(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Stuxlikin qüsurlu təşəbbüsü

Stuxlikin qüsurlu təşəbbüsü

Fritz Stuxlikin fikirlərini olduğu kimi verdik. Futbolinfo.az oxucuları dünən AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədrinin açıqlaması ilə tanış oldu.
 
O, Topaz Premyer Liqasının 11-ci turunun “Sumqayıt” – “Keşlə” matçında ehtiyat hakim olacaq Akif Əmrəlinin təyinatı haqda danışarkən maraqlı fikir səsləndirdi. Yan xətt hakiminin birdən-birə 4-cü olması onun həm də baş hakim kimi meydana çıxması ehtimalını yaradır. Görüşü idarə edəcək Əliyar Ağayev hər hansı zədə alarsa, bu zaman məhz Akif fiti əlinə almalıdı. Amma heç vaxt oyun idarə etməyən, ancaq bayraq daşıması ilə tanınan birinin bu vəzifəyə hazırlığı şübhə doğurur.
 
Stuxlik aydınlatma gətirmək üçün bildirdi ki, bu, bilərəkdən atılan addımdı: “Akifi sınaqlarda yoxlamışıq. O, buna hazırdı. Biz bu hakimi beynəlxalq oyunlara ehtiyat hakim kimi göndərmək niyyətindəyik, onu buna hazırlayırıq. Bu üzdən çempionat matçlarında sınamağa qərar vermişik. Hər hansı problem olmayacaq, o, bütün vəziyyətlərə hazır olmalıdı”.
 
Müsahibimizin fikirlərinə hörmət əlaməti olaraq, dünən bu açıqlamanı şərh etməyi lazım bilmədik. Özü də qısa açıqlama ilə kifayətləndiyindən əlavə sual vermək imkanımız olmadı. Amma indi sayt vasitəsi ilə növbəti suallarımıza cavab istəyirik.
 
1. Akif ehtiyat hakim kimi hazırlanırsa, deməli, həm də baş hakimliyə hazır olmalıdı. O zaman yan xətt hakiminə niyə heç bir oyunda, hətta divizionda da bu rolda güvənilmir? Axı, belə olsa, onu sınaqdan daha rahat çıxarmaq, hər situasiyaya hazırlamaq olar.
2. Əmrəli mövsümün əvvəlində yan xətt hakimi kimi təsdiq olunub. Deməli, ən azı qış fasiləsinə kimi bu rolda olmalıdı. Belədisə, onun 4-cü hakim kimi təyinatı qanun pozuntusu deyilmi?
3. Akif həqiqətən beynəlxalq oyunlara hazırlanırsa, burada da doğru addım atılmayıb. FIFA-ya adları göndərilən namizədlərin siyahısında onların göstəriciləri də əksini tapmalıdı. Yan xətt hakimi kimi statistika pis deyil, lakin ehtiyat hakim kimi indi debüt edəcək biri hansı əsasla məhz bu rola namizəd göstərilir? Axı, bu baxımdan böyük təcrübəsi olmayan biri 1-2 oyunla beynəlxalq dərəcə ala bilməz. Hə, beynəlxalq oyunlara milli dərəcəli hakimlər də təyinat alır, ancaq belədə də haqqı çatan digərlərinin haqqı tapdalanmırmı?
 
Bəlkə də xırda, şişirdilməsinə lüzum olmayan məsələdi. Amma bu təyinatı qabartmaqda məqsədimiz Stuxlikin qüsurlarını üzə çıxarmaqdı. Xırda bir məsələdə bu qədər boşluq verən sədrdən necə mədət uma bilərik? Azərbaycan hakimliyini yeni səviyyəyə qaldırmaq üçün gələn avstriyalı, deyəsən, hələ özü bizim səviyyəmizə çatmaq üçün xeyli çalışmalıdı. Saxtakarlıqla, görüntü yaratmaqla işgüzar imic formalaşdırmaq istəyirsə, o bilər, daydayı Elxan Məmmədov bilər, bir də təyinatını rəsmiləşdirən İcraiyyə Komitəsinin üzvləri...
 
CAVAD

 
tarix: 10-11-2018 09:05


 
Xəbər lenti
23.04.2019

13:52   AFFA-dan “Keşlə”yə texniki məğlubiyyət

13:31   Bakı finalına doğru: Teleyayımla bağlı işgüzar səfər başlayıb

13:17   25-ci turun ən yaxşısı da “Qarabağ”lı oldu

13:08   “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada - FOTO

12:53   AFFA Divizion klublarını cəzalandırdı

12:37   Aftandil Hacıyevin əvəzinə rus məşqçi?

12:33   Tərlan Əhmədovun cəzası açıqlandı

12:27   Bakı finalına doğru: Kiber Çempionatın iştirakçıları bəlli oldu

12:16   Stuxlik “Neftçi” üzərində təcrübə aparır

11:58   “Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

11:24   Birinci Divizion: 24-cü turun bütün təyinatları

11:06   Premyer Liqada 26-cı turun hakim təyinatları

10:30   Vaqif Cavadovun sabiq klubu yenidən elitaya qayıtdı

10:00   “Zirə” “Sumqayıt”la üz-üzə - YENİLƏNİR

09:41   “Zirə”nin ilk yarımfinalı

09:20   Əzizovun komandasından əzmkar qələbə

09:00   “Qəbələ” “Qarabağ”a qarşı - YENİLƏNİR

01:10   “Çelsi” doğma meydanda xal itirdi

00:25   Hərəyə 1 qol, 1 xal

22.04.2019

23:15  “Beşiktaş”dan çətin qələbə

22:56  “Napoli” doğma meydanda uduzdu

20:10  “Neftçi”də ciddi itki: mövsümü bitirdi

19:48  Premyer Liqada son 10 ilin ən yaxşı göstəricisi

18:00  Ayxan Abbasov: “Ayrılmaq istəyim nəticələrə görə deyildi”

17:25  Region Liqasında ilk finalçı bəlli oldu

16:51  Braziliyalı futbolçudan 39-cu çempionluq

16:14  Yarımfinalı buraxacaq 3 futbolçu

15:59  Nəbiyevdən Çexiyada dubl, “Slaviya”dan darmadağın

15:29  Rəşad Qasımov məhkəmədə ifadə verdi

14:43  “Sabah”ın ulduzları” Madridə gedir: ÇL-in finalı da onları gözləyir

14:17  Modriçdən “Real”da yubiley matçı

13:57  “Azərbaycan bir ölkə kimi hər zaman mənim bir hissəm, parçam olub”

13:15  Yarımfinal rəqəmlərin gözü ilə

13:00  Biabırçı statistika: AFFA-ya təklifimiz var

12:54  Braziliyada da çempion bəlli oldu

12:37  Millimiz Qazaxıstan və Belarusla qarşılaşacaq

12:10  İlk dubl və 10-cu qol

11:51  Mbappe ölkə tarixinə düşdü

11:32  Yunanıstanda çempion bəlli oldu

11:18  “Qəbələ” - “Qarabağ” matçının hakimləri açıqlandı

11:00  Biabırçı statistika: əcnəbilər üçün “qocalar evi”

10:44  Rizvanov üçün 34 dəqiqə və darmadağın

10:20  Eratın komandasından daha bir qələbə

10:00  Millimizin sabiq futbolçusu döyüldü

09:42  Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:21  Ayaz Quliyev qol vurdu, “Spartak”...

09:00  Biabırçı statistika: veteranlar Premyer Liqası

01:10  PSJ - çempion!

00:45  “Real”dan darmadağın

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az