(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Aftandil Hacıyev: “Avropa Liqasını hədəfləməmişik”

Aftandil Hacıyev: “Avropa Liqasını hədəfləməmişik”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

- Oyunun belə keçəcəyini gözləmirdik. Planlaşdırdıqlarımızdan bəziləri alındı. Lakin bu, "Sabah"ın zəif olduğu anlamına gəlməməlidi. 

- Artıq 2-ci pillədəsiniz. Özünüzü necə hiss edirsiniz?
- Sabah hələ "Qarabağ"ın oyunu var. Həm də qarşımıza hansısa yeri tutmaq məqsədi qoymamışıq. Sadəcə, bütün oyunları təhlil edirik. Digər tərəfdən, itkilərimiz də var. Bu oyuna 14-15 futbolçu ilə hazırlaşmışıq. Yaxşı hisslərdir. Belə hissləri Premyer Liqada yox, əvəzedicilərlə yaşamışıq. Hələ daha çətin nəticələrimiz irəlidədir. 

- Komandanın hədəfi nədən ibarətdir?
- İlk gündən məqsədimiz kollektivdə mehribanlıq yaratmaqdır. Amma hər yerdə olduğu kimi bizdə də neqativ hallar baş verə bilər. Bunun qarşısını almağa çalışırıq. 

- Sürətli qollarla başlamağı hədəfləmişdiniz, yoxsa oyunun gedişi belə alındı?
- İlk 30 dəqiqə sürətli keçdi. Məqsədimiz də bu idi. Hər bir rəqibə qarşı belə hazırlaşırıq. Lakin rəqibdən-rəqibə fərq var. İlk 25 dəqiqə ərzində rəqibi təəccübləndirməyi nəzərdə tutmuşduq. Artıq "Sabah" da öz üslubu olan komandadır. 0:4 hesablı məğlubiyyət bu komandanın əsl üzü deyil. Gələcəkdə daha da irəli gedəcəklərinə inanıram. 

- Tez-tez müdaxilələr edirdiniz...
- Rahid Əmirquliyev və Martinova müdafiədə qarşılamağı tapşırmışdıq. Onlar irəli gedəndə xəbərdarlıq edirdik. 

- Hər dəfə məqsəd qoyulmadığını deyirsiniz. Bu, sizə gələcəkdə problem yarada bilərmi?
- Avroliqaya vəsiqə məqsədimiz yoxdu. Amma hər oyuna maksimum köklənməyə və bacardığımız qədər xal toplamağa çalışırıq. Futbolçuların ambisiyaları yerindədir. 

- Demək olarmı ki, bu, avrokuboklara hələ hazır olmadığınız deməkdir...
- Belə suallara cavab vermək istəmirəm. İtkilərimiz çoxdur. Bilmirəm ki, büdcəmiz qışda güclənməyə imkan verəcəkmi? Qarşıda 17 tur və ya 51 xal var. Hər bir komanda bu qədər xalı toplaya bilər. 

- Hamı "Səbail"in avrokuboklara getməyə hazır olmadığını düşünür... 
- Qışda futbolçu gətirmək çətindir. İndidən müəyyən mövqelərə futbolçu axtarırıq. Korotetski mövsümün sonunadək sıradan çıxıb. Bu səbəbdən, müdafiədə istədiyimiz rəqabəti yarada bilməmişik. Hazırda bu mövqeyə yeni oyunçu axtarırıq. Hər futbolçunu götürmək istəmirik. Ola bilər ki, gənc oyunçu çağıraq. (Sportnet)


 
tarix: 10-11-2018 20:28


 
Xəbər lenti
25.08.2019

01:06   “Fənərbaxça”dan əzmkar qələbə

00:55   “Real” doğma meydanda xal itirdi

00:41   “Yuventus”la “Napoli” qələbə ilə başladı

24.08.2019

23:55  “Bordo”dan səfərdə inamlı qələbə

23:16  Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

23:03  Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

22:45  “Bavariya”dan darmadağın

22:00  “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00  “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51  Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37  “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56  “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23  Bundesliqada yeni rekordçu

19:51  Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11  Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39  Vensan Kompaniyə daha bir zərbə

17:36  “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10  “Dinamo”dan Şeydayevsiz qələbə

15:11  “Sumqayıt”la oyuna 4 itki ilə

15:01  “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21  “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47  Millimizin heyəti açıqlandı

12:49  Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59  İsrafilovsuz qələbə

11:03  UEFA “Qarabağ”ı cərimələdi

09:47  "Neftçi"nin legioneri Hindistan klubunda

09:21  “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14  Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00  Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52  “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58  “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48  “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25  “Borussiya”dan inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az