(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qarabağ”a qayıtmaq istəyirəm”

“Qarabağ”a qayıtmaq istəyirəm”

Azərbaycan millisinin üzvü, “Qarabağ”ın keçmiş futbolçusu, hazırda “Astana”da forma geyinən Riçard Almeyda Braziliya mətbuatına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi müsahibəsində yenidən Azərbaycana qayıtmaq istədiyini deyib:

“Qarabağ”da hər şeyim var idi. Azərbaycanda futbolçular üçün yaxşı şərait yaradırlar. Çempionatda 8 komanda mübarizə aparır. Hər biri keyfiyyətli klublardır və futbolçulara yüksək məvacib verir. Amma “Astana” variantı çox yaxşı idi, ona görə də, imtina edə bilməzdim. Hələ bu ilin yanvarında Qurban Qurbanova demişdim ki, “Qarabağ”la müqaviləmi uzatmayacam. Səbəb isə o idi ki, fərqli ölkədə oynamaq, başqa mədəniyyətlə tanış olmaq istəyirdim. Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubu mənim üçün uyğun idi. Ancaq həmin vaxt “Astana”nın baş məşqçisi olan Roman Qriqorçuk menecerimə mənimlə görüşmək istədiyini dedi. Əvvəlcə ora getməkdən imtina etdim. Lakin sonra ailəmlə birgə təklifi dəyərləndirdik və iki illik müqavilə bağladım. Braziliya və Avropanın əsas liqalarında elə də tanınan futbolçu deyiləm, ona görə də, “Astana”da oynamağa qərar verdim. Qazaxıstan çempionatı yaxşıdır, amma mən “Qarabağ”a qayıtmaq istəyirəm. Gələn il bunun olub-olmayacağını bilmirəm. Bildiyim odur ki, “Qarabağ”da mənim qayıtmağımı istəyirlər. Ola bilər, daha bir il “Astana”da qalım. Qazaxıstanda pis olan odur ki, hava çox soyuqdur.

Braziliyaya qayıtmaq istəmirəm. Soyuq havanı sevmirəm. Braziliyadan çoxdandır çıxmışam və ora yalnız bir dəfə istirahət zamanı getmişəm. Ancaq həyatın necə olacağını olmur. Məşqçi olub-olmayacağımı da bilmirəm. Hətta “Qarabağ”da da işləyə bilərəm”.

Almeyda Azərbaycan millisinin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla da bağlı fikirlərini bölüşüb:

“Qarabağ”a keçidimdə onun rolu olub. Portuqaliyadakı oyunumu gördükdən sonra menecerimdən məni komandasına gətirmək istəmişdi. Qurbanov transfer məsələlərində əsas söz sahibidir. Klub rəhbərliyi ona istədiyi transferləri etmək üçün tam səlahiyyət verib. Qurbanovun Azərbaycanda böyük hörməti var”.


 
tarix: 10-11-2018 14:41


 
Xəbər lenti
22.02.2019

10:00   “Napoli” inamlı qələbə ilə növbəti mərhələdə - VİDEO

09:51   Klublar Komitəsi sədr seçir

09:37   “Ayntraxt” “Şaxtyor”u 4 qolla keçdi - VİDEO

09:21   “Qalatasaray” səfərdən əliboş qayıtdı - VİDEO

09:12   “Arsenal” darmadağınla 1/8 finalda - VİDEO

09:00   “Keşlə”nin əvəzinə “Kəpəz”?

01:55   “Qalatasaray”la “Fənərbaxça”nı 1/8 finala buraxmadılar

00:17   “Zenit” “Fənərbaxça”nı 1/8 finala buraxmadı - VİDEO

21.02.2019

22:08  Ağatahir Əzimov: “Sanki dogma meydanda oynayan biz deyildik”

21:35  Millimiz Türkiyəyə biabırçı hesabla uduzdu

18:40  Nihat Kahveci də Bakıya gəlir

18:01  Millimiz İspaniya və Çexiya ilə eyni qrupda

17:48  PSJ Diarra ilə yollarını rəsmən ayırdı

17:25  PSJ türk futbolçuyla müqavilə imzaladı

17:03  MOİK 3 xalı 4, “Sumqayıt” 5 qolla qazandı

16:50  “Keşlə” transferlərə niyə pul tapmayıb?

16:36  Volkovi: “Bunu yaxşı nəticə saymıram”

16:25  Elşad Əhmədov: “5-10 oyunluq hücumçu gətirmək istəmirik”

16:12  Süleymanzadənin həyat yoldaşı vəfat edib

16:01  “Qarabağ”dan “Yuventus”a atmaca

15:54  Şeydayevin baş məşqçisi: “Güclü qolçu tapmaq çətindi”

15:33  Con Kamara: “Azərbaycan çempionatında hakimlər çox vərəqə göstərir”

15:15  Millimizin futbolçusu Çexiyada klub dəyişdi - RƏSMİ

14:58  Məşhur futbolçunun mənzili növbəti dəfə qarət olundu

14:26  Simeone üzr istədi: “Bu, ürəkdən gələn jest idi” - VİDEO

13:56  Dünya futbol ulduzları Bakıya gəlir

13:14  Birinci Divizion: 17-ci turun bütün oyunları eyni saatda

13:07  Premyer Liqada 19-cu turun oyun cədvəli

12:57  Milli komandada yeni baş məşqçi

12:31  “Atletiko” 13 oyundu evdə uduzmur - ÇL-də

12:00  17-ci turun ən yaxşısı “Keşlə”li oldu

11:48  Premyer Liqada 17-ci turun rəmzi komandası

11:30  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

10:22  “Qəbələ”nin “Keşlə” ilə 48-ci dueli

10:00  “Mançester Siti”dən çətin qələbə - VİDEO

09:41  “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO

09:20  “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00  Klublar Komitəsinin sədri kim olsun?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az