(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Maksim Medvedev: “Penalti qazanmağa gedirdim”

Maksim Medvedev: “Penalti qazanmağa gedirdim”

 “Qarabağ”ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə “Vorskla”ya qalib gəldikləri oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli müdafiəçi əvvəlcə qələbəni şərh edib.
 
- Çətin oyun olacağını əvvəlcədən bilirdik. Hava şəraiti amili də var idi. Meydan demək olar ki, donmuşdu. Ötürmə ilə oynamaq bir az çətin idi. Amma bu çətinliklərə dözdük. Öz oyunumuzu oynamağa başladıq. Maraqlı oyun keçirdi. Meydanda mübarizə hiss olunurdu. Azarkeşlər də oyunun daha maraqlı olması üçün şou etdilər. Fikrimcə, bu, bir tərəfdən yaxşı olmasa da, digər tərəfdən bizim xoşumuza gəldi. Baxmayaraq ki, paltardəyişmə otağına getdik. Oyun bir qədər sonra yenidən başladı. Hər şey qaydasında idi. Çünki 1:0 öndəydik. Bizdə motivasiya da yaxşı idi. İstəyirdik ki, axıra kimi "Vorskla" ilə mübarizə aparaq. Təəssüf ki, Bakıdakı oyunda məğlub olmuşduq. Yaxşı ki, bu görüşdə qələbə qazana bildik. Təbii ki, sevinirik. Artıq komandada yaxşı əhval-ruhiyyə yaranıb. Növbəti matçlarda da daha yaxşı oynamalıyıq.
 
- Oyunun dayanmağı motivasiya baxımından sizin xeyrinizə oldu?
- Gizlətməyəcəyəm. Əlbəttə ki, xeyrimizə oldu. Çünki rəqib 0:1 hesabı ilə geridəydi. İstəyirdilər ki, pressinq etsinlər və daha çox vuruşsunlar. Səhv eləmirəmsə, matç 65-ci dəqiqədən etibarən 8 dəqiqə dayandı. Komanda olaraq paltardəyişmə otağına getdik və bir az istirahət etdik. Yenidən meydana qayıtdıq. Demək olar ki, oyunun dayanmağı bizim xeyrimizə oldu.
 
- Oyunun dayandırılma ehtimalını əvvəlcədən düşünmüşdünüz?
- Sözün düzü, hadisəni birinci onların azarkeşləri başlatdı. Biz də bunu normal qarşılayırıq. Belə şeylərlə bizi təəccübləndirmək olmaz. Oyunun davam edəcəyini fikirləşirdik. Sonra bizim azarkeşlər də bəzi vasitələrdən istifadə etdi. Ondan sonra isə oyun dayandı.
 
- Qrupdakı şanslarınızı necə qiymətləndirirsiniz?
- Komandanın aktivində üç xal var. Bu, çox yaxşıdır. Çalışacağıq ki, digər iki çətin rəqibdən də xal alaq. "Vorskla"da bizim kimi mübarizə aparacaq. Biz "Arsenal" və "Sportinq" komandalarının səviyyəsini başa düşürük. Onlara qarşı oynamaq çox çətindir. "Sportinq"lə Bakıda qarşılaşacağıq. Həmin oyuna da çox yaxşı hazırlaşmalıyıq.
 
- Rəqib sizə qarşı qaydanı pozdu və penalti təyin olundu. Həmin an barədə nə deyə bilərsiniz?
- Birinci matçda bizim qapıçımız səhvə yol vermişdi. Bu oyunda isə rəqib səhv etdi. Adi futbol epizodu idi. Müdafiəçi qapıçıya ötürmə verdi. Qapıçının topa müdaxilə etməsini gözlədim. Topa vurmaq istədim. O da mənə toxunmağa məcbur oldu. Əlbəttə ki, həmin an yerə yıxıldım. Həmin epizodda penalti qazanmağa gedirdim.
 
- Meydan sürüşkən idi. Amma rəqiblə müqayisədə siz buna görə problemlə üzləşmədiniz...
- Əslində, biz də çox problem yaşadıq. Qapıçı arada bizə ötürmə verirdi. Amma topa uyğun gedə bilmirdik. Çünki top ya bərk gəlirdi, ya da istiqamətini dəyişirdi. Ot örtüyü donmuşdu, həm də meydanı sulamışdılar.
 
