(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Samir Abasov: “Vəziyyətimiz yaxşı deyil”

Samir Abasov: “Vəziyyətimiz yaxşı deyil”

“Zirə”nin baş məşqçisi Samir Abbasov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən oyundan sonra bunları söyləyib:

- Yaxşı oyunlarımızın təsdiqi olaraq bu gün qələbə yerinə düşərdi. Təəssüf ki, bunu bacarmadıq. Heç-heçəyə görə də uzulmədik. Çünki liderə qarşı oynayırdıq. Paltardəyişmə otağında uşaqlara dedim ki, qeyri-adi heç nə etmədik, öz oyunumuzu göstərdik. Bizə vaxt lazımdır. Başa düşürəm ki, çox vaxt da yoxdur. Hesab edirəm ki, öz oyunumuz həm bugünkü, həm də bundan əvvəlki görüşlərə görə yetərlidir. Çatışmazlıqların üzərində işləyirik. Uşaqlar həddən artıq can qoydular.

- Bugünkü heç-heçə sizin üçün nə dərəcədə önəmlidir?
- Niyyətimiz "Neftçi”ni dayandırmaq deyildi. Əvvəlki görüşlərdə də üstün oynamışıq. Bəzi epizodlarda güclər bölünmüşdü. Müdafiədə işləmək baxımından yük düşürdü. Əvvəlki oyunlarda hakimiyyət bizim tərəfdə idi. Vəziyyətimiz yaxşı deyil. Kamal Mirzəyevin iki gün əvvəl ayağı zədələndi. Dünən İlkin Qırtımovun ayağı burxuldu, bu gün dedi ki, oynayacağam. Oyunöncəsi məşqdə Dilan Duventrunun ayağının altında top qaldı. Vəziyyəti də pisdir. Oyunun gedişində də Anar zədələndi. Xahiş edirəm ki, bizi başa düşəsiniz. Bu durumun fonunda futbol oynamağa çalışırıq. İstirahət öncəsi gözəl oyun idi.
 
- Ötən dövrədə də "Neftçi” ilə oyunda Roberto Bordinlə mübahisəniz düşmüşdü, indi də. "Neftçi”yə qarşı sanki xüsusi motivasiya olunursunuz?
- Bu fikir sizdə hardan yaranır? Burada "Neftçi” amili yoxdur. Xahiş edirəm, diqqətli olaq. Oyundan əvvəl də Bordinlə isti münasibətlə görüşdük. 15 dəqiqə sonra artıq rəqib idik. İlk görüşdə də anlaşılmazlıq olmuşdu. Hardasa mənim də səhvim olmuşdu ki, dil problemi olduğu üçün başa düşməmişdim.

- Anar Nəzirovun durumu nə yerdədi?
- Anarı həkimlər içəri aparmaq istəsələr də, özü qalıb oyuna baxmaq istədi. Son dəqiqələr gedirdi, amma Anar hesabı bilmirdi. Çox güman ki, beyin silkələnməsi keçirib. Həkimlər durumuna baxacaq.
 
- Bir epizodda Kirilo Petrovla mübahisəniz düşdü...
- Pərdis Fərcad-Azadın onunla sərt oynadığını deyirdi. Mən də izah edirdim ki, sən sərtlikdən danışma, çünki özün sərt oyunçusan.
 
- Bu dəfə hakimlər köməkçinizi tribunaya göndərdilər. Halbuki həmişə sizi "qaralayırdılar"...
- Mən bu gün sakit idim. Köməkçimin nə etdiyini bilmədim.

- Sadiq Quliyevi bağışlamısınız?
- Sadiq bizimlə idi. Komandanın ağsaqqalları xahiş etdilər, mən də bunu nəzərə alıb, Sadiqi geri qaytardım. Komanda daxilində olan söhbətdir. Hər insana daha bir şans verilməlidir.


 
tarix: 10-11-2018 22:28


 
Xəbər lenti
19.02.2019

17:04   “Sportinq”də daha bir erkən vida

16:24   “Espanyol”dan La Liqada yeni rekord

15:57   Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19   İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55   Braziliya millisinin kapitanı “Barselona”da

14:34   Şeydayevsiz qələbə

13:51   AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32   Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03   Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57   İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36   Kapitan 220 gün sonra qayıdır

12:15   Millimiz Türkiyəyə qarşı - YENİLƏNİR

11:51   Stuxlikin tələbi VAR

11:45   Rauf 10 gündən sonra qayıdacaq

11:40   Dadaşovun oynamamasının səbəbi

11:30   “Bavariya” və “Barselona” üçün çətin səfər - YENİLƏNİR

11:02   Paşayev ermənilərə qarşı oynadı

10:51   Şeydayev yenidən Türkiyədə

10:39   1/4 final cütlükləri bilindi

10:31   Erat oynadı, komandası məğlub oldu

10:23   Vengerin favoriti

10:12   De Xeaya yeni təklif

10:01   AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47   Milli komandada yeni baş məşqçi

09:30   Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21   Nani rəsmən ABŞ klubunda

09:14   “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

09:00   Hakimliyin fiaskosu: turun bütün oyunlarında ciddi səhvlər var idi!

02:02   “Mançester Yunayted” “Çelsi”ni 1/4 finala buraxmadı

01:51   “Atletik” səfərdən 3 xalla döndü

01:32   “Borussiya” səfərdə xal itirdi

01:24   “Roma”dan çətin qələbə

18.02.2019

23:26  Super Liqanın liderinə 1 qol bəs etdi

18:20  Azərbaycanlı hakimlər VAR sertifikat turnirinə dəvət aldı

17:15  Yurçeviçin millimizlə Bakıda debüt matçının vaxtı bilindi

16:46  Milimizin rəqibi gürcülərlə qarşılaşacaq

15:19  “Napoli”dən ayrılan futbolçu rəsmən Çin klubunda

14:50  Millimizin üzvü Latviya klubunda - RƏSMİ

14:24  Messi bunu da bacardı

13:51  Birinci Divizion: 16-cı turun hakimləri

13:17  Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı

12:55  “Arsenal”dan “Napoli”yə

12:38  Qışdan sonra: “Neftçi” 4-cü pillədə

12:24  Azərbaycan çempionatının 99-cusu

12:02  Namiq Ələsgərov üçün əlamətdar tur

11:49  “Sumqayıt” 70-ə çatdı

11:25  Bayılla “Bəhramov” arasındakı onqat fərq

11:19  İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

11:15  Mbappe tarixə düşdü

11:11  Qadına görə qadağa

10:56  Zidanın tələbləri

10:49  Almeyda həsrəti bitirdi

10:41  Xal itirməyən qalmadı

10:27  Məğlublar hakimlərdən şikayətləndi

10:17  “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

10:10  Lukaku satılır

10:01  “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”

09:52  Axundovun xilası naminə səhv...

09:41  Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31  Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24  “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11  “Eştoril” Dadaşovsuz xal itirdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az