(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Məşhur brend azərbaycanlı futbolsevərlərin "evinə ayaq açdı" - FOTOLAR

Məşhur brend azərbaycanlı futbolsevərlərin "evinə ayaq açdı" - FOTOLAR

Digitürk Azərbaycanın "Caspium Group" şirkətilə qurduğu əməkdaşlıq nəticəsində Azərbaycanda hədəflərini böyüdür.

Futbolinfo.az xəbər verir ki, 
Türkiyənin lider rəqəmsal yayım platforması olan Digitürk Azərbaycanın bu sahədə fəaliyyətə başlamış şirkəti “ Caspium Group”la iş birliyi gerçəkləşdirdi.
 
İmzalanan 3 illik müqavilə çərçivəsində Digitürk əyləncə və idman məzmunlu yüzlərlə kanalını ən son texnologiyaya uyğun şəkildə tamaşaçılara təqdim etməklə, Azərbaycanda mövcud olan tamaşaçıların böyük bir kütləsinə xitab etməyi hədəfləyir.
 
Yenilikçi çalışmalarla sektoruna başçılıq edən Digitürk beİN MEDİA GROUP-un güclü töhfəsi ilə irəliləməkdə davam edir.
 
Azərbaycan bazarında hədəflərini böyüdən Digitürk “Caspium Group” MMC ilə önəmli bir əməkdaşlığın təməlini qoydu.
 
Digitürk imzalanan 3 illik müqaviləyə əsasən xidmət şəbəkəsini genişləndirdirərək mövcud müştərilərinə daha keyfiyyətli xidmət göstərməklə yanaşı, bazarda sürətlə böyüməyi hədəfləyir.
 
Noyabrın 8-i Bakıda Digitürkün yeni dönəmdə Azərbaycanda göstərəcəyi xidmətlər və hədəflərin açıqlandığı təqdimat mərasimi baş tutdu.
 
Digitürk marketinq və satışdan məsul qrup başqanı Erem Demircanla bərabər Digiturk satışdan məsul başqanı Aydın Çamlıbel və Caspium Group şirkətinin icraçı direktoru Azər Cabbarovun da iştirak etdiyi tədbirdə platformanın həm mövcud abunəçilərə, həm də yeni müştərilərə daha geniş məzmunlu yayım təqdim ediləcəyi bildirildi.
 
Digitürk yenilikləri ilə Azərbaycanda bazar payının əhəmiyyətli bir hissəsinə sahib olmağı hədəfləyir. "Bu əməkdaşlıq ilə “Sizə sadəcə Digitürk yetər” vədimizə güc qazandırırıq".
 
Tanıtım mərasimində Azərbaycanın Digitürk üçün əhəmiyyətli bir bazar olduğunu və bölgədəki potensialı dəyərləndirmək məqsədilə sürətli və dinamik bir xidmət şəbəkəsi yaratdıqlarını bildirən Digitürk marketinq və satışdan sorumlu qrup başqanı Erem Demircan qeyd etd ki, Digiturk yarandığı ilk gündən indiyədək öncül bir texnoloji şirkət olaraq daim inkişaf etmişdir:
 
"Xüsusilə, beİN MEDİA GROUP ailəsinə qatılmaqla Digiturk hər coğrafiyada müştəriyə uyğun məhsul və xidmətlərin, zəngin məzmunlu kanalların, yenilikçi texnologiyaların birmənalı olaraq lideri olmaq hədəfi ilə fəaliyyətini davam etdirir.
 
Azərbaycan bizim üçün xüsusi könül bağımızın olduğu özəl bir ölkədi. İmzaladığımız müqavilə nəticəsində sürətli, dnamik servis şəbəkəmiz sayəsində azərbaycandakı dostlarımız Digitürkün əyləncə və idman məzmunlu yüzlərlə kanalarından təşkil olunan yayımı ən son texnoligiya ilə izləyə biləcəklər.
 
3 illik nəzərdə tutulan anlaşmamız ilə Digitürkün yenilikçi və zəngin dünyasını sərhəddləri aşıb daha çox insanla paylaşaraq təqdim etdiyimiz xidmətdən faydalanan müştəri sayını artırmağı hədəfləyirik. “Sizə sadəcə Digiturk yetər” vədimizə güc qazandıran bu əməkdaşlıqdan böyük xoşbəxtlik duyuruq".
 
Daha sonra "Caspium Group" şirkətinin icraçı direktoru Azər Cabbarov çıxış edərək bildirdi ki, bu gün dünyanın ən dinamik inkişaf edən, ən innovativ ölkələrində biri olan Azərbaycan Respublikasında müxtəlif sahələrdə müasir texnoloji yeniliklər tətbiq olunur:
 
"Rəqəmsal tv və radio xidmətləri də artıq dövrün tələbinə çevrilib. İndi Azərbaycan tamaşaçısı evində 100-lərlə müxtəlif dillərdə, fərqli ölkələrin tv kanlını seyr edə bilir.
 
Bu gün biz bunların arasına daha birini - Digitürk video platformasını da qatırıq. Dünyanın bir çox ölkəsində tamaşaçıların görüşünə gələn Digitürk platforması bizim “Caspium Group” şirkətilə imzalanmış müqaviləyə əsasən Azərbaycanda daha da böyüməyi, xidmət və yayın səviyyəsini daha da artırmağı hədəfləyir. Milli Televiziya və Radio Şurası şirkətimizə bu fəaliyyətin həyata keçirilməsi üçün müvafiq lisenziya verib".
 
Azər Cabbarov qeyd etdi ki, Azərbaycanda türk telviziya kanallarına tamaşaçı marağı böyükdür: "Bu hər şeydən əvvəl aramızda dil fərqinin olmamasından irəli gəlir. Biz ümumilli liderimizin qeyd etdiyi kimi 1 millət 2 dövlətik".
 
Azər Cabbarov bildirdi ki, Digitürk onlarla film, əyləncə, idman kanallarını yüksək HD keyfiyyətində tamaşaçılara təqdim edir:
 
"Digiturk platformasının Azərbaycanda ən böyük tələb gördüyü isə beİN sports kanallarında nümayiş olunan Spor Toto Super Liqasının maçlarıdır. Bu gün Azərbaycanda "Fənərbağça", "Qalatasaray", "Beşiktaş"ın minlərlə tərəfdarı var və derbi oyunlarında Bakının küçələri eynilə İstanbuldakı kimi tərəfdarlarla dolur.
 
Digitürklə birgə fəaliyyətimiz həm də Azərbaycanda idmanın, futbolun daha da inkişafına, təbliğinə və sevilməsinə xidmət edir.
 
Ümidvarıq ki, yaxın illərdə bizim də töhfəmizlə Azərbaycanda futbolla məşğul olan gənclərin və azarkeşlər ordusunun sayı daha da artacaq".
 
Sonra tədbir bədii hissə ilə davam etdi.
 

 
tarix: 10-11-2018 17:01


 
Xəbər lenti
17.02.2019

09:00   “Səbail” “Sabah”a qarşı - YENİLƏNİR

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az