və əla start heyəti, oyun modeli seçimi həlledici oldu. Təzyiqlərə, psixoloji gərginliyə baxmayaraq, komanda vahid mexanizm kimi çalışdı və istəyinə çatdı.
 
“Qarabağ”da hər şey idealdımı? Təbii ki, yox. Komanda hücumda dişsizdi, qol vurmaq problemi var. İnnosent Emeqaradan asılı komanda onun formada olmamasından əziyyət çəkir, yarımmüdafiəçilər hücumda oynayır. Qurbanov “Vorskla” ilə oyunda Araz Abdullayevə güvənməklə risk etdi, amma insafən, başqa şansı da yox idi. Müəyyən mənada alındı, Araz rəhgarəng kombinasiyaların qurulmasında orta sahəylə bütünləşdi. Penalti qolundan sonra da oyun sxemi dəyişmədi, ağdamlılar rəqibi topsuz qoymaqla arzusuna çatdı.
 
Etibarlı müdafiə xəttinin cinahında oynayanların hücuma dəstəyi də yerində idi. Məhz qol da bunun sayəsində vuruldu. Maksim Medvedevin cərimə meydançasına girib penalti qazanması bunun sübutudu. Bu yerdə Qurban bəyin doğru addımı da qeyd edilməlidi. O, rəqib müdafiəsinin sol qanadında boşluq tapmışdı. Con Delarjın fərqli cinaha atılması, texnikalı Abdullah Zubirin isə məhz burada oynadılması buna hesablanmışdı. Rəqib müdafiəçi Zubirin yox, Maksimin toruna düşsə də, nəticə eynidi – lazım olan edildi.
 
Vacib qələbə idi. Reytinq xalı, maddi gəlir, xüsusilə də “Qarabağ”ın özünə gəlməsi baxımından Poltavadakı nəticə sevindiricidi. Bu komandaya inanmaq lazımdı. Qarşıdakı 2 oyundan sonra qışda bir daha silkələnəcək ağdamlıların çempionluq mübarizəsində yenə bir nömrəli favorit olacağına şübhə yoxdu.
 
“Arsenal” və “Sportinq” daha üst səviyyəli komandalardı. “Vorskla” da daha güclü çempionatın təmsilçisidi. Lakin “Qarabağ” dünən özünə bərabər və azca üstün komandalarla rahat oynadığını göstərdi. Bakıdakı oyun qəza idi və əvəzi çıxıldı. “Arsenal” və “Sportinq”ə əlcək atmaq üçün daha güclü çempionata, daha güclü oyunçulara və daha yaxşı maliyyə ehtiyac var. İndiki vəziyyətdə isə “Qarabağ” maksimuma nail ola bilir. Daha da böyümək təkcə Ağdam klubundan asılı deyil.
 
FƏRİD

 
tarix: 09-11-2018 11:16


 
Xəbər lenti
18.11.2018
17.11.2018

23:36  Qurban Qurbanov: “Kamran və Pavelin zədələnməsi planlarımızı pozdu”

23:25  Lars Olsen: “Azərbaycan layiqli qələbə qazandı”

23:05  Millimizdə iki ciddi itki

22:52  Millimiz inamlı qələbə qazansa da, ikinci pillədə qaldı

20:48  “Son matç bizim üçün finala bərabər olacaq”

18:53  Millimiz Gürcüstana qalib gəldi

17:05  Kosovo - Azərbaycan matçı fransız hakimlərə tapşırıldı

16:19  “Sabah” Divizionun liderinə 4 cavabsız qol vurdu

15:21  Məmmədov, hədəf göstərməyə mənəvi haqqın varmı?

14:59  FİFA-dan daha bir Super Liqa klubuna ağır cəza

14:39  “Komanda qalib gələ bilməyəndə kənardan baxmaq çox ağırdı”

13:44  Qol.az - 10!

13:30  245-ci sınaq

12:47  Braziliya Uruqvaya, Argentina Meksikaya qalib gəldi

12:20  İtaliya Portuqaliyaya, Türkiyə İsveçə qarşı - YENİLƏNİR

12:00  Danimarka Uelsə səfərdə qalib gəldi - VİDEO

11:30  Slovakiyadan Ukraynaya 4 qol - VİDEO

11:00  “Topaz”: Millimiz üçün qələbədən başqa yol yoxdu

10:30  Slavçevli Bolqarıstan Kiprdən 1 xalla qayıtdı

10:00  “eTopaz”da günün canlı oyunları

09:30  Fransa Rotterdamda belə məğlub oldu - VİDEO

09:00  Azər Əliyevli “Ufa” Kipr klubuna qalib gəldi

01:46  Hollandiya Fransaya qalib gəldi, Ukrayna darmadağına üzüldü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az