(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Səbail” “müharibə” ərəfəsində

“Səbail” “müharibə” ərəfəsində

“Səbail”də qış yeyintisinə hazırlıq başlayıb. 2-ci dövrə bitən kimi bəzi futbolçuların heyətdən uzaqlaşdırılması, yenilərin transfer olunması planlaşdırılır.
 
Son oyundan sonra baş məşqçi Aftandil Hacıyev bunun ilk siqnallarını verdi. Onun mətbuat konfransında dediklərindən aydın olurdu ki, futbolçuların bəzilərindən razı deyil və dəyişiklik olacaq. Niyə və necə?
 
Hazırda Bayıl təmsilçisinin heyətində 9 legioner var və onların heç də hamısı əsas heyət oyunçusu deyil. Komanda 3-cü pillədə olsa da, sərgilədiyi oyun ümid vermir, xallarının xeylisini 2 texniki qələbə sayəsində əldə ediblər. Oyunçular arasında münasibətlər də yaxşı sayılmır, vahid ailə yaratmaq mümkün olmayıb. Müxtəlif qruplaşmalar mövcuddu, oyunlar zamanı onların elə meydanda mübahisə etməsini tez-tez görmüşük.
 
Xaotik vəziyyətə bir səbəb də klub idarəetməsindəki ikitirəlikdi. Klubun faktiki sahibləri bir dəstədi, AFFA-dan göndərilən və maliyyəyə nəzarət edənlər ayrı dəstə. Və onların da hər birinin öz oyunçuları var. Hamı daha çox qazanmağa, büdcədən daha çox oğurlamağa çalışır. Bu səbəbdən qışda bəzi oyunçuların göndərilməsi, qazanc gətirəcək digərlərinin gətirilməsi planlaşdırılır. Büdcənin kifayət qədər yaxşı olması onların “yemək” imkanlarını yaxşılaşdırıb, iştahlarını artırıb.
 
Enrike Perilyo, Tamazi Tsetsxaladze, Tome Kitanovski, Emil Martinov, Edqar Paçeko kimi oyunçuların getməsi gözlənilir. Onlara kompensasiya ödəniləcək və ya hansısa məbləğ qarşılığında müqavilələrinin pozulması razılaşdırılacaq. Əsl mərəkə də ondan sonra başlayacaq. Belə ki, rəhbərlikdə təmsil olunan 2 dəstənin hər biri özləri transferlərə əl qoymaq üçün mübarizəyə başlayacaq. Burada məqsəd komandanı gücləndirmək yox, imkan daxilində daha çox qazanmaqdı.
 
Hazırda ən çətin vəziyyətdə olan Aftandil Hacıyevdi. O, faktiki odla su arasında qalıb. Baş məşqçini kluba bir dəstə gətirib, transferlərə pulu digər dəstə ayırır. Və Hacıyev yayda olduğu kimi, istəyinə tam uyğun gəlməyən futbolçuların transferindən narahatdı. Faktiki ondan istifadə edir, bəzi şeylərə məcbur, bəzi futbolçuların oynadılmasını ondan israrla tələb edirlər. Belədə nə oyun qurmaq, nə də komanda formalaşdırmaq mümkün olur. Arzular və istəklərə görə qurulan heyət bir işə yaramır, komandanın oyun stilini yaratmaq olmur.
 
Texniki qələbələrə görə qazanılan xallar olmasaydı, komanda indi 6-cı pillədəydi. Və “Səbail”in real gücü də bundan artığına çatmazdı. Ötən tur autsayder “Zirə” ilə matçda sərgilənən futbol Bayıl klubunun əsl simasıdı. Zamanla geriləmə halında ayrılan böyük büdcənin hesabı istənəndə vəziyyət daha da gərginləşəcək və qışda klubda “vətəndaş müharibəsi” izlənsə, təəccüblənməyin. Hamı fürsət bilib, daha çox qazanmaq, klubda hakimiyyətin əsas təmsilçisi olmağa cəhd edəcək.
 
AĞA

 
tarix: 10-11-2018 11:27


 
Xəbər lenti
26.04.2019

01:24   “Real” “Xetafe” səfərindən 1 xalla döndü

00:54   İtaliya kubokunda hər iki finalçı bəlli oldu

25.04.2019

23:06  “Qalatasaray” darmadağınla finalda

21:33  Ramil Şeydayev oynadı, komandası yenə uduzdu

19:33  Millimizin rəqibi yoxlama oyunu keçirəcək

19:00  “Bavariya” rekordunu yenilədi

18:24  “Mançester Siti” və Qvardioladan rekord

17:50  AFFA Gəncə şəhər stadionu ilə bağlı tender elan etdi

17:25  Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58  “Zirə”nin beş futbolçusu üçün ilk

16:21  40 il sonra gələn antirekord

15:43  “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26  İlk heç-heçə: 5-ci quru oyun

15:08  İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42  Şimşək çaxdı, oyun təxirə salındı

14:07  “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30  Premyer Liqada mövsümün rəmzi komandası

13:07  HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39  Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18  İki ildən sonra: Yenə yarımfinalda

12:01  “Sumqayıt” “20”-yə çatdı

11:54  Qvardiola tələsmir və… qadağa qoyur

11:45  Sulşer rəqibi tərifləyir

11:29  AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01  İtaliyada Bordinə şans vermədilər

10:30  Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03  Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54  Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47  Quluzadənin komandası 4 qola üzüldü

09:21  Paşayev oynadı, komandası qalib gəldi

09:00  “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25  “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az