- Ola bilər ki, bunu bilərəkdən etsinlər?
- Buna inanmıram. Qayda var ki, meydanı sulamaq lazımdır. Ona görə ot örtüyü donmuşdu. Biz də əziyyət çəkirdik. Tək biz yox, rəqib də çətinliklərlə üzləşirdi. Top çox sürətli gedirdi, saxlamaq və ötürmə vermək olmurdu.

 
tarix: 09-11-2018 11:35


 
Xəbər lenti
17.11.2018

23:25   Lars Olsen: “Azərbaycan layiqli qələbə qazandı”

23:05   Millimizdə iki ciddi itki

22:52   Millimiz inamlı qələbə qazansa da, ikinci pillədə qaldı

20:48   “Son matç bizim üçün finala bərabər olacaq”

18:53   Millimiz Gürcüstana qalib gəldi

17:05   Kosovo - Azərbaycan matçı fransız hakimlərə tapşırıldı

16:19   “Sabah” Divizionun liderinə 4 cavabsız qol vurdu

15:21   Məmmədov, hədəf göstərməyə mənəvi haqqın varmı?

14:59   FİFA-dan daha bir Super Liqa klubuna ağır cəza

14:39   “Komanda qalib gələ bilməyəndə kənardan baxmaq çox ağırdı”

13:44   Qol.az - 10!

13:30   245-ci sınaq

12:47   Braziliya Uruqvaya, Argentina Meksikaya qalib gəldi

12:20   İtaliya Portuqaliyaya, Türkiyə İsveçə qarşı - YENİLƏNİR

12:00   Danimarka Uelsə səfərdə qalib gəldi - VİDEO

11:30   Slovakiyadan Ukraynaya 4 qol - VİDEO

11:00   “Topaz”: Millimiz üçün qələbədən başqa yol yoxdu

10:30   Slavçevli Bolqarıstan Kiprdən 1 xalla qayıtdı

10:00   “eTopaz”da günün canlı oyunları

09:30   Fransa Rotterdamda belə məğlub oldu - VİDEO

09:00   Azər Əliyevli “Ufa” Kipr klubuna qalib gəldi

01:46   Hollandiya Fransaya qalib gəldi, Ukrayna darmadağına üzüldü

16.11.2018

22:50  Millimiz Farer adaları ilə oyuna hazırlığı başa vurdu - FOTOLAR

21:22  “Qəbələ” yoxlama oyunu keçirəcək

20:22  “Sumqayıt”la “Qarabağ” yoxlama oyunu keçirəcək

20:02  Super Liqa klubunda Aykut Kocaman dönəmi

19:09  Rüfət Dadaşov: “Qol vurmaq mənim işimdi”

18:53  Qurban Qurbanov: “Rəqibin sürprizlərinə hazır olacağıq”

17:26  UEFA-dan “Qəbələ” üçün 25 min avro

17:01  Atli Qreqersen: “Bakıda qələbə qazanacağımıza inanıram”

16:55  Lars Olsen: “Azərbaycan ilə oyunu səbrsizliklə gözləyirik”

16:07  İspaniya yığması 68 il sonra bunu da gördü

15:48  Azərbaycanlı məşqçilər Tiflisdə

15:15  Kapitan 100-ə çatdı

14:54  UEFA Azərbaycan klublarına uşaq futbolunun inkişafı üçün pul ayırdı

14:23  “Topaz”: Hollandiya və Danimarka üçün son şans

13:49  Ayxan Abbasovun ilk məşqi - VİDEO

13:22  Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat aldı

13:00  Runi son oyununa çıxdı

12:45  Foqts: “Millətlər Liqası dərhal ləğv olunmalıdı”

12:37  Samir Abasov: “Yer tutmamağımızı kənardakılar istədi”

12:30  UEFA-nın rəsmi tərəfdaşları Bakıda

12:23  Uşaq liqalarındakı RƏZALƏT

12:15  Əlvida, 4-cü səbət!

12:00  Vəli Qasımov üçün 10 qol

11:40  “Zirə”nin futbolçusundan millidə məhsuldar ötürmə

11:20  Nazarovun komandası Bundesliqa klubu ilə heç-heçəyə razılaşdı

11:00  Dadaşovun komandası “Borussiya”ya böyük hesabla uduzdu

10:40  İngiltərə ABŞ-ı belə darmadağın etdi - VİDEO

10:20  Almaniya yığmasından ruslara 3 cavabsız qol - VİDEO

10:00  “eTopaz”da günün canlı oyunları

09:40  Xorvatiya - İspaniya matçında 5 qol - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az